Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-295/2022 15.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras qalmış əmlakın üzərində payının müəyyən edilməsi və cavabdehlərin mərhum həyat yoldaşına məxsus torpaq sahəsindən çıxarılması" tələbinə dair mülki üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər X3, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin mərhum ərinə məxsus topaq sahəsindən çıxarılmalarına və 0.60 ha torpaq sahəsinin alınaraq onun mülkiyyəinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonun Əyricə kənd ərazi nümayənədliyinin Nəcəfqulubəyli kənd sakini mərhum Cavabdeh6 ilə 2004-cü ildə qeyrirəsmi ailə həyatı qurmuşdur. Birgə yaşayışları dövründə xx.xx.2005-ci ildə X17, xx.xx.2007-ci ildə X11, xx.xx.2009-cu ildə X14, xx.xx.2010-cu ildə X12 anadan olmuşdur. Mərhum həyat yoldaşı xx.xx.2010-cu ildə vəfat etmişdir. Həyat yoldaşına verilmiş əmlak pay torpağı cavabdehlər 2 ildir əlindən alıblar. Belə ki, cavabdehlər olan qaynanası Rəna, qaynı Nail və Nemət və digərləri hazırda imkan vermir ki, mərhum həyat yoldaşından miras qalan əmlak pay torpağından istifadə etsin. O da mərhum həyat yoldaşının ailəsi kimi vərəsǝsidir. Hesab edir ki, vərəsə kimi onun hüquqları tanınaraq mərhum həyat yoldaşına məxsus torpağın alınaraq ona verilməsi zərurəti yaranmışdır. Göründüyü kimi qanuni sənədlə 2.65 ha torpaq sahəsi ailə üzvlərinə verilibdir. Həyətyani torpaq sahəsi xeyli olduğu üçün ailə üzvlərinin hər birinə 0.44 ha hesablanmışdır. Halbu ki hər bir nəfərə 0.60 sot bölünmüşdür. Həyətyani torpaq sahəsi hesablanaraq zəbt çox olduğu üçün 0.44 hektardan verilmişdir. İndi ona nə həyətyani torpaqdan vermirlər nə də mərhum həyat yoldaşından qalan əmlak pay torpağı vermirlər ki, istifadə etsin. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, mərhum Cavabdeh6 ilə qeyri- rəsmi olarq ailə qurub evlənmiş və birgə yaşayış dövründən 4 övladları anadan olmuşdur. Həyat yoldaşı 01 iyul 2010-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən bir müddət sonra cavabdeh kimi qeyd etdiyi şəxslər mərhum həyat yoldaşına məxsus pay torpaq sahəsini onun əlindən alaraq zəbt etmişlər. Hal-hazırda az yaşlı 4 övladı yetkinlik yaşına çatmamışdır. Ərizəsinin nəzərə alınaraq, az yaşlı 4 (dörd) övladı yetkinlik yaşına çatmadığı üçün mülki iş üzrə onu qanuni nümayəndə kimi tanınmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 13 07.2022-ci il tarixli qərardadı ilə İddiaçı xx.xx.2005-ci ildə X10, xx.xx.2007-ci ildə X5, xx.xx.2009-cu ildə X8, xx.xx.2010-cu ildə X6 qanuni nümayəndəsi kimi tanınmışdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, X4 və digər cavabdehlǝrǝ qarşı miras əmlak olan torpaq sahəsi üzrə payların müəyən edilməsi və torpaqdan çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdehlərdən Cavabdeh6 vəfat etmiş, onun adı iddia tələbində texniki səhv olaraq cavabdeh kimi qeyd edilmişdir. Cavabdeh6 münasibətdə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiləşdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, Cavabdeh1 və qeyrilərinə qarşı "mərhum həyat yoldaşına məxsus torpaqdan cavabdehlərin çıxarılması " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal- hazırda iddia ərizəsinə dəqiqləşdirmə verərək iddia tələbini “miras qalmış əmlakın üzərində payının müəyyən edilməsi və cavabdehlərin mərhum həyat yoldaşına məxsus torpaq sahəsindən çıxarılması" olaraq qeyd etmək istəyir. Odur ki, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı-qanuni nümayəndə İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər X3, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA № 306042 saylı Məcburi Köçkün vəsiqəsinin surətindən görünür ki, İsayeva X9 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti B aşçısının Əyricə kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 735 saylı xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Nəcəfqulubəyli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ № 420474 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh6 27 iyun 2005-ci ildə İddiaçı doğulmuş X10 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ № 420475 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh6 18 iyul 2007-ci ildə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ № 420476 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh6 26 avqust 2009-cu ildə İddiaçı doğulmuş X8 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdəverilmiş AZ-İ № 420477 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh6 06 iyul 2010-cu ildə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Yeni Əyricə kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ № 409520 nömrəli Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh6 03 iyun 2010-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Kərimbəyli Bələdiyyəsi tərəfindən verilmiş 27 saylı xx.xx.2021-ci il tarixdə verilmiş 27 nömrəli Arayışdan görünür ki, Nəcəfqulubəyli kəndində ümumi olaraq 6 nəfər ailə üzvülərinə 2.65 ha pay torpagı ayrılmışdır 0.44 ha Mərhum Cavabdeh6 oglunun adında qeydə alınmışdır İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0042 KOD 61006058 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əsasən Bərdə rayonu Nəcəfqulubəyli kənd sakinləri X1, Cavabdeh1 Məhəmməd qızının, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə 2.65 hektar torpaq sahəsi verilmişdir. İş materilallarına əlavə edilmiş DƏDKR publik hüquqi şəxsin 7 saylı Əİ tərəfindən verilmiş məktubda qeyd edilir ki, cavabdehin iştirakı təmin olunmadığından rəy veilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə mərhum Cavabdeh6 qeyri-rəsmi ailə qurmuşlar, birgə yaşayışlarından 4 övladları anadan olmuşdur və atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmişdir. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarına əsasən Bərdə rayonu Nəcəfqulubəyli kənd sakinləri X1, Cavabdeh1 Məhəmməd qızının, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə kənd təsərrüfat təyinatlı 2.65 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh6 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X6 qanuni nümayəndəsi kimi məhkəməyə müraciət edərək miras qalmış əmlakın üzərində payının müəyyən edilməsi və cavabdehlərin mərhum Cavabdeh6 məxsus həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1136-ci maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1282.1-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Həmin Məcəllənin 1282.2-ci maddəsinə əsasən bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. Həmin Məcəllənin 1283-ci maddəsinə əsasən əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X6 Torpağa mülkiyyət hüququna dair JN-0042 KOD 61006058 saylı Dövlət Aktına əsasən cavabdehlərin birgə mülkiyyəində olan 2.65 hektar torpaq sahəsinə ataları Cavabdeh6 payına düşən hissədə pay hüququ tanınmalı və həmin torpaq sahəsindən cavabdehlər X7, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, JN-0042 KOD 61006058 saylı Dövlət Aktına əsasən 2.65 hektar torpaq sahəsi 6 nəfər şəxsin birgə mülkiyyətinə verilmişdir ki, Cavabdeh6 payı 0,441 ha təşkil edir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər X2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras qalmış əmlakın üzərində payının müəyyən edilməsi və cavabdehlərin mərhum həyat yoldaşına məxsus torpaq sahəsindən çıxarılması" tələbinə dair iddia təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X6 Torpağa mülkiyyət hüququna dair JN-0042 KOD 61006058 saylı Dövlət Aktına əsasən cavabdehlərin birgə mülkiyyəində olan 2.65 hektar torpaq sahəsinə mərhum ataları Cavabdeh6 payına düşən - 0,441 ha hissəsinə pay hüququ tanınsın və pay hüququnun tanınan 0,441 ha hissəsindən cavabdehlər X7, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 çıxarılsın. İş üzrə ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər X2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-295/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-295/2022
15.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver