Məhkəmə qərarları › İş №2(021)-2972/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2972/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2972/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X17 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın onun tərəfindən qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək miras qalmış Bərdə şəhəri H.Əliyev prospekti 8/4 ünvanında yerləşən mənzilin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və miras əmlakın miras kimi onun tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə şəhər kənd sakinidir. X4, anası isə X6r. O, tək uşaqdır. Bacı və qardaşı yoxdur. X15 2020-ci il tarixdə, anası Ceyran Qiyasova isə 17 noyabr 2008-ci il tarixds vəfat etmişdir. Anası vəfat etməmişdən öncə onun xüsusi mülkiyyətlərində ünvan 2 ünvanının adı dəyişdirilərək ünvan 3uşdur. Anasına məxsus olan mənzilin ümumi sahəsi 35 kv.m, yaşayış sahəsi 19.20 kv.m, köməkçi sahəsi 15.80 kv.m olan mənzilə 5427 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd etdiyi mənzildə anası vəfat etməmişdən öncədə, anası vəfat etdikdən sonra da o, ailə üzvləri ilə birlikdə yaşamışdır. Hal-hazırda o, Bərdə şəhər H.Əliyev pr 8/4 ünvanında yerləşən fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirib öz adına sənəd salmaq istəyir. Anasının ondan başqa heç bir övladı olmadığı və atası vəfat etdiyi üçün yeganə varis sadəcə o, qalmışdır. Bununla bağlı X17 xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etmiş, səbəbidə onu göstəriblər ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Ona başa salan olmamışdır ki, o, əvvəlcədən ərizə ilə müraciət etsin . Bunun üçündə miras əmlakı qəbul etmə müddəti ötürülmüşdür. Bərdə şəhər H. Əliyev pr 8/4 ünvanındakı mənzilin hal-hazırda onun istifadəsində olmasını, onunla bir küçədə yaşayan qonşuları və qohumlarıda təstiq edə bilərlər. Bunun üçündə məhkəməyə müraciət edərək bildirmək istəyir ki, miras qalmış Bərdə şəhər H.Əliyev pr 8/4 ünvanında yerləşən mənzilin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mənzilin miras kimi onun tərəfindən qəbul edilməsinin təstiq edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs X17 Xidmət Mərkəzində Notariat Kontoruna və X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan İX-JQ 496704 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1984-cü ildə doğulmuşdur, X4, anası X6r. İş materiallarında olan AZ-İ 347314 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 17 noyabr 2008-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə Mənzil Təmir İtismar Sahəsi tərəfindən verilmiş 366 saylı, 23 iyun 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X8 17 noyabr 2008-ci ildə vəfat edənə qədər keçmiş Nizami, indiki H.Əliyev prospekti 8/4 ünvanında yaaşayıb, vəfatından sonra onunla birgə faktiki olaraq yaşayan ailə üzvüləri Ərizəçi olmuşdur. İş materiallarında olan 5427 saylı Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 mülkiyyətinə ünvan 6 ünvanında ev qeydiyyata alınmışdır. İş materiallarında olan 14 aprel 1992-ci il tarixli, 30 saylı nikahın pouzlması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X9 ilə X8 arasında olan nikah 20 yun 1984-cü ildə pozulmuşdur. İş materiallarında olan 184 saylı, 05 iyul 1984-cü il tarixli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X9 ilə X8 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında ollan 751 saylı, 03 dekabr 1984-cü il tarixli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1984-cü ildə doğulmuşdur, atası X9, anası X6r. İş materiallarında olan X17 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1615/2023 saylı, 25 iyun 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhumə X2 miras qalmış əmlak vardır. Həmin əmlak faktiki olaraq Ərizəçi tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməklə, mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhumə anası X2 qalmış Bərdə şəhəri H.Əliyev prospekti 8/4 ünvanında yerləşən mənzilin miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar