Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3125/2022 27.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı torpaq sahəsinin boşaldılması ilk iddia tələbi, X1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2, Cavabdeh1 İddiaçı qarşı bələdiyyə qərarının, sahəseçmə aktının və icarə müqaviləsinin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun xüsusi mülkiyyətlərində olan və hal-hazırda zəbt olunmuş, Bərdə rayonu Çələbilər kəndində yerləşən 10,0 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2, Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh (ilkin iddiaçı) İddiaçı vermiş olduğu ilkin iddiasının bütünlüklə rədd edilməsinə, xx.xx.2004-cü ildə kənd bələdiyyəsinin vermiş olduğu qərarın, xx.xx.2004-cü il tarixli sahəseçmə aktının və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: -“Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı torpaq sahəsinin boşaldılması ilk iddia tələbi, X1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2, Cavabdeh1 İddiaçı qarşı bələdiyyə qərarının, sahəseçmə aktının və icarə müqaviləsinin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbi barədə vermiş olduğu ərizələri baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3125/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3125/2022
27.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver