Məhkəmə qərarları › İş №2(021)-3031/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3031/2021

10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3031/2021 10.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun maraqlı şəxslər Maraqlı şəxs1 qızına və Maraqlı şəxs2nə qarşı “uşağın himayəsində olma faktının müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu məhkəməyə ərizə ilə müraciət edərək, 04 may 2008-ci il təvəlüldlü X1 onun öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 qızı ilə 22.05.2001-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 04 may 2008-ci il təvəlüldlü X2 və 31 iyul 2011-ci il təvəlüldlü X4 adlı iki övladları vardır. Aralarında yaranmış narazılığa görə Bərdə Rayon Məhkəməsinin 09 iyul 2012-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar analarının himayəsinə verilmiş, hər uşaq üçün 50 manat sabit pul məbləğində alimentin tutulması müəyyən olunmuşdur. 2021-ci ilin iyun ayından övladı- 04 may 2008-ci il təvəlüldlü X2 onun yanına qayıtmış, onunla birgə yaşamağa başlamışdır. Lakin Maraqlı şəxs2nə müracitə etsə də alimentin tutulmasının dayandırılması rəsmiləşdirilməmiş, övladının onun himayəsində olmasına dair rəsmi sənəd olmadığından bir çox sosial məsələlərin həllində çətinliklərlə üzləşir. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O bildirdi ki, övladı 2021-ci ilin may ayından onun yanında qalır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1 qızı və Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1972-ci il tarixdə Bərdə rayon Güloğlular kəndində anadan olmuşdur. Bərdə rayon Güloğlular kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 963 saylı, 19.08.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi oğlu Bərdə rayon Güloğlular kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.08.2021-ci il tarixli AZ-İİ 106667 saylı Arayışdan görünür ki, X2 04.05.2008-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 09.07.2012-ci il tarixli 2(021)705\2012 saylı qətnaməsindən görünür ki, Ərizəçi oğlu ilə Maraqlı şəxs1 qızı arasında 22.05.2001-ci il tarixdə 13 nömrə akt qeydi ilə Bərdə Rayon VVADQ Şöbəsində bağlanmış nikahın pozulması, 04 may 2008-ci il təvəlüldlü X1 cavabdeh Ərizəçi oğlundan alınaraq iddiaçı Maraqlı şəxs1 qızına verilməsi, 04 may 2008-ci il təvəlüldlü X1 və 31 iyul 2011-ci il təvəlüldlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat məbləğində alimentin Ərizəçi oğlundan alınaraq Maraqlı şəxs1 qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş 23.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Ərizəçi oğlu ilə Maraqlı şəxs1 qızı 2001-ci ildə ailə qurmuş, Bərdə Rayon Məhkəməsinin 09.07.2012-ci il tarixli qətnaməsinə əsasən, aralarında bağlanmış nikah pozulmuş, 04 may 2008-ci il təvəlüldlü X1 cavabdeh Ərizəçi oğlundan alınaraq Maraqlı şəxs1 qızına verilməsi, 04 may 2008-ci il təvəlüldlü X1 və 31 iyul 2011-ci il təvəlüldlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat məbləğində alimentin Ərizəçi oğlundan alınaraq Maraqlı şəxs1 qızının xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Lakin 04 may 2008-ci il təvəlüldlü X2 2021-ci ilin may ayından atası Ərizəçi oğlunun himayəsində yaşayır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin “Uşaq Hüquqları Haqqında”Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq huququna malikdir. Məhkəmə hesab edir ki, 04 may 2008-ci il təvəlüldlü X2 faktiki olaraq atasının himayəsində yaşadığından, 04 may 2008-ci il təvəlüldlü X1 əriəçi Ərizəçi oğlunun himayəsində olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən 10 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 may 2008-ci il təvəlüldlü X1 2021-ci ilin may ayından Ərizəçi oğlunun himayəsində olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar