Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3133/2021 20.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X6 katibliyi Ərizəçi Ərizəçi Ərizəçinin vəkili X18 Maraqlı şəxslər Maraqlı şəxs4 X8 Maraqlı şəxs7 X24 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,80 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin miras kimi onun qəbul etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anasının mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,80 ha həyatyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə JN- 037A KOD- 61018018 saylı Torpaq mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsində atası və anası fərdi yaşayış evi tikdirmişlər. Onlar 3 bacı, 1 qardaş olmuşlar. X3 22 sentyabr 1997-ci il tarixdə, anası X19 26 noyabr 2012-ci il tarixdə, X1 isə 18 noyabr 2020-ci tarixdə vəfat etmişdir. Atası və anası vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qardaşı yaşamışdır. İndi isə qardaşı 18 noyabr 2020-ci tarixdə vəfat etdikdən sonra həmin evdə yaşayır. Qardaşının yas mərasimini özü vermişdir. Qardaşının həyat yoldaşı və uşaqları olmasına baxmayaraq, ailəsində yaranmış problemlərə görə artıq 9 ildir ki, ayrı yaşayırlar. Qardaşının həyat yoldaşı övladların da götürüb həmin evdən çıxıb getmişdir. X1 vəfat etdikdən sonra miras qalmış həyatyanı torpaq sahəsini və fərdi yaşayış evini miras olaraq qəbul etmişdir. 18 noyabr 2020-ci tarixdən həmin evdə yaşamış və həmin evdə bir çox işlər aparmışdır. İndi isə hal-hazırda qardaşından miras qalmış evi və həyatyanı torpaq sahəsini adına rəsmi olaraq sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional Asan xidmət mərkəzinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etmişlər. Səbəbidə onu göstərmişlər ki, qardaşının adına rəsmi olaraq nikah bağlanmışdır və rəsmi olaraq nikah ləğv olunmamışdır. Halbuki 9 ildən çoxdur ki, qardaşının həyat yoldaşı anasına və qardaşına məxsus olan evdən çıxıb getmiş, bu vaxta qədər heç bir zaman həmin evdə yaşamamışdır və həmin torpaq sahəsindən istifadə etməmişdir. Hal-hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Bu faktı ünvan 2 ünvanında yaşayan qonşuları olan X22 və X12 da təstiq edə bilərlər. Mərhum X1 vəfat etdikdən sonra faktiki olaraq mirası o qəbul etmişdir. Bunun üçündə mirası qəbul etmə faktının təstiqini istəyir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə verərək ünvan 1 ünvanında yerləşən anası X7 miras qalmış torpaq sahəsinin və fərdi yaşayış evinin miras kimi onun qəbul etməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs4 göstərmişdir ki, Ərizəçi bacısıdır. X2 mülkiyyətində ünvan 2ində 0,80 ha həyatyanı torpaq sahəsi olmuş, həmin torpaq sahəsinə JN-037A KOD- 61018018 saylı Torpaq mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsində valideyinləri tərəfindən fərdi yaşayış evi tikilmişdir. X3, anası X19 və X1 vəfat etmişlər. Atası və anası vəfat etdikdən sonra fərdi yaşayış evində qardaşı Məhəmməd yaşamışdır. Qardaşı 18 noyabr 2020-ci tarixdə vəfat etdikdən sonra həmin evdə ərizəçi yaşamışdır. Qardaşının yas mərasimini Ərizəçi vermişdir. Hal-hazırda həmin evdə ərizəçi ailə üzvləri ilə birlikdə yaşayır. Ərizəçinin qəbul etdiyi miras əmlakdan pay tələb etmədiyini qeyd edərək ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxslər X20, Maraqlı şəxs7 və X38 Maraqlı şəxs4 göstərdiklərini bir daha təsdiq edərək, ərizəçinin qəbul etdiyi miras əmlakdan pay tələb etmədiklərini qeyd edərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mərdan Həsənzadə məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri dindirib, mülki işin materilallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-037A KOD 61018018 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarına əsasən ünvan 2 sakinləri X9 və X5 mülkiyyətinə 0,80 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 4913 saylı 20 avqust 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, X9 adına Bərdə rayonu, Otuzikilər kəndində 2 nəfər ailə üzvü ilə birlikdə JN-037A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,80 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. İş materiallarında olan Bərdə rayon Dövlət arxivinin 165 saylı 30 avqust 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, rayon Dövlət Arxivində 72 saylı fondda mühafizə edilən ünvan 2 X21 Otuzikilər kəndi üzrə 01 saylı təsərrüfatbaşına kitabın 1980-1982-ci illər üzrə 63 saylı şəxsi hesabına əsasən X9 ailə tərkibi:- ana-X19, qızı-Maraqlı şəxs4, oğlu-X11, qızı-X16, qızı X13, qızı-X25 qeyd olunmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli 1057-05/69 saylı ölüm akt qeydindən çıxarışın surətindən müəyyən edilmişdir ki, X10 22 sentyabr 1977-ci ildə ölmüşdür. İş materiallarında olan ünvan 1 İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2012-ci il tarixli AZ-İ 536250 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 26.11.2012-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli AZ-İİ 120168 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 18.11.2020-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 iyul 2021ci il tarixli AZ-İİ 181964 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 28.06.2021-ci ildə ölmüşdür. İş materiallarında olan 02 aprel 1966-cı il tarixli AЗ 398882 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs4 25 fevral 1966-cı ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında atası kimi X10, ana qrafasında anası kimi X19 qeyd edilmişdir. İş materiallarında olan 30 aprel 1971-ci il tarixli AЗБ 065013 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 22 aprel 1971-ci ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında atası kimi X10, ana qrafasında anası kimi X19 qeyd edilmişdir. İş materiallarında olan 29 mart 1974-cü il tarixli İİİ-ЖГ 254683 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx xxxxx 1974-cü ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında atası kimi X10, ana qrafasında anası kimi X19 qeyd edilmişdir. İş materiallarında olan İX-ЖГ 379209 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs7 05 yanvar 1984-cü ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında atası kimi X14, ana qrafasında anası kimi X23 qeyd edilmişdir. İş materiallarında olan Xİİ-ЖГ 277365 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X38 09 fevral 1987-ci ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında atası kimi X14, ana qrafasında anası kimi X23 qeyd edilmişdir. İş materiallarında olan 31 dekabr 1984-cü il tarixli İX-ЖГ 495304 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs6 24 dekabr 1984cü ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında atası kimi X14, ana qrafasında anası kimi X23 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Kələntərli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 1996-cı il tarixli Vİİ-ЖГ 251660 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 ilə X13 16 avqust 1996-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına İsgəndərova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 05 noyabr 1990-cı il tarixli V- ЖГ 356241 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X34 ilə X16 05 noyabr 1990-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Əsədova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon VVADQ şöbəsi tərəfindən verilmiş 07 dekabr 2001-ci il tarixli AZ-İ 012154 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 ilə Maraqlı şəxs4 07 dekabr 2001-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Xəlilova soyadı verilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Kontoru tərəfindən verilmiş 1543/2021 saylı 03 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, 31 avqust 2021-ci il tarixdə Ərizəçi notariat ofisinə 26 noyabr 2012-ci il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakın vərəsəlik qaydasında ötürlməsi ilə bağlı müraciət etmişdir. Lakin, təqdim olunan sənədlər araşdırılarkən, vətəndaş Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsələrin mirası qəbul etmək üçün təyin olunmuş müddəti buraxmışdır. Buna görə də notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Kontoru tərəfindən verilmiş 1544/2021 saylı 03 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, 31 avqust 2021-ci il tarixdə Ərizəçi notariat ofisinə 18 noyabr 2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın vərəsəlik qaydasında ötürlməsi ilə bağlı müraciət etmişdir. Lakin, təqdim olunan sənədlər araşdırılarkən, vətəndaş Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsələrin mirası qəbul etmək üçün təyin olunmuş müddəti buraxmışdır. Buna görə də notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndində qeyd edilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 saylı qərarına əsasən ünvan 2ində yerləşən 0,80 ha həyətyanı torpaq sahəsi X9 və X5 mülkiyyətinə verilmişdir. X19 26 noyabr 2012-ci ildə, X11 isə 18 noyabr 2020-ci ildə ölmüşdür. Sonuncunun ölümündən sonra miras əmlakı ərizəçi qəbul etmiş, orada yaşamış, əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə başlamış, faktiki olaraq miras əmlakı qəbul etmişdir. Bu hal məhkəmə iclasında dindirilmiş maraqlı şəxslərin izahatları ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X7 miras qalmış ünvan 1ində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi öz təsdiqini tapdığından ərizə həmin hissədə təmin edilməlidir. Ərizəçi ünvan 1 ünvanında yerləşən 0,80 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras kimi onun qəbul etməsi faktının təsdiq edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 0,80 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından ərizə həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi anası X7 miras qalmış, ünvan 1ində yerləşən həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3133/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3133/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver