Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2949/2022 22.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X* iclas katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İddiaçıya həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2949/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2949/2022
22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver