Məhkəmə qərarları › İş №2(021)-3123/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3123/2024

22.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3123/2024 22.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Cavabdehnə qarşı “Əmrin ləğv edilməsi, işə bərpa və əmək kitabçasında dəyişikliyin edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış *9.09.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair, Bərdə rayon Lənbəran kənd tam orta məktəbin 27 iyun 2024-cü il tarixli 3*7 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və əmək kitabçasında dəyişikliyin edilməsi barədə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *50.0 və *50.0.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı qeyd olunan maddənin tələblərinə əməl etməyərək, qiymətləndirilməyən iddia tələbi üzrə müəyyən olunmuş rüsumu *0 manat az ödəyərək, MPM-nin *52.*.5-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *52.*, *52.*.5 və *52.*.7ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, əlaqədar olmayan tələbləri birləşdirdikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin *52.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin *52.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı Cavabdehnə qarşı “Əmrin ləğv edilməsi, işə bərpa və əmək kitabçasında dəyişikliyin edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *49-*52-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Cavabdehnə qarşı “Əmrin ləğv edilməsi, işə bərpa və əmək kitabçasında dəyişikliyin edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar