Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-296/2023 01.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayonu, Şirvanlı kəndində yerləşən birgə mülkiyyətlərində olan 0,50 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılmasına və torpaq sahəsinin sahibliyinə qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh onun qardaşıdır. Bərdə Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə Bərdə Rayon Şirvanlı kənd ərazisində 0,50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsini neçə illərdir ki, hazırki iş üzrə cavabdeh zəbt etmişdir. Belə ki, cavabdeh torpaq sahəsini zəbt edərək torpaqdan istifadə etməyinə maneçilik törətməklə mülkiyyət hüququnu pozur. Daşınmaz Əmlakın Dövlət reystri xidmətinin 7 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən torpaq sahəsinin kordinatları naturada ölçülərək ona tanıdılmışdır. Dəfələrlə cavabdehdən qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, onun haqlı tələbinə məhəl qoymur, həmin torpaqdan istifadə edib ailəsini dolandırmağına maneçilik törədir. Beləliklə onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd ounmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə Bərdə rayon Şirvanlı kəndində anadan olmuşdur. Bərdə rayon Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 804 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Şirvanlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 988 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 rayon Şirvanlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2017-cı il, qeydiyyat nömrəsi ********** olan Seriya RX, №1172056 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Şirvanlı kəndində 0.50 ha torpaq sahəsi İddiaçı, X2, X7, X8 və X5 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dölət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki: iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin naturada faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası müqaisələndirildi. RX seriyalı ******* saylı çıxarışla qeydiyyata alınmış İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş Bərdə rayon Şirvanlı kəndində yerləşən 0.50 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən çıxarışda və plan-ölçü sənədlərində qeyd olunan göstəriciləri nəzərə alınmaqla naturada göstərilən mübahisəli torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş Bərdə rayon Şirvanlı kəndində yerləşən 0.50 ha torpaq sahəsindən hal-hazırda naturada istifadə etmir, həmin torpaq sahəsi hazırda Cavabdeh istifadəsindədir. RX seriyalı ******* saylı çıxarışla qeydiyyata alınmış İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş Bərdə rayon Şirvanlı kəndində yerləşən 0.50 ha torpaq sahəsi Cavabdeh tərəfindən bütövlüklə istifadə edilir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, RX seriyalı ******* saylı çıxarışla qeydiyyata alınmış İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş Bərdə rayon Şirvanlı kəndində yerləşən 0.50 ha torpaq sahəsindən hal-hazırda naturada istifadə etmir, həmin torpaq sahəsi hazırda Cavabdeh istifadəsindədir və həmin torpaq sahəsi Cavabdeh tərəfindən bütövlüklə istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Şirvanlı kəndində yerləşən 0.50 ha torpaq sahəsindən cavabdeh X9 çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 95 manat cavabdeh X3 alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı cavabdeh X6 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilsin. İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Şirvanlı kəndində yerləşən 0.50 ha torpaq sahəsindən cavabdeh X9 çıxarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh X3 alınaraq İddiaçı ödənilsin. İş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 95 manat cavabdeh X3 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-296/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-296/2023
01.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver