Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2979/2021 13.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı evdən və torpaq sahəsində çıxarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Qocayev Zakir Mürsəl oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızının onun Bərdə şəhəri, M.P.Vaqif küçəsi ev 34 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.510 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 80 kv.m-dən ibarət fərdi yaşayış evindən cavabdeh Cavabdeh qızının çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Qocayev Zakir Mürsəl oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, onun Bərdə şəhəri M.P. Vaqif küçəsi ev 34 ünvanında xüsusi mülkiyyətində olan 0.510 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 80 kv.m-dən ibarət fərdi yaşayış evi var. Həmin evə Daşınmaz Əmlakın Dövlət Reyestrindən 23 avqust 2021-ci il tarixdə ********** saylı çıxarışda verilmişdir. Hazırki iş üzrə Cavabdeh qızı onun qardaşı oğlu X1 həyat yoldaşıdır. Cavabdeh qardaşının oğlu Ramil Qocayevlə rəsmi olaraq 2013-cü ildə ailə həyatı qurub evlənibdir və onun evində müvəqqəti olaraq yaşamağa başlamışlar. Birgə nikah dövründən 3 övladları anadan olmuşdur. Lakin aralarında yaranmış narazılıqlara görə 17 noyabr 2020-ci il tarixində aralarında bağlanmış nikahları pozulmuşdur. Xeyli zaman imiş ki, Cavabdeh onun mülkiyyətində olan evdən çıxıb gedibmiş. Lakin nikahın pozulmasına dair işləri Ağdam Rayon Məhkəməsinin icraatında olan zamanlarda Cavabdeh övladları ilə onun evində yaşamaq üçün gəlib və bildirib ki, bu evdən çıxmayacaq. Artıq 1 ildir ki, cavabdeh onun evində yaşayır. O Mingəçevir şəhərində yaşasa belə ünvan 3 ünvanında qalır. Cavabdeh isə o orda qalan zaman hər gün onunla dalaşır və onunla yola getmir. Ona bildirir ki, bu ev onundur. O isə yaşlı, ahıl bir insan olduğu üçün uşaqların səsküyünü və cavabdehin hər gün onunla dalaşan zaman olan səs-küyü götürmür. Halbuki o qardaşı oğlu Ramil ilə Cavabdeh evləndirdiyi zaman onun evində müvəqqəti olaraq yaşayacağını bildiribmiş. Ramil Qocayevin atası vəfat etdiyi üçün o, ona bir əmi kimi müvəqqəti yaşamaq üçün bir otaq veribmiş. İndi isə o, evi satmaq istəyir, lakin cavabdeh onun mülkiyyətində olan evdən çıxmadığı üçün evi sata bilmir. Cavabdeh evdən çıxmasını tələb edir, lakin cavabdeh ona bildirib ki, o, bu evdən çıxmayacaq, get hara istəyirsənsə şikayət et. O, onu bir gün belə evində nə saxlamaq nədəki görmək istəmir. Belə bir gəlin ona lazım deyil. Getsin harda yaşayır yaşasın. Dəfələrlə cavabdehdən onun evindən çıxmasını tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Yaşlı, xəstə adamdı. Bu gündən sabaha yaşamağa ümidi qalmayıb. Bunun üçündə cavabdehin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxmasını istəyir. Belə bir gəlinlə ömrünün sonuna qədər yaşamaq istəmir. İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Həsən qızının ona məxsus olan - yataq dəsti, qonaq dəsti, stol-stul dəsti, televizor altı, dörd gözlü qaz, ariston, 2 ədəd böyük xalça, 1 ədəd böyük xalça, veşilka, döşək, yastıq, yorğan - əşyaları ilə birlikdə evdən çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh qızının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1950-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Mingəçevir şəhər Mənzil-X3 tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 224 nömrəli arayışdan müəyyən olunur ki, Qocayev X2 şəhərində, Naxçıvan küçəsi ev 29, mənzil 17 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, X14 küçəsi ev 34 ünvanında ev Qocayev Zakir Mürsəl oğlunun mülkiyyətinə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş AZ-İ 375735 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qocayev Ramil Elman oğlu ilə Cavabdeh qızı arasında olan nikah 17 noyabr 2020-ci ildə pozulmuşdur. Beləliklə, iddiaçı Qocayev Zakir Mürsəl oğlunun Cavabdeh qızının mənzildən çıxarılması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Həsənova qızı mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Belə ki, mülki iş materiallarında olan sənədlərlə də evin tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən,mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir və iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh qızının mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh X7 ona məxsus olan əşyaları - yataq dəsti, qonaq dəsti, stol-stul dəsti, televizor altı, dörd gözlü qaz, ariston, 2 ədəd böyük xalça, 1 ədəd böyük xalça, veşilka, döşək, yastıq, yorğanla birlikdə ünvan 1 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.510 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 80 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2979/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2979/2021
13.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver