Məhkəmə qərarları › İş №2(021)-2945/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2945/2022

10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2945/2022 10.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontorunun Xüsusi Notariusuna qarşı “mirasın qəbul etmə faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontorunun Xüsusi Notariusuna qarşı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı fərdi yaşayış evini miras kimi qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizə verərək ərizənin baxılmamış saxlanılmasını və geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, məhkəmə iclasının vaxtı barədə bildiriş maraqlı şəxsin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də ərizənin baxılmamış saxlanılması və geri qaytarılmasına dair maraqlı şəxsin mövqeyini öyrənmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.*-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Bərdə Regional “Asan-Xidmət” X* Xüsusi Notariusuna qarşı “mirası qəbul etmə faktının müəyyən edilməsinə dair” ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan *0 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar