Məhkəmə qərarları › İş №2(021)-292/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-292/2025

21.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-292/2025 21.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “torpaqdan istifadə etməsinə qanusuz müdaxilələrin qadağan edilməsi və torpaqdan çıxarılma” tələbinə dair İlkin və qarşılıqlı iddia üzrə iddiaçı (İlkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (İlkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “İlkin iddianın rədd edilməsi, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 21 yanvar 2026-cı il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh- Cavabdeh Bərdə rayonu, Cəyirli kəndində yerləşən ona məxsus ümumilikdə 2,935 ha torpaq sahəsinin 1 ha hissəsindən istifadə etməsinə yaratdığı qanunsuz müdaxilələrinin qadağan edilməsinə və sözügedən torpaqdan çıxarılmasına və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkinin iddia tələbinin əsası İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyat nömrəli, **********99 reyestr nömrəli, seriya MH ******* saylı çıxarışdan görünür ki, Bərdə rayonu Cəyirli kəndində 2,935 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Bu barədə **********99 reyestr nömrəli torpaq sahəsinin Daşınmaz əmlakın çıxarışı da verilmişdir. Uzun illərdir torpaq sahəsi mülkiyyətində və istifadəsində olsa da, bir neçə aydır ona məlum olmuşdur ki, o öz mülkiyyətində olan 2,935 ha əvəzinə, 1,935 ha torpaq sahəsindən istifadə edir. Torpaq sahəsinin ölçüləri barədə maraqlandıqda ona məlum olmuşdur ki, torpaq sahəsinin 1 ha hissəsini hazırki iş üzrə Cavabdeh istifadə edir. Torpaq sahəsinin sərhədlərinin dəqiq bilməməsinə səbəb isə torpaqların əvvəl bölgüsü ilə sonradan su axınına uyğun olaraq bölgüsü arasında fərq olmuşdur. Torpaq sahəsinin 1 ha hissəsindən 15 ildir ki, Cavabdeh qanunsuz olaraq istifadə edir. Ona istifadə etdiyi torpaq sahəsinin 1 ha hissəsinin ona məxsus olmasını nə qədər bildirsə də, torpağından çıxarışı və torpaqdan istifadə etməklərinə və qazanc əldə etməklərinə maneçilik törədir. Qeyd edir ki, sözügedən torpaq sahəsində yonca və s. kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə əkin əkmişdirlər, ancaq Cavabdeh qanunsuz olaraq müdaxilə edərək mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Mülkiyyət sənədlərini də ona göstərsə də, xeyri olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə tələb İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini və onun qarşılıqlı iddiasının təmin edilərək cavabdeh İddiaçı ona vurduğu ziyanın əvəzi olaraq 1050 (bir min əlli) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsası Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Bərdə rayon Məhkəməsində ona qarşı iddia ərizəsi vermiş və ərizəsində onun Bərdə rayonu, Cəyirli kəndində yerləşən İddiaçı məxsus ümumilikdə 2.935 ha torpaq sahəsinin 1 ha hissəsindən istifadə etməsinə yaratdığı qanunsuz müdaxilələrin qadağan edilməsinə və sözügedən torpaqdan çıxarılmağına və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh İddiaçı iddiası tam əsassızdır, ona qarşı haqsız tələb irəli sürmüşdür. Belə ki, Bərdə rayon Cəyirli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas protokolundan çıxarışa əsasən o Cəyirli kəndinin ərazisində sahibkarlıq məqsədi üçün yer ayrılmasını xahiş etmişdir və Cəyirli Bələdiyyəsi müraciətinii nəzərə alaraq ona Cəyirli Bələdiyyəsinin mülkiyyətində olan Gəncəlilər yeri adlanan ərazisindən pay torpağından bölgüdə artıq qalan mövcud dren kanal ilə pay torpaqları arasında qalan 1.2 ha torpaq sahəsinin əkinçilik məqsədi ilə uzun müddətli icarəyə verilməsini mümkün hesab edərək, ona 1.2 ha torpaq sahəsini uzun müddətli (99 illik) icarəyə verilməsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq İlkinin yerquruluşu və torpaqayırma sənədlərinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır. Cəyirli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Qərarı əsasında Bələdiyyə ilə 25 aprel 2006-cı il tarixdə Torpaq sahəsinin icarəyə verilməsi haqqında (Torpaq icarəsi müqaviləsi) 10 nömrəli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bələdiyyə mülkiyyəti olan 1.2 ha torpaq sahəsini 99 (doxsan doqquz) il müddətinə icarəçi kimi ona istifadəyə vermişdir. Həmin vaxtdan da bələdiyyə mülkiyyəti olan torpaq sahəsini o istifadə edir və bələdiyyəyə icarə haqqı ödəyir. Qeyd edir ki, cavabdehin mübahisə etdiyi torpaq sahəsi qərarda göstərildiyi kimi su kanalının kənarında yerləşir və ərazi istifadəsiz torpaq sahəsi idi. Həmin ərazini o meliorasiya işləri apartdırmaqla əkinə yararlı vəziyyətə gətirmişdir. Qeyd edilən ərazi heç bir pay torpaq sahəsi deyildir. Cəyirli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 207 nömrəli arayışı ilə də həmin xüsusatlar təsdiq edilmiş və 2024-cü ilin iyun ayına qədər onun istifadəsində olması göstərilmişdir. Cavabdeh heç vaxt ona həmin torpaq sahəsinin ona məxsus olmasını bildirməmişdir. Yalnız iddia ərizəsi verəndən sonra, 2018-ci il tarixdə CPS vasitəsi ilə sahələr yenidən ölçülərkən sürüşmə əsasında istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətinə keçməsini bildirmişdir. O, isə bu mübahisəni araşdırmağı təklif etmişdir. Çünki torpaq sahəsi Bələdiyyə mülkiyyəti olmuşdur və bələdiyyə mülkiyyətindən iddiaçının mülkiyyətinə keçməsi barədə hər hansı mülkiyyət şəhadətnaməsi yoxdur. Ona görə də o İddiaçı torpaq sahəsindən istifadə etmir və onun istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Həmin torpaq sahəsini icarə müqaviləsi əsasında istifadə edir və hər il torpaq sahəsində yonca bitkisi əkib-becərməklə mal-qarasını saxlayır. 2024-cü ilin əkin mövsümündə də 1,0 hektar sahəyə yonca bitkisi əkmişdir. Lakin cavabdeh onun əkibbecerdiyi 1.0 hektar yonca sahəsini icazəsi olmadan biçdirib yonca bağlaması bağlatdıraraq öz təsərrüfatına aparmışdır. Bərdə rayon İcra Hakimiyyətinin Başçısının Aparatının 31623 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bərdə rayonu, Cevirli kəndinin ərazisində olan torpaqlardan tam aqrotexiniki qaydalara əməl edilməklə ümumilikdə 1.0 hektar yonca bitkisi səpilmiş sahəsindən il ərzində 300-350 ədəd yonca kipi əldə etmək mümkündür. X19 İnkişaf Mərkəzinin 3-22-3-***-******* nömrəli, xx.xx.2024-cü il qiyməti 2,5 manat ilə 3.0 manat arasındadır. 1 (bir) ədəd yonca bağlamasının pərakəndə satış bununla da cavabdeh İddiaçı onun hüquqlarımı pozmuş və ona 1050 (bir min əlli) manat ziyan vurmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi həmin torpaq sahəsini artıq 20 ildir o istifadə edir və həmin torpaq sahəsində də yoncanı o əkib-becərmişdir, yonca bitkisi ona məxsus idi. Lakin hazırda məhkəmədə torpaq sahəsi ilə bağlı araşdırma aparılmasına torpaq sahəsinin kimə məxsus olması müəyyən edilməməsinə baxmayaraq cavabdeh İddiaçı ona məxsus yonca sahəsini biçib, yoncanı öz təsərrüfatına apararaq ona ziyan vurmuşdur. Ona görə də cavabdeh İddiaçı İlkin iddiası rədd edilməli və ona vurulmuş ziyanın əvəzinin ödənilməsi müəyyən edilməlidir. Qeyd edir ki, cavabdeh mübahisəli yonca sahəsini mülki işə məhkəmədə baxılan zaman biçmişdir. Ona görə də qarşılıqlı iddianın verilməsi üçün əsaslar bu dövrdə əmələ gəlmişdir. Tərəfin izahatı Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iddianı müdafiə etdiyini qeyd edərək təmin olunmasını, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh elektron qaydada məhkəməyə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinə müraciəti ilə əlaqədar icraatın dayandırılmasını xahiş etdi. Məhkəmə yerində müşavirə edərək, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan əmlaka dair verilmiş çıxarışın mübahisələndirilməsi ilə əlaqədar iddianın inzibati məhkəmənin icraatında olmamasını əsas tutaraq vəsatəti təmin etmədi. Məhkəmə ilkin iddia və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, iddia tələbinə və qarşılıqlı iddiaya müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 205 saylı məktubdan görünür ki, xx.xx.1938-c il tarixdə anadan olmuş, Kəlbəcər rayonu Mollabayramlı kəndindən məcburi köçkün Cavabdeh məcburi köçkün kimi Bərdə rayonu Cəyirli kəndində müvəqqəti qedyiyatdadır. 0002697 saylı çıxarışdan görünür ki, İddiaçı Bərdə rayonu Cəyirli kəndində sahəsi 2.935 ha olan torpaqda hüquq sahibidir. xx.xx.2007-ci il tarixli 637 saylı daşınmaz əmlakın pasportundan görünür ki, xüsusi mülkiyyət formalı əkin məqsədli torpaq sahəsinin hüquqi subyekti İddiaçıdır. xx.xx.2024-cü il tarixli 13716 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli etirazdan görünür ki, Cavabdeh İddiaçı iddia ərizəsinə etiraz etmişdir. xx.xx.2006-cı il tarixli 04 saylı iclas protokolundan görünür ki, Cavabdeh Cəyirli Bələdiyyəsinin mülkiyyətində olan Gəncəllər yeri adlanan ərazisindən pay torpağından bölgüdən artıq qalan mövcud dren kanal ilə pay torpaqları arasında qalan 1.2 ha torpaq sahəsi əkinçilik məqsədi ilə uzun müddətli (99 illik) icarəyə verilmişdir. xx.xx.2006-cı il tarixli 10 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X13 tərəfindən Cavabdeh xx.xx.2006-cı il tarixli 04 saylı qərar əsasında 1.2 ha torpaq sahəsi icarəyə verilmişdir. xx.xx.2024-cü il 201 saylı Bərdə rayonu Cəyirli bələdiyyəsinin verdiyi arayışdan görünür ki, Mamedov X1 Cəyirli kəndində yaşamaqla xx.xx.2006-cı ildə tarixində Gəncəlilər adlanan sahədən bir tərəfi pay torpağı, bir tərəfi isə kanalın qırağı olmaqla arada boş qalan 1.2 ha torpaq sahəsi Cavabdeh ixtiyarında olmuşdur. xx.xx.2024-cü il 875 saylı Bərdə RİHB-nin Güloğlular kənd i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Kəlbəcər rayonu məcburi köçkünü Cavabdeh Bərdə rayonu Cəyirli kəndində müvəqqəti yaşayır. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1938ci il tarixdə ünvan 1ində anadan olmuşdur. Kəlbəcər rayonu Mollabayramlı kənd ünvanında qeydiyyatdadır. xx.xx.2007-ci il tarixli 157780 seriyalı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 1938-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il tarixdə Kəlbəcər rayonundan məcburi köçmüşdür. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli 439062 saylı etibarnamədən görünür ki, İddiaçı və X2 Müşfiq Mürşüd oğluna etibarnamə üzrə səlahiyyətlər vermişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil orderindən görünür ki, Nümayəndə İddiaçı hüquqi yardım göstərmişdir. xx.xx.2024-cü il tarixli 3-22-3-9/2-89/2024 saylı məktubdan görünür ki, Bərdə rayonunda 1(bir)ədəd yonca bağlamasının pərakəndə satış qiyməti 2 manat 50 qəpik 3 manat arasındadır. xx.xx.2024-cü il tarixli 3/623 sayıə məktubdan görünür ki, Bərdə rayon Cəyirli kəndi ərazisində olan torpaqlardan tam aqrotexniki qaydalara əməl edilməklə ümumilikdə 1.0 hektar yonca bitkisi səpilmiş sahəsindən il ərzində 300-350 ədəd yonca kipi əldə etmək mümkündür. xx.xx.2024-cü il tarixli 2234 saylı Bərdə RİHB-nin Güloğlular kənd üzrə i.ə.d –nin nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu Cəyirli kəndində yaşayır. xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/9850/2024 saylı Məhkəmə Ekpertizası Mərkəzinin məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş 2(021)-3086/2024 nömrəli mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə 28 yanvar 2025-ci il tarixli məlumat sizə göndərilir. xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-5815/2024 saylı mütəxəssis rəyinin verilməsi barədə, məktubdan görünür ki, müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilmişdir. Nəzərdə tutulmuş xidmət haqqı ödənişi barədə təsdiq sənədi 7 saylı Bərdə Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. xx.xx.2025-ci il tarixli 24306 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Bərdə rayonu 7 saylı Ərazi idarəsinə ekspertiza xərci üçün 95 manat məbləğində rüsum ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 120 manat məbləğində rüsum ödəmişdir. xx.xx.2024-cü il tarixli rəydən görünür ki, TEKUİS məlumat bazasına əsasən Daşınmaz əmlakın Dövlət reyestrindən **********99 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 2.93 ha torpaq sahəsinin 1.0 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Bununla bağlı rəyə əlavə olunmuş sxematik planda torpaq sahəsinin hansı hissəsindən istifadə edildiyi öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixli 054051 saylı etibanamədən görünür ki, İddiaçı və X3 Ceyhun Binnət oğluna etibarnamə üzrə səlahiyyətlər vermişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğul arın sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya o nların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə ilkin iddia tələbi ilə bağlı səlahiyyətli qurum ƏMDX yanında DƏDK 7 saylı Bərdə Ərazi İdarəsinin rəyi ilə razılaşaraq hesab edir ki, ilkin iddia təmin edilməlidir. Qarşılıqlı iddia isə qanuni və əsaslı olmadığından təmin edilməməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bərdə rayonu, Cəyirli kəndində yerləşən İddiaçı məxsus ümumilikdə 2,935 ha torpaq sahəsinin 1 ha hissəsindən torpaqdan çıxarılmalı və məhkəmədə iddia qaldırmaq üçün İddiaçı ödəmiş olduğu 100 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Qətetdi:

İlkin iddia təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bərdə rayonu, Cəyirli kəndində yerləşən, İddiaçı məxsus ümumilikdə 2,935 ha torpaq sahəsinin 1 ha hissəsindən çıxarılsın. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə ödənilsin Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar