Məhkəmə qərarları › İş №2(021)-2929/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2929/2022

05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2929/2022 05.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə Bunyat oğlunun iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonunda dünyaya gəlmiş 23 aprel 2*19-cu il təvəllüdlü Nihatın və 26 oktyabr 2*2*-ci il təvəllüdlü Nicatın anadan olması faktının, doğum aktı qeydində ata və ana qrafasında qeyd edilməklə X1 atası olması və Ərizəçi isə anası olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 ilə el adəti ilə ailə quraraq, nikahlarını 23 aprel 2*22-ci il tarixdə qeyd etdirmişlər, faktiki nikahdan 23 aprel 2*19-cu il təvəllüdlü Nihat, 26 oktyabr 2*2*-ci il təvəllüdlü Nicat adlı övladları anadan olmuşdur. Bu günə qədər nə Nicat üçün nə də Nihat üçün doğum haqqında şəhadətnamə ala bilməmişlər. Şəhadətnamə üçün Bərdə regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Ərizəçi ilə oğlu Orxan faktiki olaraq evlənmiş, nikahlarını 23 aprel 2*22-ci ildə rəsmi olaraq qeyd etdirmişlər. 2 uşaqları var, uşaqların atası oğludur. Uşaqlara doğum haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X2 Ərizəçi ilə faktiki olaraq evlənmiş, nikahlarını 23 aprel 2*22-ci ildə rəsmi olaraq qeyd etdirmişlər. 2 uşaqları var, uşaqların atası odur, uşaqlara doğum haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, Ərizəçi anasıdır, qızı X6 evlənmişdir, iki uşaqları var. Lakin uşaqlara doğum haqqında şəhadətnamə verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Qəyanənin bibisidir. Qəyanə faktiki nikaha daxil olub, iki uşaqları var, lakin uşaqlara doğum haqqında şəhadətnamə almamışlar. İndi isə şəhadətnamə almaq üçün müraciət etmişlər, lakin doğum haqqında şəhadətnamə verməmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA *45818 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 2**4-cü ildə doğulmuşdur. İş materiallarında olan AA 229*893 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 *3 iyul 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE *62655** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 2* sentyabr 1953-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 *1 yanvar 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ 492318 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 və Ərizəçi 23 aprel 2*22-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Baxşalıyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *9 avqust 2*22-ci il tarixli, *5Q/76-633/4* nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 23 aprel 2*19-cu il tarixdə və 26 oktyabr 2*2*-ci il tarixdə iki oğlan övladının olması faktı təsdiq edilməli, X1 uşaqların atası olması və Ərizəçi isə anası olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 22*, 227, 3*7, 3*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi 23 aprel 2*19-cu il tarixdə və 26 oktyabr 2*2*-ci il tarixdə iki oğlan övladının olması, uşaqların atası X1, anası isə Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar