Məhkəmə qərarları › İş №2(021)-3103/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3103/2022

19.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3103/2022 19.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi X6 maraqlı şəxslər Maraqlı şəxs2, X7 və X22 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1i ünvanında yerləşən *.*6 ha torpaq sahəsinin miras kimi oğlunun tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə anası Maraqlı şəxs2 14 aprel 1989-cu il tarixdə rəsmi olaraq ailə qurmuşlar və birgə nikahlarından xx xxxxx 1991-ci il təvəllüdlü oƏrizəçi və *5 iyun 1993-cü il təvəllüdlü bacısı X12 adlı iki övladları anadan olmuşdur. X3 uzun sürən xəstəlikdən sonra beyninə qansızma nəticəsində 29 aprel 2*19-cu il tarixdə vəfat etmişdir. X3 vəfat etməmişdən öncə onun xüsusi mülkiyyətində Bərdə rayonu Qaradağlı kəndində *.11 ha torpaq sahəsi olmuşdur. Qeyd etdiyi *.11 ha torpaq sahəsinin *.*5 ha torpaq sahəsini atası 26 fevral 2*13-cü il tarixdə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 və atasının mülkiyyətində sadəcə *.*6 ha torpaq sahəsi qalmışdır. Atası vəfat etməmişdən öncə *.*6 ha torpaq sahəsini yararlı hala salaraq istifadə etmişdir. Atası vəfat etdikdən sonrada yararlı halda istifadə etməyə başlamışdır. Hazırda atasının xüsusi mülkiyyətində olan *.*6 ha torpaq sahəsini miras olaraq o, qəbul etdiyi üçün rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı X22 Xidmət Mərkəzinə müraciət etdikdə isə onunadına sənədləşdirməkdən imtina ediblər, vərəsəlik şəhadətnaməsi verilməsi müddətinin ötürülməsini səbəb kimi göstərmişlər. Hal-hazırda maraqlı şəxs kimi qeyd etdiyi bacısı torpaq sahəsini onun adına sənədləşdirmə etiraz etmir. Bərdə rayonu Qaradağlı kəndində yerləşən *.*6 ha torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Buna görə də mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərdi ki, Ərizəçi onun oğludur, həyat yoldaşı vəfat etmişdir, həyat yoldaşından miras qalmış *.*6 ha torpaq sahəsi oğlu Elmirin istifadəsindədir, lakin oğlu həmin torpaq sahəsini vərəsəlik şəhadətnaməsi verilməsi üçün müddət ötürüldüyündən öz adına rəsmiləşdirə bilmir. Oğlunun xeyrinə miras əmlakdan ona düşən paydan imtina edir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında maraqlı şəxs X12 izahatında göstərdi ki, Ərizəçi onun qardaşıdır, qardadışının xeyrinə atasından miras qalmış paydan ona düşən hissədən imtina edir və buu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Maraqlı şəxs X22 Xidmət Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1* xx xxxxx 1991-ci ildə ünvan 1inddə doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 3i Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1*16 nömrəli, 25 avqust 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, X9 29 aprel 2*16-cı ildə ünvan 1ində vəfat etmişdir, vəfat edənə kimi Qaradağlı kəndinddə yaşayıb, vəfat edəndən sonra təsərrüfatında onunla birgə qeydiyyatda olan ailə üzvüləri Maraqlı şəxs2, Ərizəçi, X12 qalmışdır. İş materiallarında olan Bərdə rayonu, Samux kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 124 nömrəli, 27 may 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X11 vəfat edənə kimi Bərdə rayonu Samux kəndində yaşamışdır və vəfatından sonra ailə üzvüləri X13 və X14 qalmışdır. İş materiallarında olan XVİİİ-JQ 325114 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 *5 iyul 1993-cü ildə doğulmuşdur, X3, anası Maraqlı şəxs2dır. İş materiallarında olan İV-JQ 495539 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 və Maraqlı şəxs2 14 aprel 1989-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan XVİ-JQ 25989* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 17 aprel 1991-ci ildə doğulmuşdur, X3, anası Maraqlı şəxs2dır. İş materiallarında olan AN-İ *34*229 nömrəli Daşınmaz Əmlakın Aql-Satqı Müqaviləsinin surətindən müəyyən olunur ki, X9 mülkiyyətində olan Bərdə rayonu Qaradağlı kəndində olan *.11 ha torpaq sahəsinin *.*5 ha hissəsini X1. İş materiallarında olan Maraqlı şəxs2 və X12 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, miras əmlakdan onlara düşən paydan Ərizəçi xeyrinə imtina edirlər. İş materiallarında olan X22 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2**8/2*22 saylı, 22 avqust 2*22-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhum X4 miras qalmış ünvan 4ində *.*6 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi faktiki olaraq Ərizəçi tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-22*, 227, 233, 3*5-3*7, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum X4 miras qalmış ünvan 4i ünvanında yerləşən *.*6 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar