Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3047/2022 17.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X** iclas kаtibliyi, iddiaçı Ərizəçi* iştirakı ilə, İddiaçılar Ərizəçi*, Ərizəçi2 və Ərizəçi3 cavabdeh Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə” dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Ərizəçi*, Ərizəçi2 və Ərizəçi3 cavabdeh Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək X3 miras qalmış mülkiyyətində olan Bərdə şəhəri, Ə.Ədilov küçəsində 579.39 kv.metr torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlak üzərində paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Ərizəçi*, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə dəqiqləşmə barədə ərizə verərək mirası qəbul edilməsində ötürülmüş müddətin üzürlü hesab edilməsinə və X3 miras qalmış mülkiyyətində olan Bərdə şəhəri Ə.Ədilov küçəsində 579.39 kv.metr torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlak üzərində paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum X8 iddiaçılardan Ərizəçi* həyat yoldaşıdır. X6 və Ərizəçi3 isə övladlarıdır. Bərdə rayon Aqrar İslahat Komissiyasının 3*.07.2006-cı il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün X7 Bərdə şəhəri, Ə.Ədilov küçəsində 579,39 kv.metr torpaq sahəsi ayrılmış və sözügedən torpaq sahəsinə dair A078699 saylı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X8 *7.**.20*8-ci ildə vəfat etmişdir. X3 miras qalmış əmlakın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün ərizə ilə Bərdə Regional “ASAN_Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişlər, xx.xx.2022-ci il tarixli, *574/2022 saylı məktuba əsasən onlara mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüklərini bildirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı Ərizəçi* iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, mərhum X3 miras qalmış əmlakı mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirərərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər iddiaçılar Ərizəçi2 və Ərizəçi3 məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməyini üzürlü hesab edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi mirasın qəbul edilməsində ötürülmüş müddətin üzürlü hesab edilməsi və miras əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi hissəsində təmin edilməli, həmin miras əmlak üzərində iddiaçıların paylarının müəyyən edilməsi hissəsində isə rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi* xx.xx.*970-ci ildə doğulmuşdur. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.*99*-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, Ə.Ədilov küçəsi, ev *9-da qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.*994-cü ildə doğulmuşdur. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 2* aprel 2022-ci il tarixli, AZ-İ483545 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X* Aidə Abdulla qızı ilə *3 dekabr *988-ci ildə rəsmi nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *3 dekabr *988-ci il tarixdə 304 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir. Bərdə rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2003-cü il tarixli, AZ-İ395493 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxx *99*-ci il tarixdə doğulmuş, atası X8, anası Ərizəçi*dır. Bərdə rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2003-cü il tarixli, AZ-İ395494 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx *994cü il tarixdə doğulmuş, atası X8, anası Ərizəçi*dır. Bərdə Regional “ASAN-xidmət” X*3 tərəfindən verilmiş AZ-İ975389 nömrəli, 09 dekabr 20*8-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *7.**.20*8-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 dekabr 20*8-ci il tarixli 429 nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, X7 Bərdə Rayon Aqrar İslahat Komissiyasının 3* iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün 579.39 kv.metr torpaq sahəsi verilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, 3729 nömrəli arayışdan görünür ki, X2 şəhəri, Ə.Ədilov küçəsi, ev *9 ünvanında yaşamış, ailə üzvləri Ərizəçi*, oğlu Ərizəçi2 və Ərizəçi3dur. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi* ünvanlanmış 07 iyul 2022-ci il tarixli, *574/2022 nömrəli məktubundan görünür ki, X3 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edən zaman *00.00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X*5 mərhum X8 ilə *3 dekabr *988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan iki uşaqları xx xxxx *99*-ci il təvəllüdlü Ərizəçi2 və xx xxxxxx *994-cü il təvəllüdlü Ərizəçi3 doğulmuşdur. X8 *7 noyabr 20*8-ci il tarixdə vəfat etmişdir. İddiaçılar Ərizəçi*, Ərizəçi2 və Ərizəçi3 cavabdeh Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək X3 miras qalmış mülkiyyətlərində olan Bərdə şəhəri, Ə.Ədilov küçəsində 579.39 kv.metr torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlak üzərində paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar Ərizəçi*, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə dəqiqləşmə barədə ərizə verərək mirası qəbul edilməsində ötürülmüş müddətin üzürlü hesab edilməsinə və X3 miras qalmış mülkiyyətində olan Bərdə şəhəri Ə.Ədilov küçəsində 579.39 kv. metr torpaq sahəsinin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlak üzərində paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 20**-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *203.*-ci maddəsinin şərh edilməsinə dair” *3 dekabr 20**-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): **33.*-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. **34.*-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. **5*.*-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **59.*.*-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. *243.*-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin *248.*-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *6 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4cü il *8 iyul tarixli Qərarı). Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 saylı qərarının *0-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın *0.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X4 ölümündən sonra onun birinci növbə vərəsəsi olan arvadı Ərizəçi*, övladları Ərizəçi2 və Ərizəçi3 Mirkazım oğlu qalmışdır. Bundan başqa işdən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçılar X3 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da ondan miras qalmış Bərdə şəhəri Ə.Ədilov küçəsində yerləşən 579.39 kv.metr torpaq sahəsini qəbul etdiklərini şəksiz nümayiş etdirmişdir. Həmçinin, iddiaçılar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirmişdir. Digər iddiaçıların məhkəmə iclaslarında iştirak etməməsi və ya iddia ilə bağlı hər hansı mövqe bildirməmələri tərəflər arasında miras əmlak və həmin əmlakda payların müəyyən edilməsi ilə bağlı hüquqi mübahisənin olmamasını təsdiq edir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi miras əmlakda payların müəyyən edilməsi hissəsində rədd edilməli, digər hissələrdə isə iddia tələbi təmin edilərək X3 miras qalmış Bərdə şəhəri Ə.Ədilov küçəsində yerləşən 579.39 kv.metr torpaq sahəsinin iddiaçılar Ərizəçi*, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi müəyyən edilməlidir. Beləliklə, AR.MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçılar Ərizəçi*, Ərizəçi2 və Ərizəçi3 mərhum X3 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab edilsin. İddiaçılar Ərizəçi*, Ərizəçi2 və Ərizəçi3 mərhum X3 miras qalmış Bərdə şəhəri, Ə.Ədilov küçəsində yerləşən 579.39 kv.metr torpaq sahəsini qəbul etməsi müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3047/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3047/2022
17.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver