Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-292/2024 20.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi (vəkili) X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü ƏY YƏ N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən onların xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Ləmbəran kəndində yerləşən seriya RX ******* saylı çıxarış əsasında olan 1.45 ha torpaq sahəsindən Cavabdeh çıxarılması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır, onların xüsusi mülkiyyətində olan Bərdə rayon Ləmbəran kəndində yerləşən 1.45 ha torpaq sahəsi vardır. İslahat gedən zaman həmin torpaq sahəsi adam başına hesablanmaqla ona və ailə üzvlərinə verilmişdir. Qeyd etdiyi torpaq sahəsində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır seriya RX ******* saylı çıxarış da verilmişdir. Lakin çıxarış əsasında olan 1.45 ha orpaq sahəsini hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmişdir və onların istifadə edib, əkin əkib becərməklərinə maneəçilik törətmişdir. İslahat zamanından 2005-ci ilə qədər o və ailə üzvləri torpaq sahəsində əkin əkərək gəlir əldə etmişdir. Lakin 2005-ci il tarixdə həbsdə olduğu üçün torpaq sahəsini o çıxana qədər müvvəqəti istifadə etmək üçün Cavabdeh vermişdir. 2010-cu il tarixdə həbsdən çıxdıqdan sonra baş qarışıqlıqdan torpaq sahəsini geri ala bilməmişdir. 2016-cı il tarixdə yenidən həbsə düşmüş, 2021-ci il tarixdə çıxdığı üçün həmin zamanlarda torpaq ilə maraqlana bilməmişdir. 2021-ci il tarixdə həbsdən çıxdıqdan sonra cavabdehə torpaq sahəsində çıxmasını bildirdikdə isə, 1.45 ha torpaq sahəsini onlara verməkdən imtina etmişdir. Hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq ordan gəlir əldə edir. İndi isə onlar dəfələrlə cavabdehə onlara məxsus olan 1.45 ha torpaq sahəsini tələb etdikdə isə verməkdən imtina etmişdir və onlara bildirilmişdir ki, torpaq sahəsi onlara məxsusdur. Halbuki onlara məxsus olan 1.45 ha hissəsini onlar heç bir şəxsin istifadəsinə verməmişlər. Cavabdeh onlara məxsus olan 1.45 ha torpaq sahəsindən çıxarılmasını istəyirlər. İddiaçı2, İddiaçı3, İddiaçı4 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. İddiaçı1, nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* nömrəli çıxarışından görünür ki, İddiaçı1 xüsusi mülkiyyətində Bərdə rayonu Ləmbəran kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 1.45 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyest kitabının 6 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli 529 saylı arayışdan görünür ki, İddiaçı3 Bərdə rayonu Lənbəran kəndində yaşayır. xx.xx.2022-ci il tarixli 528 nömrəli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayonu Ləmbəran kəndində yaşayır. xx.xx.2022-ci il tarixli 530 saylı arayışdan görünür ki, İddiaçı4 Bərdə rayonu Lənbəran kəndində yaşayır. xx.xx.2022-ci il tarixli 531 saylı arayışdan görünür ki, İddiaçı1 Bərdə rayonu Lənbəran kəndində yaşayır. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır və yaşayır. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. AR-İİ 878725 nömrəli etibarnamədən görünür ki. İddiaçı4, İddiaçı3, İddiaçı2 nümayəndə səlahiyyətlərini İddiaçı1 etibar etmişdirlər. xx.xx.2023-cü il tarixli № 3-13-68/2 – 37873 nömrəli Bərdə RPŞ məktubundan görünür ki, Cavabdeh Bərdə rayonu Lənbəran kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsinin verilməsi üçün 100 AZN dövlət rüsumu ödəmişdir. AA 42707708 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1988ci il tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixli 2(021)-3916/2023 saylı Bərdə Rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə mütəxxəsis rəyi alınması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1131/2024 saylı 7 saylı ərazi diarəsinin məktubuna əlavə olunmuş mütəxəssis rəyində suallara verilən cavablardan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********91 reyestr nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 1.45 ha torpaq sahəsinin, 0.82 ha cavadeh Cavabdeh tərəfindən qalan 0.60 ha hissəsi isə başqa şəxslər tərəfindən istifadə olunur. TEKUİS məlumat bazasına əsasən Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsinin bir hissəsi X4, digər hissəsi isə İddiaçı1 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli 2(021)-292/2024 saylı Bərdə Rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 10/5958 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd edilir ki, İddiaçı1ov Araz oğlunun, İddiaçı2 İddiaçı3 və X1 hüquqlarının dövlət reyestrindən **********1 reyestr nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 1.45 ha torpaq sahəsinin, 0.82 hektar Cavabdeh tərəfindən, qalan 0.60 ha hissəsi isə başqa şəxslər tərəfindən istifadə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınlıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 20 iyun 2024-cü il tarixli 3-16-16/2-10/3169 nömrəli bildirişdən müəyyən edilir ki, Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə qeyd edir ki, mötəbər subut olan mütəxəssis və ekspertiza rəyi mülkiyyətçinin əmlaka dair hüquqlarının həqiqətən cavabdeh tərəfindən pozulduğunu müəyyən edir, torpaq sahəsindən qismən istifadə halı aşkardır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia çıxarılma hissəsində qismən təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdehə və 100 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətində olan Bərdə rayonu Ləmbəran kəndində yerləşən 1,45 ha torpaq sahəsinin 0.82 ha hissəsindən çıxarılsın.
3. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin.
4. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün.
5. İddia tələbi qalan hissədə təmin edilməsin.
6. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
7. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev