Məhkəmə qərarları › İş №2(021)-314/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-314/2023

14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-314/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X*4, Ərizəçi nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı qohumluq faktının təsdiqi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum analığı X3 mərhumə X*6 qızı olması faktının təsdiq edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, Bərdə rayon sakini X6 onun ögey anasıdır, atası Həsənalı Salmanov qeyri rəsmi olaraq ailə qurmuşlar və birgə yaşayış dövründə övladları anadan olmuşdur. Səkinə İsmayılova atası ilə olan zamandan və atası vəfat etdikdən sonra birlikdə onun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamağa başlamışlar. İsmayılova Səkinə İİsgəndər qızı *0 iyun 20*2-ci il tarixdə vəfat etmişdir. Səkinə İsmayılova atası ilə ailəli olmamışdan qabaq X*0 ilə ailəli olmuşdur. Səkinə İsmayılovanın soyadı isə evlənən zaman “Qafarova” olmuşdur. Səkinə İsmayılovanın soyadının Qafarova olması anası X*6 ikinci dəfə evlənməsi və qızının soyadının dəyişərək Qafarova etmişdir. Hal-hazırda onların yaşadığı ünvan 1 ünvanındadkı fərdi yaşayış evi Səkinə İsmayılovanın anası X*6 adına olmuşdur. Fatma Qafarova ** iyun *987-ci il tarixdə vəfat etdikdən sonra fərdi yaşayış evi qızı X3 adına keçmişdir. Səkinə İsmayılova vəfat edən günə qədər atası baxdığı üçün Səkinə İsmayılova vəfat etməmişdən öncə fərdi yaşayış evini onun adına vəsiyyətnamə etmişdir. Hal-hazırda o, vəsiyyətnamə ilə ona verilmiş fərdi yaşayış evini öz adına sənədləşdirmək istəyir. Bununla bağlı Asan xidmət Mərkəzinin notariat kontoruna müraciət etdikdə isə ondan mərhumə Səkinə İsmayılovanın və mərhumə Fatma Qafarovanın doğum haqqında şəhadətnaməsini tələb edirlər. Lakin analığı olan Səkinə İsmayılovanın doğum haqqında şəhadətnaməsi tapılmadığından mərhumə X29 İsmayılovanın anası olmasını təsdiq edən hər hansı bir sənəd tələb edirlər. Bunun üçündə məhrumə analığı X3 vəsiyyətnamə ilə verilmiş fərdi yaşayış evini onun adına sənədləşdirməkdən imtina edirlər. Hal-hazırda o, da məcbur qalıb mərhumə analığı X3 mərhumə X*6 qızı olmasını təsdiq etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X** ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X4* Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*9 izahatında göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. X* vəsiyyətnamə ilə ona vəsiyyət etdiyi fərdi yaşayış evini öz adına keçirdə bilmir. Çünki qohumluqlarını müəyyən edən sənəd yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 izahatında göstərmişdir ki, Ərizəçi ilə qonşudur. Analığından miras ev qalıb, lakin evi adına sənədləşdirə bilmir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5503 saylı, 28 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, H.Əliyev prospekti 35 nömrəli evdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arvix İdarəsinin Bərdə Rayon Dövlət Arxivinin 22 avqust 2022-ci il tarixli *93 saylı Arxiv arayışının surətindən müəyyən olunur ki, Rayon Dövlət Arxivində 69 saylı fondda mühafizə olunan Bərdə şəhəri ZDS İK-nin *943-*944-cü illər üzrə 7 saylı Təsərrüfatbaşına kitabın *46 saylı şəxsi hesabına əsasən, vətəndaş mərhum X4 adına olan torpaq sahəsinin 0.06 ha olduğu qeyd olunub. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *964-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE *726**99 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X** 25 iyun 992-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0*062282 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*9 05 yanvar *949-cu ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 07344042 nömrəli Azərbaycan respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*2 05 sentyabr *957-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Nizami küçəsi döngə *, ev 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan *285-05/69 nörəli, 2* entyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X32 ** iyun *987-ci ildə ölmüşdür. İş materiallarında olan *244-05/69 nömrəli, *3 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X*0 və X*3 26 dekabr *958-ci il tarixli *30 nömrəli niikah akt qeydi bağlamaqla evlənmişlər. İş materiallarında olan AZ-İ 52260* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 *6 iyun 20*2-ci ildə ölmüşdür. İş materiallarında olan X4* Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2384/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan X4* Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2046/2022 saylı, 25 avqust 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi X3 qanun üzrə vərəsəsi kimi tanınmaq hüququna malikdir. İş materiallarında olan 27 fevral 2022-ci il tarili vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X2 şəhəri Nüşabə küçəsi döngə 3, ev 3 ünvanında yerləşən evini Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan 26 dekabr *958-ci il tarixli, *30 nömrəlii evlənmə haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X*0 ilə X6 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan 07 iyul *987-ci il tarixli, *80 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Ərizəçi ilə, X25 rəsmi nikah qeydiyyatından keçməklə evləmişlər, nikahdan sonra arvada Salmanova soyadı verilmişdir. İş materiallarında olan *0 noyabr *989-cu il tarixli, 804 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X26 *2 sentyabr *989-cu ildə doğulmuşdur, atatsı Ərizəçi, anası X*5r. İş materiallarında olan 04 iyul *992-ci il tarixli, 870 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X** 25 iyun *992-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X*5r. İş materialların da olan Sovet Sosialist Respublikaları ittifaqı vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X33 *889-cu ildə doğulmuşdur. İş materialların da olan Sovet Sosialist Respublikaları ittifaqı vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X8 *925-ci ildə doğulmuşdur. İş materiallarında olan *0 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X34 ** iyun *987-ci ildə ölmüşdür. İş materiallarında olan ** yanvar 2023-cü il tarixli, AZ-İ *02680 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, X*0 ilə X9 26 dekabr *958-ci ildə *30 nömrəli akt qeydi bağlamaqla evlənmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 X*6 qızı olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X3 X*6 qızı olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar