Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3126/2024 14.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qıznın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə 14 noyabr 2024-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun xx.xx.2020-ci il təvəllüldü, ömürlük İ dərəcəli əlil qızı X10 ilə birlikdə Cavabdeh yaşadığı, faktiki istifadəsində və sahibliyində olan Bərdə rayonu Xanərəb kəndində yerləşən mərhum atası X8 məxsus olmuş fərdi yaşayış evinə köçürülməsi, hazırki iddia ərizəsinə baxılması üçün ödədiyi dövlət rüsumu 40 manatın, mediasiya xidmətinə görə ödədiyi 60 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarının X28 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixdə 1255 nömrəsi ilə qeyd edilməklə evlənib ailə qurmuşlar. Cavabdehlə birgə nikahdan xx.xx.2020-ci ildə yeganə övladı olan X10 anadan olmuşdur. Ailə münasibətlərinin davam etməsi mümkün olmadığına görə Cavabdeh ilə nikahları Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1782/2024 nömrəli qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X3 onun himayəsində saxlanmasına və onun yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qərara alınmışdır. Cavabdehla faktiki olaraq ayrılmaqları nikahlarının məhkəmə qaydasında pozulmasından əvvəl baş vermişdir. Belə ki, yeganə övladı olan qızı Dəniz anadangəlmə seberal iflic xəstəsi olmuşdur, onun müalicəsi üçün bütün tədbirlər görsələr də, faydası olmamışdır. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə qızının orqanizmasının funksiyalarının pozulma faizi 85% müəyyən edilməklə ömürlük ona İ dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh TSEK-in həmin qərarından sonra, yəni Dənizin sağalmaz xəstə olduğunu bildiyi vaxtdan onunla qızını yaşadığı evdən çıxartmağa dəflərlə cəht etmişdir. xx.xx.2024-cü il tarixdə zorakılıqla evdən çıxarıb qovmuşdur. Hazırda xx.xx.2024-cü ildn hal-hazıradək əlil qızı Dənizlə birlikdə Bərdə rayonu Xanərəb kəndində atası X9 evində yaşayırlar. Evdə qızından savayı anası və qardaşı yaşayır. Ev köhnə tikili olduğu üçün qızı Dənizin orada saxlanmasına şərait yoxdur. O, Cavabdehla ailə qurub evlənərkən onun Bərdə rayonu Xanərəb kəndində yerləşən və mərhum atası X8 mənsub olan evə gəlin gətirilmişdir və cavabdeh tərəfindən zorakılıqla qovulana kimi də o evdə yaşamışdır, qızı Dəniz həmin evdə anadan olmuşdur. Onun cehiz əşyaları da həmin evə gətirilmiş, hazırda həmin evdədirlər. Həmin evdə yaşayarkən onun vəziyyətinin yaxşılaşması üçün carı və əsaslı təmirin aparılmasında, ümumi sahənin genişləndirilməsində, onun əməyi və xərcləri olmuşdur. 2 otaq,1 zal, 1 mətbəx və sanitar qovşağı, həmçinin yardımçı tikililəri olan həmin evdə hazırda Cavabdeh özü, anası və qardaşından başqa heç kim yaşamır. Evdə faktiki sahibliyi isə Cavabdeh özü həyata keçirir. Ev xüsusi mülkiyyətində deyil, yəni heç kimin adına reyestr çıxarışı yoxdur. Bu hal Xanərəb kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 165 nömrəli və xx.xx.2024-cü il tarixli 205 nömrəli arayışları ilə təsdiq edilir. Evə köçmək istəsə də cavabdeh ona imkan verməyərək onu hədələyir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur. xx.xx.2005-ci il tarixdən Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır və yaşayır. AZ-İV 413570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatların verilməsinə dair məlumatlardan görünür ki, X5 oqanizmasının 85% funkksiyalarının pozulmasına görə müddətsiz birinci dərəcəli əlillik verilmişdir. xx.xx.2024-cü il tarixli 165 nömrəli arayışdan görünür ki, İddiaçı birgə yaşayış dövründə həyat yoldaşı Cavabdeh ilə birlikdə yaşadığı 0.20 ha həyətyani sahədə tikilmiş ev mərhum qaynatası X8 məxsusdur. Həmin ev Dövlət Reyestri Xidmətində qeydiyyatda yoxdur. Cavabdeh adına 0.71 ha pay topağı qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli 205 saylı arayışdan görünür ki, iddiaçı Hüseynova X1 İƏD üzrə nümayəndəliyinin 2021-ci il -2025-ci illərə dair Təsərrüfatbaşına kitabın 257-ci təsərrüfatında 40-cı qrafada həyat yoldaşı Cavabdeh arvadı kimi həmin təsərüfatda qeydiyyatdadır. Həmin təsərüfata aid olan fərdi yaşayış evi 0.20 ha həyətyani sahədən 2 otaq və bir zaldan ibarət bir mərtəbəli ev olmaqla hal-hazırda aşağıdakı ailə üzvləri yaşayırlar. Cavabdeh, X6, X18. xx.xx.2024-cü il tarixli 206 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Xanərəb kəndində atası X11 məxsus olan evdə 2020-ci il təvəllüdlü qızı X10 ilə birlikdə yaşayır. Həmin ev 3 otaqdan ibarət olmaqla evdə yaşayan ailə üzvləri X19, X12, X17r. Mülki iş materialarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 2(021)-1782/2024 saylı Bərdə Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ərizə təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə X28 Xidmət mərkəzində qeydiyyat şöbəsində 1255 saylı akt qeydi ilə alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X10 anası İddiaçı himayəsində saxlanması, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bərdə 1 X4 mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə arayış mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 21.8 maddəsinə əsasən verilmişdir. xx.xx.2024-cü il tarixli 2(021)-2628/2024 saylı Bərdə Rayon Məhkəməsinin qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh qarşı evə köçürülmə tələbinə iddia dair ərizəsi geri qaytarılmışdır. AA4808289 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-c il tarixdə anadan olmuşdur. Mülki iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin hakimi cənab Ziya Abdullayeva ünvanlanmış etiraz ərizəsindən görünür ki, Cavabdeh vəkili X2 etiraz ərizəsində İddiaçı ilə birgə yaşamağın qeyri mümkün olması, evə köçməyinə razı olmadığı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh hazırda Bərdə rayonu Xanərəb kəndində yaşayır və aşağıdakı ailə tərkibi vardır- X13, X14r. Ailə mərhum atası X8 məxsus evdə yaşayırlar. Ev iki otaq bir zaldan ibarətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstənin ambulator, stasionar tibbi kartasının çıxarışından gürünür ki, X7 oliqofreniya debillik dərəcəsində, psixoapatiya bənzər davranış pozğunluğu diaqnozu qoyulmuşdur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 40 AZN ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə nikahlarının X28 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixdə 1255 nömrəsi ilə qeyd edilməklə evlənib ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2020-ci ildə yeganə övladı olan X10 anadan olmuşdur. Dəniz anadangəlmə seberal iflic xəstəsi olmuşdur, onun müalicəsi üçün bütün tədbirlər görsələr də, faydası olmamışdır. İddiaçı Cavabdehla ailə qurub evlənərkən onun Bərdə rayonu Xanərəb kəndində yerləşən və mərhum atası X8 mənsub olan evə gəlin gətirilmişdir və cavabdeh tərəfindən zorakılıqla qovulana kimi də o evdə yaşamışdır, qızı Dəniz həmin evdə anadan olmuşdur. Onun cehiz əşyaları da həmin evə gətirilmiş, hazırda həmin evdədirlər. Həmin evdə yaşayarkən onun vəziyyətinin yaxşılaşması üçün carı və əsaslı təmirin aparılmasında, ümumi sahənin genişləndirilməsində, onun əməyi və xərcləri olmuşdur. 2 otaq,1 zal, 1 mətbəx və sanitar qovşağı, həmçinin yardımçı tikililəri olan həmin evdə hazırda Cavabdeh özü, anası və qardaşından başqa heç kim yaşamır. Evdə faktiki sahibliyi isə Cavabdeh özü həyata keçirir. Ev xüsusi mülkiyyətində deyil, yəni heç kimin adına reyestr çıxarışı yoxdur. Məhkəmə yuxarıda qeyd olunan mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, İddiaçı mübahisəli yaşayış evinə gəlin köçərək orda yaşamağa başladığı ildə mübahisəli yaşayış evi mülkiyyət kimi hüquqi qeydə alınmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsi tətbiq edilməklə münasibətlər yarandığı dövrdə 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməklə yaranmış mübahisə həll edilməlidir. Belə ki, həmin maddənin 11.1-ci bəndinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2.-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.2.–ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, İddiaçı şərtsiz mübahisəli evə gəlin köçərək orada cavabdehlərin ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından o, cavabdehlərin ailə üzvü hesab edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ildən mübahisəli yaşayış evinə köçüb yaşamasına və cavabdehlərlə ümumi təsərrüfat aparmasına baxmayaraq cavabdehlər heç bir əsas olmadan İddiaçı yaşayış evindən çıxararaq onun uşaqla birlikdə həmin yaşayış evinə köçüb yaşamasına imkan vermirlər. Məhkəmə hesab edir ki, İddiaçı qeyd şərtsiz mübahisəli evə gəlin köçərək orada cavabdehlərin ailə üzvü kimi birgə yaşadığından və onlarla ümumi təsərrüfat apardığından iddia tələbi qismən təmin edilməli, İddiaçı azyaşlı X10 ilə birlikdə yaşayış evinə köçürülməlidir. Mediasiya xərci olaraq isə 60 manat deyil, 50 manat və ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: 1.İddia qismən təmin edilsin. 2.İddiaçı azyaşlı övladı X10 ilə birlikdə Cavabdeh yaşadığı, faktiki istifadəsində olan Bərdə rayonu Xanərəb kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. 3.Cavabdeh 40 manat ödənilmiş dövlət rüsumu və mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. 4.Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3126/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3126/2024
14.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver