Məhkəmə qərarları › İş №2(021)-2957/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2957/2021

29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2957/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X19, Ərizəçi X7 iştirakları ilə, Ərizəçi X2 məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi X27 ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyət hüququna dair KOD 610200** JN ***8 Dövlət aktında qeyd edilmiş mülkiyətçilər X20 münasibətdə “Heydarov” Kamil Pəsərək oğluna, Heydərov Məxmər Süleyman qızına münasibətdə “Heydərova “Məxmər” Süleyman qızı, Heydərov Naib Kamil qızına münasibətdə "oğlu" kimi, Heydərova Təravət Kamil qızını isə “Kamil oğluna” məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X27 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 13 saylı qərarına əsasən ona və ailə üzvülərinə 5.07 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair KOD 610200** JN *** saylı Dövlət Aktı verilmiş, həmin torpaq sahəsi hazırda onların mülkiyyətindədir. Ailə baaşçısı mərhum atası X21 və anası mərhum Heydərova Yasəmən Alı qızı olmuşdur. O, mərhum valdeynlərindən miras qalmış pay torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir. Buna baxmayaraq onlara dövlət aktı verərəkən səhv olaraq dövlət aktında onun soyadı Heydarov deyil Heydərov kimi, həyat yoldaşı X1 Heydərov Məxmər Süleyman qızı, oğlu X54 oğlunu qızı kimi, Heydərova Təravət Kamil qızı isə Kamil oğlu kimi yazılmışdır. O, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi İdarəsinə müraciət etmələrinə baxmayaraq orada onlara məhkəməyə müraciət etməkləri tövsiyyə edilmişdir. Onlar da məcbur olub ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X27 ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçi X27 izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Pəsərək oğlu xx xxxxxx 1959-cu ildə Bərdə rayonu, Qazaxlar kəndində doğulmşdur, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15161067 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Heydarova Məxmər Süleyman qızı 18 noyabr 1963-cü ildə doğulmuşdur, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16902283 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Heydərov Naib Kamil oğlu 08 noyabr 1986-cı ildə doğulmuşdur, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17577058 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X34 03 dekabr 1991-ci ildə doğulmuşdur, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16854326 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Abdullayeva Aygün Kamil qızı 29 fevral 1984-cü ildə doğulmuşdur, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 616005 nömrəli ölüm haqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Heydərova Yasəmən Alı qızı 15 iyul 2013-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 247288 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X42 oğlu 17 noyabr 2007-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə Rayon İcra hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 333 nömrəli, 12 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 138, KOD 61020028 olan Dövlət Aktında texniki səhv olaraq X27 yazılmışdır, Ərizəçi ilə Heydərov Kamil Pəsərək oğlu eyni şəxsdir. İş materiallarında olan Bərdə Rayon İcra hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 334 nömrəli, 13 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 138, KOD 61020028 olan Dövlət Aktında texniki səhv olaraq X12 yazılmışdır, X12 ilə X11 eyni şəxsdir. İş materiallarında olan Bərdə Rayon İcra hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 335 nömrəli, 13 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 138, KOD 61020028 olan Dövlət Aktında texniki səhv olaraq X24 yazılmışdır, X24 ilə X28 eyni şəxsdir. İş materiallarında olan Bərdə Rayon İcra hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 336 nömrəli, 13 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 138, KOD 61020028 olan Dövlət Aktında texniki səhv olaraq X29 yazılmışdır, X29 ilə Heydərova Təravət Kamil qızı eyni şəxsdir. İş materiallarında olan JN-138 KOD 61020028 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar islahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Heydərov Pəsərək Təhməz oğluna, Heydərova Yasəmən Alı qızına, X27, Heydərova Məxmər Süleyman qızına, Heydərova Kəmalə Kamil qızına, Heydərova Aygün Kamil qızına Bərdə rayonu Gərənə kəndində 1,05 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********608 nömrəli 13 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi oğlu JN-138 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-138 KOD 61020028 saylı Dövlət aktının Ərizəçi Pəsərək oğluna, Heydarova Məxbər Süleyman qızına, Heydərov Naib Kamil oğluna, X14 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X18, X5, Heydərov Naib Kamil qızına, X15 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- JN-240 KOD 61005078 saylı dövlət aktının Ərizəçi Pəsərək oğluna, X6, X35, X14 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X7, Heydərova Məxmər Süleyman qızının, Heydərov Naib Kamil qızının, X15 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-138 KOD 61020028 saylı dövlət aktının Ərizəçi Pəsərək oğluna, Heydarova Məxbər Süleyman qızına, Heydərov Naib Kamil oğluna, X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar