Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3142/2022 30.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi vəkili X6 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək *8 mart 20*9-cu il tarixdə Bərdə şəhərində anada olmuş X2 doğum faktının müəyyən edilməsinə, atası X3, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı X3 ilə 30 may 20*8-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişdir, birgə yaşadıqları dövrdə iki övladları doğulmuşdur. Övladları *8 mart 20*9-cu il tarixdə doğulmuş X4 doğum haqqında şəhadətnamə ala bilməyiblər. Hal-hazırda onlar övladına doğum haqqında şəhadətnamə almaq istəyir, Buna görə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər, orda məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ərizəçi məhkəməyə ərizə göndərərək, körpə uşağı olduğuna görə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili X9 ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Ərizəçi oğlunun baldızıdır. X* ilə qeyri rəsmi ailə qurubdur. *8 mart 20*9-cu il tarixdə Kərəm adlı bir övladları anadan olmuşdur. Lakin uşağa doğum haqqında şəhadətnamə almayıbdlr. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Ərizəçi qızıdır. X*6 qeyri rəsmi evlənib. Uşağına doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrinin dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx 2002-ci ildə doğulmuşdur. İş materiallarında olan AA *570595 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 *6 aprel *992-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE *5*22440 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 22 mart *980-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 09302282 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 30 mart *960-cı ildə Yevlax şəhərində doğulmuşdur, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatdadır. İş materiallarında olan tibbi kartadan müəyyən olunur ki, *8 mart 20*9-cu ildə doğulmuş, Bərdə rayonu, Gərənə kəndində yaşayan Ələsgərov -----Fərid oğlu müayinə olundu, heç bir somatik patologiya aşkar olunmadı, doğum haqqında şəhadətnamə almaq üçün arayış verildi. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş *047 saylı 29 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi nın *8 mart 20*9-cu ildə doğulmuş oğlan uşağı hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş *048 saylı 29 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X3 ilə birgə yaşayış dövründə dünyaya gələn *8 mart 20*9-cu il təvəllüdlü Vəliyev----Gülşən oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürüldü, həkim pediatr tərəfindən müayinə olundu, praktiki sağlam olması təsdiq olundu. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli, 540-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi *8 mart 20*9-cu il tarixdə oğlan övladının olması, atası X3, anası Ərizəçi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi *8 mart 20*9-cu il tarixdə oğlan övladının olması, atası X3, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3142/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3142/2022
30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver