Məhkəmə qərarları › İş №2(021)-3104/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3104/2024

26.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3104/2024 26.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh* nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh*nə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh*nə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh* 27 iyun 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair 27 iyun 2024-cü il tarixli 3*9 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və əmək kitabçasında dəyişikliyin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır, ailəlidir, birinci qrup əlildir. 2000-ci il tarixdə X6 İbtidai sinif müəlliməsi məktəbinə daxil olmuş, 2004-cü il tarixdə məktəbi bitirmiş, 2004-cü il tarixdə ixtisasına uyğun olaraq, Bǝrdǝ rayon Təhsil Şöbəsinə müraciət etmiş və 3*.08.2004-cü il tarixli *8\95 nömrəli əmri ilə, Lənbəran kənd tam orta məktəbində müəllimə təyin edilmiş və Bərdə rayon Lənbəran kəndində iş fəaliyyətinə başlamışdır. Pedoqoji fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş, şagirdləri hal-hazırda ondan razıdırlar, 20 ildir pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komisiyasının sonuncu müayinəsinə dair məlumatda qeyd edilib ki,birinci qrup əlil olduğu üçün kabinet şəraitində işləyə bilər. xx.xx.2024-cü il tarixdə Təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifkatlaşmada müəyyən olunmuş keçid balını müəyyən səbəbdən toplaya bilmədiyi üçün xx.xx.2024- cü il tarixli, 3*9 nömrəli əmrinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən onu işdən azad ediblər, hazırda işə bərpa olunmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, sertifikasiya imtahanından təkrar keçə bilmədiyindən fəaliyyətinə 27 iyun 2024-cü il tarixdən xitam verilmişdir. İmtahan zamanı səhhəti ilə əlaqədar özünü pis hiss etmişdir. Nəzarətçilər dərman su verərək vəziyyətdən çıxmağına köməklik etmişdirlər. İmtahan vaxtından düzgün istifadə edə bilməmişdir. İşə bərpa olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh* nümayəndəsi X5 bildirdi ki, Ağalarova X2 imtahanından təkrar keçə bilmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən fəaliyyətinə 27 iyun 2024-cü il tarixdə xitam verilmişdir. İddiaçı tərəflərindən İ qrup əlil kimi qeydiyyata alınıb və ona uyğun işlə təmin olunacaqdır. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Abdulla İsmayılov adına Lənbəran kənd tam orta məktəbi üzrə 27 iyun 2024-cü il tarixli 3*9 nömrəli əmrdən Çıxarışdan görünür ki, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə tahsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərə sertifikatlaşdırma Qaydası "ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bərdə rayon A.İsmayılov adına Lənbəran kənd tam orta məktəbin İbtidai-sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişir. Əsas: 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan alınan nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69\3-2-*3 F\2024 nömrəli əmri. Mülki işə əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasından görünür ki, orta təhsil sinif müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdən öz ixtisası üzrə Lənbəran kənd orta məktəbinə müəllim təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqdsədi ilə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən Lənbəran kənd orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifaklaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-nin maddəsinin c bəndinə əsasən ləğv edilmişdir. Mülki işə əlavə edilmiş Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X4 görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-nin maddəsinin c bəndinə əsasən xitam verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilmasinə dair elektron çıxarışından görünürki, İddiaçı Orqanizmin funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik dərəcəsi verilmişdir. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının *6 avqust 2024-cü il tarixli Arayışından görünür ki, tərəflər razılığa gəməmişdirlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə tahsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərə sertifikatlaşdırma Qaydası "ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bərdə rayon A.İsmayılov adına Lənbəran kənd tam orta məktəbin İbtidai-sinif müəllimi Ağalarova X2 imtahanından təkrar keçə bilmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişir. Azərbaycan Respublikasının MPM-nin 2*8.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 2*7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmiin Məcəllənin *9-cu maddəsinə əsasən 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 67-2-ci maddəsinə əsasən: *. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 36-2.*-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Həmin Qanunun 36-2.2-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 36-2.6-ci maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli *55 nömrəli Qərarının: *.2-ci bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 3.*4-ci bəndinə əsasən sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh* 27 iyun 2024-cü il tarixli 3*9 nömrəli Əmrin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Ağalarova X* təkrarən keçə bilmədiyindən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən fəaliyyətinə xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.*.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in **9, 2*6-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh*nə qarşı «işə bərpa» tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar