Məhkəmə qərarları › İş №2(021)-304/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-304/2025

20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-304/2025 20.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Ərizəçi və vəkili Nümayəndə, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, övladı- xx.xx.2024-cü il təvəllüdlü X3 doğum faktının qeyd edilməsinə, doğum haqqında şəhadətnamənin ata qrafasında Maraqlı şəxs2, ana qrafasında isə Ərizəçi kimi qeyd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci il təvəllüdlü, Yardımlı rayon Əruz kənd sakini Maraqlı şəxs2 ilə 2023-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş, birgə yaşayış dövründə 1 (bir) övdadları dünyaya gəlmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Doğum evində oğlu dünyaya gəlmiş, həmin uşağın doğumuna dair 103 saylı tibbi arayış da qeyd edilən səhiyyə ocağı tərəfindən verilmişdir. Şərti adı Səccad olan oğlu barəsində bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşmə verərərk, 18 iyul 2024-cü il tarixdə Bakı şəhərində anadan olmuş kişi cinsli uşağın doğum faktının qeydə alınmasına, uşağının atasının Maraqlı şəxs2 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili Nümayəndə bildirdi ki, Ərizəçi əvvəlki əri X5 onun atasını qətlə yetirmişdir, o, 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və 2013-cü il tarixdən cəzaçkmə müəssisəsindədir. Onların nikahı rəsmi olaraq 2024-cü il tarixdə pozulmuşdur. Ərizəçi Maraqlı şəxs2 ilə 2023-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş, birgə yaşayış dövründə 1 kişi cinsindən övdadları dünyaya gəlmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 bildirdi ki, Ərizəçi ilə 2023-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş, birgə yaşayış dövründə xx.xx.2024-cü il tarixdə kişi cinsindən olan 1 övdadları dünyaya gəlmişdir. xx.xx.2024-cü il təvəllüdlü Səccadın atası olmasını təsdiq edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs1 məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 350 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Mollalı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X14” X15 Maştağa Xəstəxanası tərəfindən verilmiş Doğum haqqında Tibbi Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə oğlan uşağı dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş vəkilin sorğusuna əsasən “Bakı Baş Səhiyyə Mərkəzi” X15 Nardaran Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Nardaran qəs. A. Bakıxanov küç ev. 52 unvanda yaşayan xx.xx.2024-cü il təvəllüdlü X6 poliklinika şöbəsində həkim qeydiyyatındadır. Hal-hazırda sağ və salamatdır İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)270/2024 saylı qətnaməsinin surətindən görünür ki, X5 ilə X7 arasında Bərdə rayon Mollalı kənd İƏD üzrə icra nümayəndəliyində 17 may 2013-cü il tarixdə 05 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 05 iyul 2013-cü təvəllüdlü X2 anası X4 yanında saxlanılması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin iclasında şahid qismində iştirak edən X8 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısı Maraqlı şəxs2 ilə 2023-cü ilin sentyabr ayında qeyri-rəsmi ailə həyatı qurmuş, 2024-cü il tarixdə övdadları dünyaya gəlmişdir. Doğumun hansı xəstəxanada oduğunu bilmir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçı Ərizəçi ilə X5 ilə oğlu 17 may 2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və nikahları rəsmi olaraq xx.xx.2024-cü il tarixdə pozulmuşdur. İddiaçı Ərizəçi Maraqlı şəxs2 ilə 2023-cü il tarixdən qeyri-rəsmi bir yerdə yaşamışlar və qeyri-rəsmi nikahlarından xx.xx.2024-cü il tarixdə oğlan uşağı dünyaya gəlmişdir. İddiaçı uşağa doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Ailə Məcəlləsinin 170ci maddəsinə əsasən doğum haqqında şəhadətnamədə uşağı atasının X1 qeyd olunacağı üçün iddiçı məhəkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsin əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci madəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Səccad adlı uşaq 18 iyul 2024-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs2, anası Ərizəçidır. X3 doğum tarixinin “18 iyul 2024-cü il, doğum yerinin Bakı şəhəri olması, atasının Maraqlı şəxs2, anasının Ərizəçi olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə ərizəsi təmin edilsin. Ərizəçi 18 iyul 2024-cü il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X14” X15 Maştağa Xəstəxanasında kişi cinsindən olan uşaq dünyaya gətirməsi faktı müəyyən edilsin. 18 iyul 2024-cü il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X14” X15 Maştağa Xəstəxanasında doğulan kişi cinsindən olan həmin uşağın atasının Maraqlı şəxs2, anasının Ərizəçi olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar