Məhkəmə qərarları › İş №2(021)-3025/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3025/2021

30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3025/2021 30.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Ərizəçi “vətəndaşlıq faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə mürаciət edərək Azərbaycan Respublikasının vətəndaşı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin xahiş hissəsindən görünür ki, ərizəçi məhkəmədən Azərbaycan Respublikasının vətəndaşı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, bu tip faktların məhkəmə tərəfindən müəyyən edilməsi, ümumiyyətlə bu tip ərizələrə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, bu faktların müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulduğundan onların məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizəçi tərəfindən təsdiq edilməsi tələb edilən fakt məhkəmədə baxılması yolverilməz hesab olunan hüquqi əhəmiyyətli faktlara daxil olduğundan ərizənin qəbulundan imtina edilməlidir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi “vətəndaşlıq faktın müəyyən edilməsi”nə dair ərizə icraata qəbul edilməsin, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar