Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-298/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun hakimliyi, Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilmə və qəyyumluğa verilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X3 fəaliyyəti olmayan hesab edilməklə, onun qəyyumuğuna verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, o, X11 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2003-cü il tarixdə X6 adlı övladları anadan olmuşdur. X13 X19 Dispanserinin verdiyi arayışdan görünür ki, anadangəlmə ağır dərəcəli əqli gerilik, davranış pozuntusu ilə imbesilik dərəcəsində kəmağıllıq xəstəliyindən əziyyət çəkir. Son dövrlərdə xəstəliyi şiddətlənmişdir. Öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Bərdə RİHB xx.xx.2022-ci il tarixli 28 saylı sərəncamı ilə İ qrup əlil xx.xx.2003-cü il təvəllüdlü X6 həyat yoldaşı Eyvaz Namazovun patronajlığına verilmişdir. Sonradan xəstəliyi şiddətləndiyindən uşağı xx.xx.2023-cü il tarixdə Gəncə Şəhərində Yerləşən Qurtuluş 76 ünvanında 4 Saylı Psixonevroloji Sosial Xidmət müəssisəsinə yerləşdirmişlər. xx.xx.2024-cü il tarixdə Hüseyni oradan götürmüşlər və hazırda onlarla yaşayır. xx.xx.2003-cü il təvəllüdlü X6 adlı övladə qəyyumluğa verilməsinə dair Maraqlı şəxs Başçısının Aparatına etdiyi müraciətə İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli 3/57 saylı cavab verilmişdir ki, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə, müdafiə etməyə və öz vəzifələrini icra etməyə qadir olmayan 18 yaşdan yuxarı şəxslərin qəyyumluğa verilməsi məhkəmənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnaməsi əsasında təyin edilə bilər. Bu səbəbdən məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Ərizəçi tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 101 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. AZ-İ 458621 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. X2, anası X8r. xx.xx.2024-cü il tarixli 3/57 saylı Azərbaycan Respublikası Bərdə rayon İHB aparatının Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ona ərizə ilə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. xx.xx.2021-ci il tarixli 805 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X19 Dispanserinin tibbi rəyindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Dispanserdə baş həkim X9 tərəfindən müayinə olunmuşdur. Diaqnozu – ağır dərəcəli əqli gerilik, davranış pozuntusu ilə, imbesillik dərəcəsində kəmağıllıq F72.1 qoyulmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF SÖT üzrə Mərkəzi filialın X7 ünvanlanmış məktubundan görünür ki, Hüseyn Namazzadə sosial xismət müəssisəsində yerləşdirildiyi və tam dövlət təminatında olduğu üçün ona quluğa görə təyin edilmiş Prezident təqaüdünün ödənişi xx.xx.2024-cü il tarixinədək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli 3-17-3/2-N-20028/2024 saylı arayışdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixinədək Gəncə şəhəri Qurtuluş 76 ünvanında yerləşən 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində xx.xx.2024-cü il tarixədək yaşayıb və xx.xx.2024-cü il tarixində tam dövlət təminatından, agentliyin statistik göstəricilərindən, benefisiarın siyahısından və menyusundan çıxarılmışdır. xx.xx.2022-ci il tarixli 28 saylı Azərbycan Respublikası Bərdə rayon İHB sərəncamından görünür ki, İ qrup əlil xx.xx.2003-cü il təvəllüdlü X6 üzərində X5 patron ( köməkçi) təyin edilməsi barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilməsi, Eyvaz Namazova tapşırılsın ki, Hüseyn Namazzadənin qanunla müəyyən olunmuş hüquqlarının təmin edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 741 saylı arayışdan görünür ki, Bərdə rayonu Gərənə kənd sakini Ərizəçi 1982-ci ildə anadan olmuşdur, ailə üzvləri: X11, X6 və X10r. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6, xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il Kəlbəcər rayonu Milli kəndində anadan olmuşdur. Bərdə rayonu Gərənə kəndində yaşayır. Seriya AZE 14257270 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1978-ci il tarixdə Bərdə rayonu Gərənə kəndində anadan olmuşdur. Bərdə rayonu Gərənə kəndində yaşayır. xx.xx.2024-cü il tarixli 2(021)-3099/2024 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumluğa verilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə psixiatriya ekspertizası təyin edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 950 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin PHŞ məktubuna əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 887 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT -10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 müəyyən edilmişdir. Bunu mülki iş materialları, həmin mülki işindəki sənədlər anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri sübut etmişdir. Suallara cavab olaraq bildirilmişdir ki, X1 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-c baxış) F72.1 xəstəliyi aşkar edilmişdir. Xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X3 fəaliyyəti olmayan hesab edilməklə onun qəyyumuğuna verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli 887 saylı rəydən məlum olur ki, X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT -10 (psixi və davranış pozuntularının beytnəlxalq təsnifatı 10-cu baxış) F72.1 müəyyən edilmişdir. Xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-nin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. MPM-nin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndinə əsaən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-nin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-nin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-nin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına əsaslar olduğundan ərizə qismən təmin olunaraq, xx.xx.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, qalan hissədə təmin olunmamalı və məhkəməyə müraciət olunarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.
3. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
5. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev