Məhkəmə qərarları › İş №2(021)-302/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-302/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-302/2023 17.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X9 iclas kаtibliyi, Ərizəçi nümayəndəsi və vəkili X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna qarşı qohumluq və mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə” dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X6 və X2 övladları olma-qohumluq faktının və mərhum anası X6 adına Bərdə rayon Füzuli küçəsində 1945-47-ci illər üzrə 8 saylı təsərrüfatbaşına kitabın 178 saylı şəxsi hesabına əsasən qeydə alınmış 6 sot həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Bərdə rayon Füzuli küçəsi olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili X12 məhkəməyə dəqiqləşdirmə barədə ərizə verərək ərizəçinin X6 və X2 övladları olmasına dair qohumluq və vərəsəlik faktının müəyyən edilməklə mərhum anası X6 adına Bərdə rayon Fizuli küçəsində 1945-1947-ci illər üzrə 8 saylı təsərrüfatbaşına kitabın 178 saylı şəxsi hesabına əsasən qeydə alınmış 6 sot həyətyanı torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Bərdə rayon Füzuli küçəsi olmasının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 ilə anası X13 1921-ci ildə ailə qurmuşlar. Onların birgə nikahlarından 1931-ci ildə Bərdə şəhərində doğulmuşdur. X1 1937-ci ildə represiya dövründə Qazaxıstana sürgün edilmiş, daha sonra atası X15 iştirak edərək X15 həlak olmuşdur. 1928-ci il təvəllüdlü X17, 193*-cu il təvəllüdlü bacısı X16 və 1936-cı il təvəllüdlü qardaşı X18 anasının soyadı ilə Cəfərov kimi qeyd edilmişdir. Anası həmin represiya illərində uşaqlarının soyadını öz qızlıq soyadı ilə Cəfərov kimi qeyd etdirmişdir. Lakin 196*cı ildə atası Məmiş Hüseynov SSR Ali Məhkəməsinin represiya qurbanları ilə bağlı qərarlarından irəli gələrək bəraət aldığı üçün o sonra öz soyadını atasının babasının adındakı sonluqla Əliyev olaraq rəsmiləşdirmişdir. Babasının adı Əbdüləli olmuş və o onun adındakı Əli adını özünə soyadı götürmüşdür. Atası X15 öldüyü üçün atasının ölümünün qeydi olmamış və bu günə kimi aşkar edilməmişdir. Anası *5 iyul 1988-ci il tarixdə vəfat etmişdir. Bərdə VVAQ-da doğum qeydləri 1947-ci ildən etibarən başladığından onun doğumu qeydə alınmamışdır. Mərhum anası X3 Bərdə rayonu Füzuli küçəsində 1945-ci ildə ayrılmış 6 sot torpaq sahəsi vardır. Anasının miras əmlakını və bütün təsərrüfatını həm onun sağlığında, həm də onun ölümündən sonra o qəbul edərək həmin əmlaklara sahiblik etmiş və istifadə etmişdir. Lakin anasının ölümündən sonra ondan miras qalmış əmlakını, torpaq sahəsini adına rəsmiləşdirə bilməmişdir. Bununla bağlı Bərdə regional Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etdilər. Səbəbidə onu göstərdilər ki, mirası qəbuletmə müddəti ötürülmüşdür. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X12 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ərizəçi başa düşməməzlikdən mirası qəbuletmə müddətini ötürmüşdür. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməyini üzürlü hesab edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsini və şahid ifadələrini dinləyib, iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Ərizəçi onun atasıdır. Atası 1931-ci ildə Bərdə şəhərində anadan olmuş, X1, anası isə X7r. Babası X15, nənəsi isə *5 iyul 1988-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçini 1947-ci ildən tanıyır. Ərizəçinin atasını tanımamış, eşitdiyinə görə ərizəçinin atası X15 vəfat etmiş, anası Fatma Cəfərova 1988-ci ildə vəfat etmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1931-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, Fizuli küçəsi, ev 8-də qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.*9.2*22-ci il tarixli, 5378 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri, Fizuli küçəsi, ev 8-də yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2*22-ci il tarixli, 125*- *5/69 nömrəli arayışdan görünür ki, X13 *5 iyul 1988-ci ildə Bərdə rayonunda ölmüşdür. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən *6 iyul 1988-ci il tarixli 117 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28.1*.2*22-ci il tarixli, 88 nömrəli məktubdan görünür ki, Bərdə şəhəri Fizuli küçəsində yaşamış X2 ailə üzvləri arvadı X13 1988-ci ildə vəfat etmiş, oğlu 1931-ci il təvəllüdlü Ərizəçi hal-hazırda həmin ünvanda yaşayır. Bərdə Regional “ASAN-Xidmət” X11 tərəfindən verilmiş *2.11.2*22-ci il tarixli, *5 Q/76xx*13 nömrəli məktubdan görünür ki, X2 və X6 doğum, nikah, ölüm yaxıd onların övladlarının doğumları barəsində heç bir məlumat aşkar edilməmişdir. Bərdə rayon Polis Şöbəsindən verilmiş Ərizəçi fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi xx xxx 1931-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş *4.11.2*22-ci il tarixli, 22462***5165 nömrəli məktubdan görünür ki, hazırkı mülki iş üzrə adları qeyd olunan X2 və X6 adlarına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində əmlak aşkar edilməmişdir. Kolxozçu təsərrüfatlarının 1945-1947-ci illərdəki əsas istehsal göstəricilərinə dair Təsərrüfatbaşına Dəftərinin təsdiq edilmiş surətindən görünür ki, X6 ailə üzvləri oğlu X17, qızı X16, oğlu X22, oğlu X19 olmaqla X8 6** kv.metr torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş 26.*9.2*22-ci il tarixli 99****3611 nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edən zaman 1**.** manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X6 və X2 övladları olma-qohumluq faktının və mərhum anası X6 adına Bərdə rayon Füzuli küçəsində 1945-47-ci illər üzrə 8 saylı təsərrüfatbaşına kitabın 178 saylı şəxsi hesabına əsasən qeydə alınmış 6 sot həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Bərdə rayon Füzuli küçəsi olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili X12 məhkəməyə dəqiqləşdirmə barədə ərizə verərək ərizəçinin X6 və X2 övladları olmasına dair qohumluq və vərəsəlik faktının müəyyən edilməklə mərhum anası X6 adına Bərdə rayon Fizuli küçəsində 1945-1947-ci illər üzrə 8 saylı təsərrüfatbaşına kitabın 178 saylı şəxsi hesabına əsasən qeydə alınmış 6 sot həyətyanı torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Bərdə rayon Füzuli küçəsi olmasının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 6*-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin (bundan sonra AM): 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1-ci mаddəsinə əsаsən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2-ci mаddəsinə əsаsən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Məcəllənin 3*7-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı, о cümlədən də dоğumun, övlаdlığа götürmənin, nikаhın, bоşаnmаnın, ölümün qeyd edilmə fаktının müəyyən edilməsi bаrədə də işlərə bаxır. Həmin Məcəllənin 3*7.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*7.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2* oktyabr 2*11-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12*3.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2*11-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli 3 saylı qərarının 1*-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 3*7.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 1*2-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 1*.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X6 xx.xx.1931-ci ildə doğulmuş Ərizəçi anası X2 atası olması və X6 və X2 vərəsəsinin Ərizəçi olması faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizəsi həmin hissədə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ərizə ərizəçinin mərhum anası X6 adına Bərdə rayon Fizuli küçəsində 1945-1947-ci illər üzrə 8 saylı təsərrüfatbaşına kitabın 178 saylı şəxsi hesabına əsasən qeydə alınmış 6 sot həyətyanı torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Bərdə rayon Füzuli küçəsi olmasının təsdiq edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, ərizəçi ərizəsində Bərdə rayon Fizuli küçəsində 1945-1947-ci illər üzrə 8 saylı təsərrüfatbaşına kitabın 178 saylı şəxsi hesabına əsasən qeydə alınmış 6 sot həyətyanı torpaq sahəsinin anası X8 məxsus olduğunu göstərsə də bu barədə hüquq müəyyən edici sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan X2 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində əmlak aşkar edilmədiyi müəyyən edilmişdir. Beləliklə, AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. X6 xx.xx.1931-ci ildə doğulmuş Ərizəçi anası, X2 Ərizəçi atası olması-qohumluq faktı, Ərizəçi X6 və X2 vərəsəsi olması-vərəsəlik faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar