Məhkəmə qərarları › İş №2(021)-312/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-312/2025

13.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-312/2025 13.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbi və Cavabdeh2nə qаrşı “işə bərpa” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbi və Cavabdeh2nə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh Bərdə rayon Uğurbəyli kənd İ.Həsənoğlu adına tam orta məktəbin direktoru tərəfindən barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli 28 saylı əmrin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməyinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə Təfəkkür Universitetini “filologiya (azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə bitirmişdir. xx.xx.2000-ci ildən əmək fəaliyyətinə başlayıb Bərdə rayonu Uğurbəyli kənd tam orta məktəbində U.B.T vəzifəsinə təyin edilmişdir. 0*.09.200*-ci ildən xx.xx.2024-cü ilədək Bərdə rayonu Uğurbəyli kənd tam orta məktəbində ixtisası üzrə dil-ədəbiyyat müəllimi işləmişdir. Məktəbin direktorunun xx.xx.2024-cü il tarixli 28 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndinə əsasən işdən azad edilmişdir. Həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, işlədiyi 24 il müddətində işinin öhdəsindən layiqincə gəlmişdir və bu müddət ərzində hər hansı əmək intizamının pozuntusuna yol verməmişdir və rəhbərlik tərəfindən hər hansı irad almamışdır. İşdən çıxarılmağından məlumatı olmamış, yalnız bu barədə iş yoldaşları bildirdikdən sonra maraqlandıqda ona məlum olmuşdur ki, guya öz xahişi ilə işdən azad edilməsi barədə ərizə yazmışdır və bu səbəbdən işdən azad edilmişdir. Ərizədəki imzanın ona məxsus olmaması ilə bağlı xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş edir. İşdən azad edilməyi barədə məlumat aldıqdan sonra həmin gün əmri əldə etmiş və işə bərpa üçün mediasiyaya müraciət etmişdir. Lakin, cavabdeh təşkilat orada iştirak etmədiyindən ona *6.08.2024-cü il tarixli arayış verilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbi və Cavabdeh2nə məlumat verilməsinə baxmayaraq adıçəkilən cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*983-cü ildə anadan olmuşdur. İşdə olan Bərdə RİHB-nın Şirvanlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş *9.07.2024-cü il tarixli 589 saylı arayışından görünür ki, İddiaçı Bərdə rayonu, Uğurbəyli kəndində yaşayır. İşdə olan *6.08.2024-cü il tarixli 005*466 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya sessiyasında iştirak etməyən tərəf Cavabdeh2 olmuşdur. İşdə olan əmək kitabçasının və Uğurbəyli kənd tam orta məktəbin direktoru X3 tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli 28 saylı əmrin surətindən görünür ki, Bərdə rayon Uğurbəyli kənd İ.Həsənoğlu adına tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 27 iyun 2024-cü il tarixindən xitam verilmiş və onunla son haqq-hesabın ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İşdə olan B 052064 saylı 2005-ci il tarixli diplomun surətindən görünür ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini bitirən İddiaçı Dövlət Attestasiya Komissiyasının 05 iyul 2005-ci il tarixli qərarı ilə filologiya (Azərbaycan dili və ədəbiyyatı) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilir. İşdə olan AZE seriyalı *7470762 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 *9.04.*983-cü ildə Bərdə rayonunda doğulmuşdur. Bərdə rayonu, Uğurbəyli kəndində yaşayır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 35-ci maddəsinin İV bəndində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM): 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin *-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin *-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 294.*-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki işdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmrin surətindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏMin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi qeyd edilsə də bu təşəbbüsün nədən ibarət olduğu və hansı səbəbdən qaynaqlandığı, cavabdeh təşkilat tərəfindən təşəbbüs irəli sürülübsə bunun səbəbi məhkəməyə aydın olmamışdır. Bundan başqa iş materiallarına əsasən iddiaçı cavabdeh tərəfindən dəvət edilərək ona əmək müqaviləsinə xitam verilməsinin səbəbi göstərilməmiş, əmrlə və iş materialları ilə tanış edilməmişdir. Çünki, iddiaçı iş materiallarında əmrdən məlumatı olmadığını göstərmişdir. İşə bərpa tələbinə dair məhkəmə işlərində iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsaslılığına dair materiallar və sübutlar cavabdeh, yəni işəgötürən tərəfindən təqdim edilməli və mötəbər sübutlarla əsaslandırılmalıdır. Lakin, hazırki işdə isə dəfələrlə məhkəmə iclaslarının təxirə salınmasına və bildirişlər göndərilməsinə, sorğu verilməsinə baxmayaraq cavabdeh təşkilatlar məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəməyə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı materialları təqdim etməmişlər. Bundan başqa məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi işdən çıxmaqla bağlı könüllü surətdə ərizə yazması ilə bağlı ərizədəki imzanın ona məxsus olmamasının müəyyən edilməsi ilə əlaqədar xətşünaslıq ekspertizasının təyin edilməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməklə bağlı ərizə yazması və yazdığı ərizə məhkəməyə təqdim edilməmişdir. Ərizə məhkəməyə təqdim edilmədiyindən bu halda xətşünaslıq ekspertizasının aparılması da mümkün deyil. Məhkəmə hazırlıq iclaslarının mahiyyəti odur ki, burada iştirak edən tərəflər məhkəməyə öz mötəbər sübutlarını təqdim etməli və öz fikir və mülahizələrini bildirməlidir. İş materiallarından və iddiadan göründüyü kimi cavabdeh təşkilatlar İddiaçı əmək müqaviləsinə qanuni və əsaslı səbəbdən xitam verilməsini sübut edə və əsaslandıra bilməmişlər. Belə olan halda iddia əsaslıdır. Eyni zamanda, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in *4.2 və 77.*-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin *-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Beləliklə, iddia əsaslı olduğundan məhkəmə hesab edir ki, iddia təmin edilərək Bərdə rayonu Uğurbəyli kənd İ.Həsənoğlu adına tam orta məktəbin direktoru tərəfindən İddiaçı barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli 28 saylı əmr ləğv edilməklə İddiaçı əvvəlki işinə, yəni Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Brumаresku Rumıniyаyа qаrşı» işdə (ECHR *999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. MPM-in 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iş üzrə ödənilməli olan *00 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş 60 manat mediasiya xərci isə cavabdehlərdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbi və Cavabdeh2nə qаrşı “işə bərpa” tələbinə dаir iddiası təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi ilə bağlı Bərdə rayon Uğurbəyli kənd İ.Həsənoğlu adına tam orta məktəbin direktoru X* qəbul etdiyi 27 iyun 2024-cü il tarixli 28 nömrəli əmr ləğv edilsin, İddiaçı əvvəlki işi olan Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilsin. İş üzrə ödənilməli olan *00 manat dövlət rüsumu cavabdehlər Bərdə rayon İ.Həsənoğlu adına Uğurbəyli kənd tam orta məktəbi və Cavabdeh2ndən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən *(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar