Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2939/2021 25.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi əmlak paylarının müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş birgə mülkiyyətlərində olan Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi bina 5, 40 saylı mənzilin ½ pay hissəsi ilə naturada bölünməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17.10.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 3 uşaqları anadan olmuşdur: 02.01.2009-cu il təvəllüdlü Şəhriyar, 07.04.2010-cu il təvəllüdlü Fatimə, 18.10.2017-ci il təvəllüdlü Məhəmməd adlı 3 uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında yaranmış narazılıqlara görə cavabdeh onu evdən çıxardaraq atası evinə göndərmişdir. Hal-hazırda cavabdehlə ayrı yaşayırlar. Cavabdehlə birgə nikah dövründə əldə olunmuş birgə mülkiyyətlərində olan Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi bina 5, 40 saylı mənzili alqı-satqı əsasında əldə etmişlər. Hazırda həmin mənzilin ½ pay hissəsi ilə naturada bölünməsi tələb edir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlə birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi bina 5, 40 saylı mənzilin ər-arvadın ümumi əmlakda paylarının müəyyən olunması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Ağdam rayonun Maqsudlu kəndində anadan olmuşdur. Ağdam rayonun Maqsudlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № 00****** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Bərdə rayonun Qaradağlı kəndində anadan olmuşdur. Bərdə rayonun Qaradağlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə RİHB-nın Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 749 saylı, 22 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ailə üzvləri ilə birlikdə Bərdə rayonun Qaradağlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 516200 saylı, 07.09.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 02 yanvar 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 516189 saylı, 06.09.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 07 aprel 2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 028260 saylı, 29 noyabr 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 18 oktyabr 2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə edilmiş AZ İ№ 361353 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 17 oktyabr 2007-ci tarixdə Bərdə rayon VVAQ Şöbəsində 640 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra qadına Aslanova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.11.2017ci il tarixli, 8298 saylı texniki pasportun notarial qaydada təsdiq olunuş surətindən görünür ki, Reyestr nömrəsi: **********18-0501-093040, ünvan Mingəçevir şəhəri X10 küçəsi bina 5, mənzil 40, 4-cü giriş qapısı, 2-ci mərtəbə hüquq subyekti Cavabdeh məxsusdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya RX, №1163955 saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətinən görünür ki, Aslanov X4 şəhəri X10 küçəsi bina 5, mənzil 40 ünvanında mülkiyyətindədir. 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.11.2017-ci il tarixli, 8298 saylı texniki pasportun notarial qaydada təsdiq olunuş surətindən görünür ki, Reyestr nömrəsi: **********18-0501-093040, ünvan Mingəçevir şəhəri X10 küçəsi bina 5, mənzil 40, 4-cü giriş qapısı, 2-ci mərtəbə hüquq subyekti Cavabdeh məxsusdur. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında ailə münasibətləri olmuş, birgə nikah dövründə, yəni Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi bina 5, 40 saylı mənzil hazırki iş üzrə Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuşdur. Bundan sonra cavabdehlə aralarında yaranmış narazılıqlara görə cavabdeh onu evdən çıxardaraq atası evinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_10.htm 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə sadalanan maddi hüquq normalarının işin mübahisəli hallarına tətbiq edərək qeyd edir ki, Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi bina 5, 40 saylı mənzilinə İddiaçı ½ pay hüququ müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sahi qızına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ər-arvadın ümumi əmlak paylarının naturada bölünməsi” tələbinə dair iddiası təmin olunsun. Tərəfllərin birgə nikah dövründə əldə edilmiş və Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi bina 5, 40 saylı mənzilə İddiaçı ½ pay hüququ tanınsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2939/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2939/2021
25.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver