Məhkəmə qərarları › İş №2(021)-3105/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3105/2024

17.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3105/2024 17.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilməsi və miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi» tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilməsi və miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən halların təsdiq edilməsinə və onun gələcəkdə onlardan qalacaq miras əmlakından məcburi pay almaq hüququndan məhrum edilməsinə və hazırki iddia ərizəsinə baxılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onların doğma oğludur. xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Bərdə rayon 3 saylı uşaq musiqi məktəbində musiqi müəllimi işləyir. Onlar 2 dərəcəli əlillərdirlər. Onlarla birlikdə yaşayan digər oğulları xx.xx.1990-cı il tarixdə anadan olmuş X6 da 2 dərəcəli əlildir. Tibbi Sosial Ekspertiza Komissiyasının xx.xx.2022ci il tarixli qərarı ilə ona müddətsiz olaraq əlillik verilmişdir. Diaqnoz: Generalizə olunmuş idiopotik epilepsiya və epileptik sindromlar, epilepsiya tez-tez təkrarlanan qıcolma tutumaları ilə müəyyən olunur. Cavabdeh doğma övladları olmasına baxmayaraq valideynlərinə, heç bir qayğı göstərmir. Müntəzəm olaraq söyüb təhqir edir. Dəfələrlə onlara qarşı zorakılıq hərəkəti etmişdir. Hətta sosial şəbəkələrdə onların şərəf və ləyaqətini alçaldan paylaşımlar etmiş, barəsində inzibati tənbeh görülməsinə baxmayaraq heç bir nəticə çıxarmamışdır. Hətta hərəkətlərinə davam edərək onları hədələmişdir. Ona görə də məhkəmədən Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsinə əsas verən halların təsdiq edilməsinə və onun gələcəkdə bizdən qalacaq miras əmlakından məcburi pay almaq hüququndan məhrum edilməsinə və hazırki iddia ərizəsinə baxılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddialarını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, oğlu, hal-hazırki iş üzrə Cavabdeh cəmiyyyət içində onları rüsvay etmişdir. Onların adlarına ləkə gətirir. Dəfələrlə hüquqmühafizə orqanları cavabdehin intizamsız davranışlarına dair hüquqi-məsuliyyət tədbirləri görsə də, cavabdeh bundan nəticə çıxarmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, onun tərəfindən ata və anasına qarşı intizamsız davranışlara yol verilməmişdir. O, həmişə əmək fəaliyyətini davam etdirərək cəmiyyətə faydalı olmuşdur. Özü musiqi müəllimi işləməklə ailəsinin maddi təminatını tam şəkildə təmin edə bilir. Atasının qeyd etdiyi kimi heç vaxt onları maddi zərərə salmamışdır. Lakin vərəsəlikdən çıxarılmasına etiraz etmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Х-İİ ЖГ 439758 doğum haqqında şəahdətnamənin surətindən görünür ki, X5 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan XV- ЖГ 379626 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan Xİİİ- ЖГ 320949 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2598/2014 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh əmək qabiliyyətsiz valideynləri İddiaçı2 və İddiaçı1 saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər biri üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü i tarixli Bərdə rayon məhkəməsinin qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh 500 manat pul alınaraq, İddiaçı1 və 500 manat alınaraq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əlyazma aktdan görünür ki, Gəncə inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Bərdə rayonu Qaradağlı kəndində olaraq X1 mülkiyyətinə verimiş 0.24 ha torpaq sahəsinin künc döngə nöqtələri mövcud koordinatlara uyğun naturada tanıdılmışdır. Akt iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, sosial şəbəkələrin şərh hissələrindən Cavabdeh komentariyaları çıxarılaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Bərdə rayon məhkəməsinin 3(021)-468/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXMnin 510 və 535.1 madəlləri ilə təqsirli bilinərək, barəsində 08 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 3072 saylı arayışdan görünür ki, İddiaçı1 Bərdə şəhər Şəhriyar küçəsi ev 5-də yaşayır. Ailə üzvləri - İddiaçı2, X5 və X4r. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan seriya AZE 15987911 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Bərdə şəhəri Şəhriyar küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə istinadən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1143 Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. 1193 Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallara əsasən iddiaçıların ərizəsində göstərilən iddia tələbi miras qoyanın iradə ifadəsinə və miras qoyana qarşı yönəlmədiyindən iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilməsi və miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi» tələbinə dair iddiası təmin edilməsin.

2. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar