Məhkəmə qərarları › İş №2(021)-2957/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2957/2025

19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2957/2025 19.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı “Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, mərhum atası, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 xüsusi mülkiyyət hüququ ilə aid olan Bərdə rayon Divanlı kəndində yerləşən, yaşayış mənətəqələrinin torpaqlarına aid 0.16 h torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktını, müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası Ərizə onunla əsaslandırılmışdır ki, birgə ərizəçilər doğma bacı qardaşdırlar. X1 ilə X5 23 avqust 1958-ci il tarixli 4 nömrəli qeydlə rəsmiləşdirilmiş birgə nikahından (xx.xx.1961-ci il təvəlüldlü Ərizəçi və xx.xx.1956-cı il təvəllüdlü X11) dünyaya gəlib. Onlardan başqa valideynlərinin 18 yanvar 1963-cü il təvəlüldlü X10 adlı övladları -yəni bacısı olmuşdur. Lakin bacıları X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bacıları Nüşabə heç vaxt ailə həyatı qurmamış və övladı olmamışdır. Valideynləri atası Əlif Abdullayev xx.xx.2022-ci il tarixdə, anaları X9 isə xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Mərhum ataları X2 Bərdə rayon Divanlı kəndində 01.6 ha xüsusi mülkiyyət hüququ ilə həyətyanı yaşayış mənətəqlərinin torpaqları kateoqriyasına aid torpaq sahəsi miras əmlakı olaraq qalmışdır. Mirasın qəbulu ilə bağlı X20 xidmətin notariat ofsinə müraciət etsə də ona vərəslik şəhadətnaməsi verilməmiş, ancaq həmin qurumdan verilən 04 iyun 2025-ci il tarixli 1626/2025 saylı məktubu ilə ona bildirilən bu olmuşdur ki, mirasın qəbul müddəti sizin tərəfindən ötürülmüşdür. Qeyd edir ki, mərhum atasının mövcüd mirasına dair heç bir mübahisə yoxdur. Həm mirasın qəbulu faktını şahidlər də təsdiq edə bilərlər. Mərhum atasının vəfatından sonra ondan qalan miras əmlakını – o, faktiki şəkildə qəbul edib sahiblik etsə də, ancaq həmin mülki adına rəsmiləşdirə bilməyib. Bir daha qeyd edir ki, həmin miras əmlaka faktiki sahibliyi o, həyata keçirib. Mərhum atasından qalmış sözügedən torpaq miras əmlakının onun adına rəsmiləşdirilməsinə bir daha qeyd edir ki, hər hansısa etriaz və mübahisə yoxdur, çünki həmin miras əmlakına faktiki o sahiblik edib. İddia tələbi həcminin artırılması Ərizəçi məhkəməyə ərizə verərək, həmçinin mirasın qəbul edilməsi müddətinin ötürmə halının üzürlü hesab edilməsini xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli 1626/2025 saylı X20 Xidmət Mərkəzinin məktubundan görünür ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyündən müvafiq rayon məhkəməsinə müraciət etməlidir. AZ-T 245817 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Əli oğlu xx.xx.1961-ci ildə anadan olmuşdur. AZ 122003 saylıölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. AZ-İİ 229429 saylı öüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, X3 Bərdə rayonu Divanlı kəndində xüsusi mülkiyyətində 0.16 ha torpaq sahəsi və onun üzərində 105.8 kv.m fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** sayla qeydiyyata alınmışdır. AZ-V 067163 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1956-cı il tarixdə anadan olmuşddur. xx.xx.2025-ci il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X10 xx.xx.1963-cü ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 702 saylı arayyışdan görünür ki, Bərdərayoonu Divanlı kəndində yaşamış mərhum X7 aşağıdakı ailə üzvləri var. Ərizəçi, X15. xx.xx.2025-ci il tarixli 703 saylı arayyışdan görünür ki, Bərdə rayoonu Divanlı kəndində yaşamış mərhum X3 aşağıdakı ailə üzvləri var. Ərizəçi, X15. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. AZE seriyalı 06423877 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1956-cı ildə Laçın rayonu Soyuqbulaq kəndində anadan olmuş, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 160 saaylı araayışdan görünür ki. X8 rayonu Yenidaşkənd kəndində yaşayır. xx.xx.2025-ci il tarixli 701 saaylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Divanlı kəndində yaşayır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Laçın rayonu Soyuqbulaq kəndində anadan olmuş, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının MM-nin : 1248.1. maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən miras Ərizəçi tərəfindən qəbul edilərək faktiki sahiblik hüquqları realizə olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi tərəfindən Bərdə rayon Divanlı kəndində yerləşən 0.16 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinin miras kimi qəbul edilməsi faktı müəyyən edilməli və onun tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş ötürülmüş müddət üzrlü hesab edilməlidir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü ərizəçinın üzərinə düşür. Göründüyü kimi, Ərizəçi tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən Bərdə rayon Divanlı kəndində yerləşən 0.16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinin miras kimi qəbul edilməsi faktı müəyyən edilsin və onun tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş ötürülmüş müddət üzrlü hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar