Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2956/2021 13.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Məmmədova Gülnar Sevindik qızının və vəkili X6 iştirakı ilə, Ərizəçi Məmmədova Gülnar Sevindik qızının doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası Orucova (Həsənova) Hafizə Ədil qızı ilə Orucov Bəndalı Ədil oğlunun bacı-qardaş olmaları, onun da X8 qızı olması yəni qohumluq faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Məmmədova Gülnar Sevindik qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, Orucova (Həsənova) Hafizə Ədil qızı ilə X1 birgə nikahlarından xx xxxxxx 1977-ci ildə Şuşa şəhərində doğulmuşdur və Şuşa şəhərində də yaşayıblar. Eermənilər Şuşa şəhərini işğal edərkən ailəlikcə Bərdə rayonu, Otuzikilər kəndində məskunlaşıblar. Onlarla bərabər anası Hafizənin də qardaşı Şuşa şəhərində yaşamışdır. Məcburi köçkün kimi Orucov Bəndalı Ədil oğlu və onun həyat yoldaşı da həmin kənddə məskunlaşmışdır. Anası Hafizə 02 may 1992-ci ildə yaşadıqları kənddə vəfat etmiş, dəfni həmin kənddə keçirilmiş, həmin kənddə də dəfn olunmuşdur. O, da Otuzikilər kəndində yaşayan Niyazi adlı şəxslə ailə qurub həmin kənddə yaşamışdır. Dayısıgildə yəni Orucov Bəndalı Ədil oğlu və onun həyat yoldaşı onunla qalmışdır. Onunla bərabər anasının qardaşı X19 və onun həyat yoldaşı Qabilova Həcər Musa qızı da ailəlikcə onun yaşadığı ailədə onlarla birlikdə yaşamışdır. Dayısının heç bir övladı olmamışdır. Onların bütün xərclərini, ehtiyaclarını o, ödəmişdir. 15 may 2011-ci ildə dayısı X19 onların evində vəfat etmişdir. Onun yasını, dəfnini onlar ödəmişdir, qəbir üstü məzar daşını da onlar götürmüşdür. Qəbir üstü daşda da onun qohumları tərəfindən, yəni onlar tərəfindən xatirə olaraq yazılmışdır. Sonradan onun həyat yoldaşı 2013-cü ildə Qabilova Həcər Musa qızı vəfat etmişdir və o da eyni zamanda onun da bütün xərclərini onlar ödəmişdir. Yəni hər ikisi onların himayəsində yaşamaqla bütün qayğıları onlar tərəfindən ödənilmişdir. Ölənə kimi də yuxarıda göstərdiyi kimi onların ailəsində yaşamışdırlar. Dayısının vərəsəsi kimi onun mirasına sahib olmaq üçün natariusa müraciət etmək istəyir, lakin onların, yəni Orucova (X15 ilə anasının qardaşı X19 bacı-qardaş olması yəni qohumluq faktının təsdiqi üçün onlardan doğum haqqında şəhadətnamələri olmadığından mümkün olmamış, sorğular verilməsinə baxmayaraq həmin sənədlər tapılmamışdır. Ona görə də onların, yəni anası Orucova (Həsənova) Hafizə Ədil qızı ilə Orucov Bəndalı Ədil oğlunun bacı-qardaş olmağı, onun da Hafizənin qızı olmağı, yəni qohumluq faktı məhkəmə vasitəsi ilə müəyyən edilməlidir. Bu barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili X21 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Zeynalov Şahid Baba oğlu bildirmişdir ki, Ərizəçi ilə qohşudurlar. Gülnarın anası Hafizədir, onlar Şuşadan məcburi köçkündürlər. Bərdə rayonu Otuzikilər kəndində məskunlaşıblar, dayısı X19 və onun arvadı X20 da Gülnarla birlikdə yaşayırdılar, dayısı və arvadı vəfat edib. Bütün dəfn yas xərclərini Gülnar və həyat yoldaşı çəkib, qəbr üstünü də onlar götürüb. Məhkəmə iclasında şahid Mustaafayeva Səfurə Yelmar qızı şahid X9 izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1977-ci ildə Şuşa şəhərində doğulmuşdur, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 262 nömrəli, 29 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Otuzikilər kəndində yaşayır. İş materiallarında olan İV-JQ 417423 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx xxxxxx 1977-ci ildə doğulmuşdur, atası X5, anası X10r. İş materiallarında olan 16 aprtel 2021-ci il tarixli, 05 Q/69-281/12 nömrəli arayışdan müəyyən olunur ki, X17 oğlu ilə, Orucova Hafizə Ədil qızı arasında nikah 10 oktyabr 1957-ci il tarixdə Şuşa rayonu Qeydiyyat şöbəsi tərəfindən 104 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş 372-05/69 nömrəli, 30 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X23 02 may 1992-ci ildə Bərdə rayonu Otuzikilər kəndində ölmüşdür. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli, AZ-İ 44798 nömrəli arayışdan müəyyən olunur ki, X19 15 may 2011-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 615760 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qabilova Həcər Musa qızı 21 fevral 2013-cü ildə ölmüşdür. İş materiallarında olan AZE 05157283 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 24 oktyabr 1947-ci ildə Şuşa rayonunda doğulmuşdur, Şuşa şəhəri Q.B.Zakir küçəsi ev 3-də qeydiyyatdadır. İş materiallarında olan AZE 15312504 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Zeynalov Şahid Baba oğlu 18 noyabr 1965-ci ildə Şuşa şəhərində doğulmuş, Şuşa şəhəri, Fizuli küçəsi ev 4 ünvanında qeydiyyatdadır. İş materillarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli, DA-00822-2021 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fonunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Şuşa rayonu Qeydiyyat Şöbəsi üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında Orucova (Həsənova) Hafizə Ədil qızının təvəllüdü haqqında heç bir məlumat yoxdur. Eyni zamanda bildirilmişdir ki, 1928-ci ilə dair Şuşa şəhəri üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. İş materiallarında olan Ədliyyə Naazirliyi Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, 05/Q-66/69 nömrəli məktubundan müəyyən olunur ki, Orucova Hafizə Ədil qızının doğum haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayonu Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 43 nömrəli 19 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Şuşa şəhərindən 1992-ci ildən məcburi köçkün olmuş Orucov Bəndalı Ədil oğlu və onun mərhum arvadı Qabilova Həcər Musa qızı vəfat edənə qədər Bərdə rayonu Otuzikilər kəndində məcburi köçkün kimi qeydiyyatsız Orucov Bəndalı Ədil oğlunun bacısı qızı Bərdə rayonu Otuzikilər kəndində yaşayan Ərizəçi yanında və himayəsində yaşamışdılar. Onların başqa evlilikdən övladları olmadıqları üçün onlar vəfat edənə qədər Məmmədova Gülnar Sevindik qızı qulluq etmişdir. Onların dəfn , yas qəbr üstü abidəsinin xərclərini Ərizəçi Sevindik qızı öz şəxsi vəsaiti hesabına çəkmişdir. İş materiallarında qəbrin forotoşəkilindən müəyyən olunur ki, Hafizə Ədil qızı Həsənova 1957-ci ildə doğulmuş, 1992-ci ildə ölmüşdür. İş materiallarında qəbrin forotoşəkilindən müəyyən olunur ki, X16 1928-ci ildə doğulmuş, 2011-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi Orucova Hafizə Ədil qızının qızı olması, Orucova (Həsənova) Hafizə Ədil qızı ilə Orucov Bəndalı Ədil oğlunun bacı qardaş olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə mirası qəbul etmək üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi X8 qızı olması, Orucova (Həsənova) Hafizə Ədil qızı ilə Orucov Bəndalı Ədil oğlunun bacı qardaş olması faktı faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2956/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2956/2021
13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver