Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3021/2021 14.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “bələdiyyə torpağından çıxarılma və ödənilməmiş icarə borcunun tutulması ”tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bərdə rayon Hacıəhmədli kənd bələdiyyəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 7.0 ha torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsi üçün ödənilməmiş 3780 manat icarə haqqının Bərdə rayon Hacıəhmədli kənd Bələdiyyəsinin xeyrinə tutuılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh borcunu ödədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının ərizəsini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “bələdiyyə torpağından çıxarılma və ödənilməmiş icarə borcunun tutulması ”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “bələdiyyə torpağından çıxarılma və ödənilməmiş icarə borcunun tutulması ”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3021/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3021/2021
14.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver