Məhkəmə qərarları › İş №2(021)-2984/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2984/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2984/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi ilə, Ərizəçi Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2nə qarşı “ doğum faktının müəyyən edilməsi “ barədə ərizəsinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 iyun 2016-cı ildə Bərdə rayon Lənbəran kəndində anadan olmuş X1 doğum faktının müəyyən olunması və doğum haqqında şəhadətnaməsində anasının Ərizəçi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi məhkəmə iclasında iştirak edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, ərizəçi Ərizəçi Ağcabədi rayonunda yaşayır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM –nin 40.1-ci maddəsində göstərilir ki, ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmir. MPM-nin 44.2.2.-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2nə qarşı “ doğum faktının müəyyən edilməsi “ barədə ərizəsinə dair 2(021)-2984 /21 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Ağcabədi rayon məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 40,44, 263,264-cü maddələrini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2nə qarşı “ doğum faktının müəyyən edilməsi “ barədə ərizəsinə dair 2(021)-2984/21 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar