Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2991/2024 15.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Paşayev Ruhin Azər oğlunun katibliyi ilə, İddiaçı və vəkili X6, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin 3/2 hissəsindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən onun xüsusi mülkiyyətində olan 0.2201 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.60 kv.m-dən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları və əmlakları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Bərdə rayonu Yeni Əyricə kəndində mülkiyyətində olan 0.2201 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.60 kv.m-dən ibarət fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi Bərdə regional ASAN xidmət mərkəzində notariat kontorunun 13 avqust 2018-ci il tarixli, 2V-679 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 01 aprel 2015-ci il tarixdə vəfat etmiş atası X7 vəfatından sonra anası X2 çatası miras payının anası Zeynab Qəmbərova 13 avqust 2018-ci il tarixdə miras payin bağışlanma müqaviləsinə əsasən ona bağışlamışdır. Fərdi yaşayış evi ona bağışlandıqdan sonra o, həmin fərdi yaşayış evinə 0.09.2018-ci il tarixdə ******* saylı nömrəsi ilə qeydiyyata alınmış Çıxarış da almışdır. Hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 onun qardaşı, Cavabdeh2 Əlövsət qızı isə qardaşının həyat yoldaşıdır. Cavabdeh2 Əlövsət qızı qardaşı Vadim Qənbərov ilə rəsmi olaraq ailə həyatı qurub evlənib və onun evində müvəqqəti olaraq yaşamağa başlamışlar. Birgə nikah dövründən isə 2 ( iki) övladları anadan olmuşdur. Hal-hazırda hər iki cavabdeh onun evində övladları ilə birlikdə yaşayır. Lakin o, cavabdehlərin onun evində qalmasını istəmir. Çünki onun və anasının o evdə yaşamaq hüquqları pozulur, evinə gedərkən qardaşı və onun həyat yoldaşı onu evdən qovur, öz evində yaşamağa imkan vermirlər. Qardaşı Cavabdeh1 va onun həyat yoldaşı Cavabdeh2 əvvəllər Gəncə şəhərində yaşayıblar. Qardaşının evi olmadığı üçün ona bir bacı kimi müvəqqəti yaşamaq üçün evində bir otaq vermişdir. Lakin həmin gündən bəri nə o, nə də anası o evdə yaşaya bilmirlər. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətimdə olan 0.2201 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.60 kv.m-dən ibarət fərdi yaşayış evinin 3/2 hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının övladları və əmlakları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qardaşı və qardaşının arvadı öz evində yaşamağa ona və anasına imkan vermir. Məcbur qalıb bacısıgildə müvəqqəti yaşayırlar. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X10 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul etmir. Atası vəfat edən vaxtdan, 2018-ci il tarixdən ailəsi ilə birikdə mübahisəli fərdi yaşayış evinin 1 otağında yaşayırlar. Özü sanitar qovşağı və hamam tikərək ayrıca istifadə edir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. ünvan 1ində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 445 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1ində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi təərfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X11 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli Miras payın bağışlanması müqaviləsindən görünür ki, X4, Bərdə Regional "ASAN xidmət" Mərkəzində notariat kontorunun 13 avqust 2018-ci il tarixli, 2V-679 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 01 aprel 2015-ci ildə vəfat etmiş əri X8 vəfatından sonra ona çatası miras payını Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1291.1 maddəsinə müvafiq olaraq qızı İddiaçı bağışlamışdır. İş materiallarına əlavə olunmuş X1 adına qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində 0.2201 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.60 kv.m olan fərdi yaşayış evi X1 (torpaq sahəsi 3/21 hissə), Cavabdeh1 (torpaq sahəsi 3/21 hissə), Cavabdeh2 Əlövsət qızının (torpaq sahəsi 3/21 hissə), X3 (torpaq sahəsi 3/21 hissə), X5 (torpaq sahəsi 3/21 hissə) və İddiaçı (fərdi yaşayış evi 2/3 hissə, torpaq sahəsi 5/21 hissə) paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş İddiaçı adına qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, №1370156 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində 0.2201 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.60 kv.m olan fərdi yaşayış evi X1 (torpaq sahəsi 3/21 hissə), Cavabdeh1 (torpaq sahəsi 3/21 hissə), Cavabdeh2 Əlövsət qızının (torpaq sahəsi 3/21 hissə), X3 (torpaq sahəsi 3/21 hissə), X5 (torpaq sahəsi 3/21 hissə) və İddiaçı (fərdi yaşayış evi 2/3 hissə, torpaq sahəsi 5/21 hissə) paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayonu Yeni Əyricə kəndində 0.2201 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.60 kv.m olan fərdi yaşayış evi X1 (torpaq sahəsi 3/21 hissə), Cavabdeh1 (torpaq sahəsi 3/21 hissə), Cavabdeh2 Əlövsət qızının (torpaq sahəsi 3/21 hissə), X3 (torpaq sahəsi 3/21 hissə), X5 (torpaq sahəsi 3/21 hissə) və İddiaçı (fərdi yaşayış evi 2/3 hissə, torpaq sahəsi 5/21 hissə) paylı mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlərin mübahisəli fərdi yaşayış evinin 3/2 hissəsindən çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, Bərdə rayonu Yeni Əyricə kəndində 0.2201 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.60 kv.m olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir və naturda ayrılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-ci maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-ci maddəsinə əsasən Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. . Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin 3/2 hissəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2991/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2991/2024
15.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver