Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2953/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X33 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X*6 məxsus miras əmlakın üzərində onun vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 29 avqust *976-cı il təvəllüdlüdür, ailəlidir, Bərdə rayonu, Mustafaağalı kənd sakinidir, *7 yanvar *948-ci il təvəllüdlü atası X23 08 sentyabr 2020-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra vaxtında Dövlət notariat kontoruna müraciət etməmişdir. Vərəsəlik şəhadətnaməsi almamışdır, bu səbəbdən də problemlə üzləşmişdir. Belə ki, atası sağlığında, yəni Rusiyada yaşayan zaman müxtəlif Banklara pul vəsaiti qoymuş, atasının ölümündən sonra həmin vəsait banklarda qalmış, bundan əlavə atasının pay torpaq sahəsi də vardır ki, vərəsəlik hüququ tanınmadığından və ya vərəsəlik şəhadətnaməsi vaxtında müraciət edib almadığından atasına məxsus miras əmlakı üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Məhz bu səbəbdən Bərdə regional “Asan Xidmət” Mərkəzinin Dövlət notariat kontoruna müraciət etmiş, ancaq vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, mərhum atası X*7 məxsus miras əmlakı üzərində onun vərəsəlik hüququnun tanınmasına dair məhkəmə aktına ehtiyacı var. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X*2 ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X33 Xidmət Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 29 avqust *976-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan İV-JQ 364020 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunru ki, Ərizəçi 29 avqust *976-cı ildə doğulmuşdur, atası X23, anası X6r. İş materiallarında olan JN 446A KOD 6*000078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 3* avqust *998-ci il tarixli, *2 saylı qərarı ilə Bərdə rayonu, Mustafaağalı kənd sakinləri X*3, X3, X7, X8 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN 496 KOD 6*000078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 3* avqust *998-ci il tarixli, *2 saylı qərarı ilə Bərdə rayonu, Mustafaağalı kənd sakinləri X*3, X3, X7, X8 mülkiyyətinə 4.00 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan İİ-DV604065 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 ** sentyabr 2020-ci ildə Rusiya Fedarasiyasında ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *64 nömrəli, 02 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Mustafaağalı kəndində daimi qeydiyyatdadır. İş materiallarında olan AZE *5*22722 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 25 sentyabr *979-cu ildə Bərdə rayonunda doğulmuşdur, Ağdam rayonu, Qərvənd kəndində qeydiyyatdadır. İş materiallarında olan 295840 nömrəli, 0* avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X*4 25 sentyabr *979-cu ildə doğulmuşdur, atası X20, anası X6r. İş materiallarında olan 398 nömrəli 08 avqust 2022-ci il tarixli Ağdam rayonu, Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X* rayonu Baş Qərvənd kənd sakinidir və Bərdə rayonu, Lək Meşəsi ərazisində yaşayır. İş materiallarında olan X*0, X9, X*5 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, atalarından miras qalmış əmlakdan qardaşı Ərizəçi xeyrinə imtina etmişdir. İş materiallarında olan X33 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *877/2022 saylı, 08 avqust 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi heç bir sənəd təqdim etmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan ərizəçinin bacıları X*0, X9 və X*9 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar atalarından qalan miras əmlakı qəbul etməmişlər və ərizəçi olan qardaşları Ərizəçi xeyrinə miras paylarından imtina edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*3-2*4, 2*6-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi X** qalmış miras əmlaka vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2953/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2953/2022
06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver