Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-295/2023 10.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Müüdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı əmək müqaviləsinin ləğv olunmuş hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə aralarında bağlanmış 01 sentyabr 2017-ci il tarixliŞ xxxxxxx000100 nömrəli əmək müqaviləsinin xitam olunmuş hesab edilməsinə, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıiddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 01 sentyabr 2017-ci il tarixi, 41JNDN000100 nömrəli əmək müqaviləsinə əsasən həmin şirkətdəBax texnoloq vəzifəsində işə düzəlmişdir. Bir il həmin hüquqi şəxslə işlədikdən sonra hüquqi şəxsin direktoru X1 10 sentyabr 2018-ci il tarixli əmri ilə Cavabdeh MMC ilə aralarında olan əmək müqaviləsi ləğv edilmiş və o, işdən azad edilmişdir. Həmin tarixdən sonra rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün həqiqətən də əmək müqaviləsinin ləğvi və həmin şirkətin bir işçisi olmadığı qənaətinə gəlmişdir. Lakin 2021-ci il tarixində yeni iş üçün müraciət etdikdə yeni işəgötürən onun hələ də Cavabdeh MMC-nin bir işçisi olduğunu, portalda həmin hüquqi şəxslə əmək müqaviləsinin göründüyünü, ona görə də onunla rəsmi olaraq əmək müqaviləsi bağlamağı mümkün olmadığını bildirmişdir. Məlumatı aldıqdan dərhal sonra rəsmi olaraq X4 Xidmətinə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və adını portaldan çıxarılmasını onlardan xahiş etmişdir. Məktuba cavab olaraq 15 iyul 2021-ci il tarixdə ona məktub göndərilmiş və məktubda “X1 12 ildən artıqdır ki, Bərdə rayonu, Otuzikilər kəndində olmadığı, həmin ərazidə yaşadığı, yaşayış ünvanının heç kimə məlum olmadığı və Cavabdeh MMC-nin fəaliyyətinin 13 dekabr 2019-cu il tarixdən 13 dekabr 2024-cü il tarixədək dayandırıldığı göstərilmişdir. Məktubun sonunda isə əmək müqaviləsinin ləğvi üçün müvafiq işəgötürənə müraciət edilməsi, bu mümkün olmadıqda isə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Hazırda aralarında bağlanmış həmin əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq portalında qüvvədə olan müqavilə kimi yerləşdiyinə görə digər yerlərdə işə düzəlməkdə çətinlik çəkir. Əmək müqaviləsinin ləğvi ilə bağlı işəgötürən yazılı qaydada müraciət etsə də, müraciətinə cavab ala bilməmişdir. Həmçinin problemin həll edilməsi üçün Gəncə 1 saylı “Mediasiya” təşkilatına müraciət edib qarşı tərəfi çağırsa da, qarşı tərəf bu prosesə də gəlməmişdir. Cavabdeh MMC-nin fəliyyətinin dayanmış olması və işəgötürən X1 harda olduğunun bilinməməsi və buna görə də əmək müqaviləsinə xitam verilməsinin və adının portaldan çıxarrılmasının mümkün olmaması işin məhkəmə qaydasında həll edilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Müüdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 24 avqust 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Tərtər şəhəri İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1029 nömrəli, 06 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş vergi ödəyicisi barədə məlumatdan müəyyən olunur ki, Cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş İddiaçı barəsində sosial arayışdan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş AZ-İ672489 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə İddiaçı 08 iyul 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Əzimova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 19 avqust 1987-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 29 iyul 2022ci il tarixli, **********302600 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh hüquqi ünvanı Bərdə rayonu, Hacıəhmədli kəndində qeyd edilmişdir. Mülki işə əlavə edilmiş mediasiya şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 01 sentyabr 2017-ci ildən 10 sentyabr 2018-ci ilə kimi Cavabdehndə texnoloq işləmiş, 10 sentyabr 2018-ci il tarixdən Cavabdeh ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə, əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbində haqlıdır və iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdehnə, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Müüdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı əmək müqaviləsinin ləğv olunmuş hesab olunması tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2017-ci il tarixi, 41JNDN000100 nömrəli əmək müqaviləsi xitam olunmuş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə olunsun. Qətnamədən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-295/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-295/2023
10.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver