Məhkəmə qərarları › İş №2(021)-313/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-313/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-313/2023 16.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlə birgə nikah dövründə yaşadığı evə köçürülməyinə və onun yaşamağına törətdiyi maneçiliyin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdehlə 1996-cı ildə rəsmi ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü X7 və xx.xx.1998-ci il təvəllüdlü X4 anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə nikahları rəsmən pozulmuşdur. Birgə nikah dövründə sözügedən ünvanda ev tikmişlər. Ancaq cavabdeh orada yaşamağa imkan verməmiş və onu bezdirmişdir. Uzun müddət o orada yaşamışdır. Amma indi cavabdeh onun yaşamağına imkan verir, onu zorla evdən çıxartmışdır. O hal-hazırda müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Hesab edir ki, tikdirdikləri evə köçürülməlidir və cavabdehin qanuna zidd hərəkətləri ona qadağan edilməlidir ki, onun orada yaşamağına maneçilik yaratmasın. Hətta bu barədə mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiyaya gəlməmişdir. Mediasiya xx.xx.2022-ci il tarixdə imtina sənədi vermişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı daha sonradan məhkəməyə iddia həcminin artırılmasına dair ərizə verərək cavabdehin adına xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilən mülkiyyət çıxarışına uyğun olaraq ½ hissə ev və torpağın bölünərək onun mülkiyyətinə verilməsinə və onun həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddaçının nümayəndəsi X11 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi əvvəlki izahatında İddiaçı yaşamağa yeri olmadığını, buna görə iddianın cavabdehə məxsus evə köçürülməsini məhkəmədən xahiş etmiş, sonrakı iclaslarda verdiyi izahatında isə iddiaçının hazırda Bərdə rayonu Hüseynalılar kəndində yaşayış yeri olduğunu, lakin həmin evin təmirli və yaşamaq üçün əlverişli olmamasını, cavabdehin adına olan evin isə normal kommunal şəraitə malik olmasını və həmin evin birgə nikah dövründə əldə edilməsini əsas götürərək cavabdehə məxsus evin bölünməsini və iddiaçının ora köçürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh öz ifadəsində həmin mübahisəli evi atasının tikdirdiyini, onların birgə yaşadıqlarını, daha sonra aralarında baş verən mübahisələr nəticəsində özünün evi tərk etdiyini, Ceyranın isə uşaqlarla birlikdə həmin evdə qaldığını, yəni iddiaçının yaşadığı evin özü tərəfindən yaşamaq üçün iddiaçıya verilməsini və hazırda anası ilə birlikdə ayrı evə köçərək orada yaşamasını bildirmiş, həmçinin vaxtilə öz adına olmuş yaşayış evinə dair çıxarışın məhkəmə qətnaməsi ilə ləğv edildiyini və hazırda adına ev olmadığını, iddiaçının isə cavabdehi öz evində rahat yaşamağına imkan vermədiyini məhkəməyə bildirmişdir. Məhkəmə iclasında əmlakın naturada bölgüsünün xüsusi bilik tələb etməsi səbəbindən iş üzrə Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertiza təyin edilmişdir, lakin şəhadətnamə ilə ayrılmış torpaq sahəsi Dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün naturada payın bölünməsi və ekspertizanın aparılması mümkün olmamış və iş materialları baxılması üçün məhkəməyə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi yenidən ekspertiza keçirilməsinə dair məhkəmə iclasında şifahi vəsatət vermiş, lakin məhkəmə tərəflərin fikirlərini dinləyib yerində müşavirə edərək iş üzrə yenidən ekspertiza keçirilməsinin torpaq sahəsinin reyestrdə qeydiyyatının olmaması səbəbindən mümkün olmamasını və iş üzrə yenidən ekspertiza təyin edilməsinin süründürməçiliyə səbəb olmaqla məhkəmə baxışın həddən artıq uzanmasına səbəb olacağını və işə baxılmasının prosessual müddətinin bitməsi səbəbindən iş üzrə yenidən ekspertiza təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Bərdə rayonu, Hüseynalılar kəndində anadan olmuşdur. Yaşayış yeri Bərdə rayonu, Hüseynalılar kəndidir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli 423 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Hüseynalılar kəndində yaşayır və aşağıdakı tərkibdə ailə üzvü var: X6 oğlu – xx.xx.1997. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri Bərdə rayonu, Hüseynalılar Ərazi Dairəsi, Hüseynalılar kəndidir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ 339732 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra kişiyə Qurbanov, qadına isə Əliyeva soyadı verilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 279 nömrə ilə qeyd edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 03991 nömrəli arayışdan görünür ki, mediasiyada iştirak edən tərəflər İddiaçı və X8r. İş materiallarında olan 08 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 AZN dövlət rüsumunu və 0,40 AZN xidmət haqqını ödəmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı bu yalan iddiaları Qamət Əbilovun icraatında olmuşdur. Sübutlar əsasında qarşı tərəfin verdiyi yalan böhtan sübuta yetirilərək ləğv edilmişdir. Artıq 4-cü ildir ki, rəsmi boşanmışlar. Onu narahat edir, yalan məlumatlar yazıb məhkəməyə göndərir. Daha ətraflı yenidən irəlidəki məhkəmələrdə şəkillər, videomateriallar daha arxiv sənədlərlə birlikdə təqdim edəcəyini və qarşı tərəfin iddiasının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qarşı tərəfin vurduğu ağır maddi, mənəvi və fiziki ziyana görə DİN, Prokrorluq, Ali Məhkəmə səviyyəsində izlənir. İddiaçı Bərdə rayon Məhkəməsində qaldırdığı iddia ləğv olunduqdan sonra hansı əsasla yenidən məhkəməyə iddia verir. Cavabdeh İddiaçı qarşı ciddi tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3680 nömrəli məlumatdan görünür ki, əmlak haqqında məlumatın təqdim edilməsi barədə sorğuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, sorğuda qeyd edilən Cavabdeh adına Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixli, ********* qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. 2015-ci il tarixli, **********01100 nömrəli nəzarət kitabçasından görünür ki, “Azəriqaz” İB ilə Bərdə rayonu, Hüseynalılar kəndində yaşayan İddiaçı arasında təbii qazın satışı ilə bağlı müqavilə bağlanmışdır. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, İddiaçı istifadə etdiyi enerjiyə görə "xxxx" ASC-yə borcu yaranmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, verilir Cavabdeh ondan ötrü ki, Bərdə rayonu, Hüseynalılar kəndində mülkiyyətində olan 0,1664 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m. yaşayış, 73,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bərdə rayon Məhkəməsinin 23 noyabr 2009-cu il tarixli 2(021)-952-996/2009 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh adına olan Bərdə rayon Hüseynalılar kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 29 kv.m yaşayış, 73,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Reyestrində 11 saylı kitabın 52 saylı vərəqində olan qeydiyyat ləğv edilmiş və həmin fərdi yaşayış evinə X2 adına mülkiyyət sənədlərinin verilməsi DƏDRX-nin Bərdə rayon İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh arvadı İddiaçı, oğlu Qurbanov Ruslan, qızı isə Qurbanova Mətanətdir. Bərdə rayon Hüseynalılar kənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh hal-hazırda Bərdə rayonu, Hüseynalılar kəndində qayınatasına məxsus mənzildə yaşayır. Avtomobil, kənd təsərrüfatı texnikası və mal-qarası yoxdur. İddiaçı və Cavabdeh X14 ilə xx.xx.2016-cı il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlamış və birgə mülkiyyətlərində olan Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən 0,5 ha torpaq sahəsini X1. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-359/2023 saylı məktubdan görünür ki, sorğuda qeyd olunan Cavabdeh adına Bərdə rayonu, Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və məktuba hüquqmüəyyənedici sənədlərin fotosurəti əlavə edilmişdir ki, burada əsas sənəd JN 003A KOD 61004018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-1661/2023 saylı məktubdan görünür ki, Bərdə rayonu Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evində İddiaçı məxsus ½ hissə payın naturada bölünməsinin mümkünlüyü ilə bağlı bildirilmişdir ki, Bərdə rayonu Hüseynalılar kəndində yerləşən JN-003A “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ayrılmış torpaq sahəsi dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün naturada payın bölünməsi tərəflərindən mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilk öncə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə yaşadığı evə köçürülməyinə və onun yaşamağına törətdiyi maneçiliyin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini, daha sonra iddia həcminin artırılmasına dair ərizə verərək cavabdehin adına xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilən mülkiyyət çıxarışına uyğun olaraq ½ hissə ev və torpağın bölünərək onun mülkiyyətinə verilməsinə və onun həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (Avropa Konvensiyasına) Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasında mülkiyyət və mülkiyyət hüququna münasibət Konstitusiyanın 13 və 29-cu maddələrində ifadə olunmuşdur. Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda qeyd olunan maddələrdən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Məhkəmə yuxarıda mülkiyyət və mənzilə istifadə hüquqları ilə bağlı normaları təhlil etdikdən sonra iş materialları üzrə araşdırma aparmışdır. Lakin, hazırki iş materiallarını araşdırarkən və tərəflərin izahatlarını dinləyərkən məhkəmə bu qənaətə gəlmişdir ki, hazırda iddiaçının reyestr xidmətinin məktubundakı qeydə əsasən cavabdehin adına fərdi yaşayış evinin olması ilə bağlı fikrinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehin adına olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bərdə rayonu Hüseynalılar kəndində yerləşən fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ Bərdə rayon Məhkəməsinin 23 noyabr 2009-cu il tarixli 2(021)-952-996/2009-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir və hazırda belə əmlak mövcud deyildir. Çünki, məhkəmənin sorğusuna DƏDKR phş.-in 7 saylı Bərdə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda cavabdehin adına Bərdə rayonu Hüseynalılar kəndində ********** qeydiyyat nömrəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyd edilsə də məktuba əlavə edilmiş hüquqmüəyyənedici sənədlər sırasına JN 003A KOD 61004018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin fotosurəti əlavə edilmişdir ki, DƏDKR phş.-in 7 saylı ərazi idarəsinin məhkəmənin əmlakın naturada bölgüsünə dair məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə dair qərardadına cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda Bərdə rayonu Hüseynalılar kəndində yerləşən JN-003A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ayrılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün naturada payın bölünməsinin tərəflərindən mümkün olmadığı bildirilmişdir. Belə olan halda cavabdehə məxsus torpaq sahəsi və fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində olmadığı və ya adına qeydə alınmadığı məhkəməyə məlum olur ki, cavabdehin adına mövcud olmayan torpaq sahəsi və evin naturada bölgüsü və iddiaçının həmin yaşayış evinə köçürülməsi mümkün deyildir. Buradan belə nəticəyə gəlinir ki, iddiaçı həm də cavabdehə məxsus rəsmi reyestrdə qeydə alınmış fərdi yaşayış evinin mövcudluğunu sübut edə bilməmişdir. Bundan başqa işdəki kommunal ödənişlərlə bağlı sənədlərin surətlərindən məhkəməyə məlum olur ki, iddiaçının hazırda Bərdə rayonu Hüseynalılar kəndində daimi yaşayış yeri mövcuddur və o, kommunal xidmətlərdən istifadə edir. Belə halda iddiaçının daimi yaşayış yeri mövcud olduğundan məhkəmə hesab edir ki, İddiaçı əlavə yaşayış yerinə və ya yaşayış sahəsinə ehtiyacı və buna görə də onun başqa mənzilə köçürülməsinə zərurət mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş ½ hissə ev və torpağın bölünərək onun mülkiyyətinə verilməsinə və onun həmin evə köçürülməsinə dair dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar