Məhkəmə qərarları › İş №2(021)-3107/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3107/2024

18.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3107/2024 18.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh Tibbi Ərazi X2» Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “Tibbi Ərazi X2” Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Tibbi Ərazi X2” Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yenidən Bərdə rayon Mərkəzi rayon Xəstəxanasının qazanxanasında operator vəzifəsinə geri qaytarılmağı və proqul günləri üçün əmək haqqının verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, qanunsuz olaraq işdən azad edilmişdir. İşdən azad edilməyinin isə hansı səbəblə, nə üçün olduğunu bilmir. O, xx.xx.1980-ci il tarixdən Səhiyyə şöbəsində müxtəlif vəzifələrdə işləyib. xx.xx.2021-ci il tarixdən isə Bərdə rayon Mərkəzi rayon Xəstəxanasının qazanxanasında operator vəzifəsinə keçirilmişdir. İşlədiyi müddət ərzində isə hər zaman işini düzgün etmiş, müdirlərin və işçilərin sevgisini qazanmışdır. Texniki şöbə müdiri X7 vəzifəyə gələndən bəri onunla yola getməməiş, ona işdə problem yaratmağa başlamışdır. Hər dəfə işində qüsur taparaq onun işi sanki çox zəif bir vəzifə kimi təqdim edərək ona və işinə qarşı pis yanaşmışdır. Dəfələrlə direktora onun haqqında yalan məlumatlar ötürməyə çalışaraq işində nöqsanlı olduğu haqqında yalan məlumat və şayiə yaymışdır. Qazanxanada işləyərkən qıraqda artıq qalan 2-3 litr yararsız tullantı yanacağı sırf ağacların qurumamasını nəzərə alaraq xəstəxananın həyətinə tökməmişdir. Səlahiyyətli şəxs də həmin vaxt orda olmadığından icazə almadan gələn növbə deyəcəyini nəzərdə saxlayaraq istəmədən özü ilə götürərərk aparıb təhlükəsiz bir yerdə boşaltmışdır. Əvvəldən onunla yola getməyən Texniki şöbə müdiri X7 və Ümumi şöbənin müdiri X6 birləşərək sadəlövhcəsinə, ana təbiəti düşünüb etdiyi bu hərəkəti ona qarşı istifadə etmişdirlər. Onlar onu çağırıb polisə verəcəkləri ilə hədələmişdirlər. Polisə yazdıqları ərizəni printerdə çap edərək ona göstərib hipnoz və şantaj edərək demişdirlər ki, “ya polisə veririk, ya da ərizəni yaz işdən çıx”. Bütün bu hədə-qorxu və təzyiq altında məcburən öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazmışdır. Ərizəsinə əsasən 26 aprel 2023-cü il tarixli PH$-6-28/3-1-714/2023 saylı əmrlə işdən azad edilmişdir. Daha sonra isə o və ailə üzvləri dəfələrlə direktor Vüsal Məmmədovun qəbulunda olmuşlar. O, sadəlövhcəsinə etdiyi səhv üçün üzr istəmiş, peşmançılığını bildirmiş, işdən çıxmaq haqqında ərizəni hədə-qorxu və şantaj altında yazdığını bildirərək işə bərpa olunmağını dəfələrlə xahiş etmişdir. Lakin direktor ona ümid verib işə qaytaracağına dair söz versə də, bunu həyata keçirməmişdir. O, ərizəsini yazarkən ərizənin aşağısında işdən çıxarılmaq üçün hər hansı bir tarix qeyd etməmişdir. Belə olduqda onlar bir ay gözlədikdən sorna onu işdən azad etməli olduqları halda 3 gün ərzində onu işdən azad ediblər. Bununla da onun hüquqlarını pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, o hədə-qorxu altında işdən çıxarılması barədə ərizə yazmışdır. İddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Tibbi Ərazi X2” Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin nümayəndəsi X8 bildirdi ki, İddiaçı iddia tələbi əsassızdır. İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, yəni öz xahişi ilə 26 aprel 2023-cü il tarixdən xitam verilmişdir. Hazırda da onun işə qaytarılması mümükün deyildir. Həmçinin bildirdi ki, iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3376 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Nizani küçəsi ev 4 mənzil 29 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi X2" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxs ilə İddiaçı arasında bağlanmış №xxxxxxx********** nömrəli X1 görünür ki, İddiaçı Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsi üzrə qazanxanaçısı vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən müddətsiz bağlanmşdır. İşçinin xx.xx.1980-cı ildə işə qəbuledilmə tarixi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi X2" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli Aktdan və İddiaçı izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə Bərdə RMX-nın təhlükəsizlik kameralarını izləyərkən, xx.xx.2023-cü il tarixdə (bazar günü) gecə növbəsində olan qazanxana operatoru İddiaçı qazanxana binasından dizel yanacağı oğurladığı məlum olmuşdur. Məsələ ilə bağlı İddiaçı izahatı alınmışdır V. Əhmədov izahat yazaraq tutuduğu əməli etiraf etmişdir. Mülki işə əlavə edilmiş İddiaçı Tibbi Ərazi X2" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi X2" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin Əmək müqaviləsinə xitam verilməsi haqqında 26 aprel 2023-cü il tarixli PHŞ-6-28/3-1-714/2023 saylı Əmrindən görünür ki, İddiaçı- Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsi üzrə qazanxanaçısı ilə baglanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişi ilə) 26 aprel 2023-cü il tarixdən xitam verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasından görünür ki, Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsi üzrə qazanxanaçısı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişi ilə) 26 aprel 2023-cü il tarixdən xitam verilmişdir. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Tibbi Ərazi X2" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinin Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsi üzrə qazanxanaçı vəzifəsində işləmişdir. İddiaçı ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi X2" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin Əmək müqaviləsinə xitam verilməsi haqqında 26 aprel 2023-cü il tarixli PHŞ-6-28/3-1-714/2023 saylı Əmri ilə İddiaçı- Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsi üzrə qazanxanaçısı ilə baglanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişi ilə) 26 aprel 2023-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmiin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən :

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İddiaçı hədə-qorxu təyziq altında əmək müqaviləsini ləğv etməyə məcbur edildiyini bildirsə də həmin halların olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı həmçinin ərizəsini yazarkən ərizəsində işdən çıxarılmaq üçün hər hansı bir tarix qeyd etmədiyini bildirmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi X2" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi tərəfindən Əmək müqaviləsinə xitam verilməsi haqqında 26 aprel 2023-cü il tarixli PHŞ-6-28/3-1-714/2023 saylı Əmrin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, İddiaçı Tibbi Ərazi X2" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etdyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən fəaliyyətinə 26 aprel 2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Tibbi Ərazi X2” Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə qarşı «işə bərpa» tələbinə dair iddi tələbi təmin edilməməlidir. Həmçininməhkəmə qeyd edir ki, iddiaçının iddia irəli sürmək üçün tələb olunan müddəti ötürməmişdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Tibbi Ərazi X2» Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinə qarşı «işə bərpa» tələbinə dair ddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar