Məhkəmə qərarları › İş №2(021)-3022/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3022/2022

19.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3022/2022 19.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbə oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı torpaqdan çıxarılma və təsərrüfardan istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Bərdə rayonu Lənbəran kəndində yerləşən ona məxsus pay torpağından çıxarılması, Azərbaycan Respublikası Bərdə rayonu Əmlak məsələləri dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** seriyalı, xx.xx.2022-ci il tarixli çıxarış əsasında ona verilmiş 0,23 ha torpaq sahəsindən istifadə etməsinə törətdiyi maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək ərizəsində uyğunsuzluq olduğundan məhkəmə hazırlıq iclasından sənədlərinin özünə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, İddiaçı ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X1 qarşı torpaqdan çıxarılma və təsərrüfardan istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması tələbinə dair vermiş olduğu iddia ərizəsi İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar