Məhkəmə qərarları › İş №2(021)-3044/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3044/2022

06.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3044/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nnın, Cavabdeh2 vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması və bölünməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X10 məhkəmədə iddia qaldıraraq, mərhum əri X6 Bərdə şəhəri, H.Əliyev prospekti 113A da 292.2 kv metr mağazanın və Qax rayonu Qum kəndində 0.03 ha torpaq sahəsi üzərində yerləşən 47.1 kv metr yaşayış evinin vərəsələr arasında bölünməsinə və həmin miras əmlaka mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X10 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X6 Bərdə şəhəri, H.Əliyev prospekti 113A da 292.2 kv metr mağaza və Qax rayonu Qum kəndində 0.03 ha torpaq sahəsi üzərində yerləşən 47.1 kv metr yaşayış evi onlara miras qalmışdır. Mərhum əri X19 09 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakın vərəsələr arasında bölünməsi zərurəti yaranmışdır. O həmin evin və mağazanın vərəsələr arasında bölünərək payların müəyyən edilməsini istəyir. Məhkəmə iclasında iddiaçı X10 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etdiklərini, mərhum ataları X6 miras qalmış əmlakın vərəsələr arasında bölünməsini xahiş etmişdirlər. Cavabdeh2 vəkili və nümayəndəsi X11 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* saylı çıxarışdan görünür ki, Bərdə şəhəri, Heydər Əliyev prospekti, 113A ünvanında xüsusi mülkiyyətdə olan 292.2 kv metr qeyri-yaşayış binasının tam paylı hüquq sahibi X12r. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* saylı çıxarışdan görünür ki, Qax rayonu, Qum kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 47.1 kv metr fərdi yaşayış evinin tam paylı hüquq sahibi X12r. İş materiallarında olan AZ-İİ 248153 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 09 yanvar 2022-i ildə ölmüşdür. İş materiallarında olan AZ-187610 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxx 1979-cu ildə doğulmuşdur, X2, anası X7r. İş materiallarında olan Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 4200 saylı, 09 avqust 2022-ci il tarixli arayışdan görünür ki, X10 həqiqətən Qarabağ qəsəbəsi, 1 nömrəli evdə yaşayır. Ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 383258 saylı, 04 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 05 mart 1992-ci ildə Bərdə şəhərində doğulmuşdur. X2, anası X7r. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 248153 saylı, 04 avqust 2022-ci il tarixli arayışdan görünür ki, X19 09 yanvar 2022-ci il tarixdə infarkt səbəbindən vəfat etmişdir. İş materiallarında olan seriya AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx xxxxxx 1959-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1979-cu il tarixdə ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan İ-JQ448957 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin suurətindən müəyyən olunur ki, X19 ilə X9 02 iyul 1978-ci ildə evlənmişdir, nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan X30 Xidmət Mərkəzində Notariat Kontoru tərəfindən verilmiş 1817/2022 saylı, 02 avqust 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, X8 miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan X1 Reyestri Xidmətindən göndərilmiş doğum akt qeydinin surətindən müəyyən olunur ki, X19 02 fevral 1952-ci ildə doğulmuşdur, atası X16, anası X13r. İş materiallarında olan X1 Reyestri Xidmətindən göndərilmiş328 nömrəli, 1962-ci il tarixli doğum qeydlərinin bərpa aktının suurətindən müəyyən olunur ki, X14 xx xxxxxx 1959-cu ildə doğulmuşdur, atası X20, anası X15r. İş materiallarında olan X1 Reyestri Xidmətindən göndərilmiş43nömrəli, 04 fevral 1980-ci il tarixli doğum akt qeydinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxx 1979-cu ildə doğulmuşdur, X2, anası İddiaçıdır. İş materiallarında olan 91 nömrəli, 07 aprel 1992-ci il tarixli doğum akt qeydinin surətindən müəyyən olunur ki, Cavabdeh2 07 mart 1991-ci ildə doğulmuşdur, X2, anası İddiaçıdır. İş materiallarında olan 502 nömrəli, 10 mart 1992-ci il tarixli doğum akt qeydinin surətindən müəyyən olunur ki, Cavabdeh3 10 mart 1992-ci ildə doğulmuşdur, X2, anası İddiaçıdır. İş materiallarında olan 5 nömrəli, 01 aprel 1990-cı il tarixli ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X17 27 mart 1990-cı ildə ölmüşdür. İş materiallarında olan 4 nömrəli, 28 yanvar 1969-cu il tarixli ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X18 26 yanvar 1969-cu ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olduğu məhkəmə hesab edir ki, X3 mərhum əri X6 Bərdə şəhəri, H.Əliyev prospekti 113A da 292.2 kv metr mağaza və Qax rayonu Qum kəndində 0.03 ha torpaq sahəsi üzərində yerləşən 47.1 kv metr yaşayış evi vərəsələr arasında bölünməli və həmin miras əmlaka mülkiyyət hüququnun tanınmalıdır. Göstərilənlərə əsasən də iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması və bölünməsi tələbinə dair iddiası təmin edilsin. X6 miras qalmış Bərdə şəhəri, H.Əliyev prospekti 113A da 292.2 kv metr mağazanın və Qax rayonu Qum kəndində 0.03 ha torpaq sahəsi üzərində yerləşən 47.1 kv metr yaşayış evinin 5/8 hissəsinə iddiaçı X3, 1/8 hissəsinə Cavabdeh1, 1/8 hissəsinə Cavabdeh2 və 1/8 hissəsinə Cavabdeh3 vərəsəlik və mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar