Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-316/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülməyi və cavabdehin əmlakının çıxarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təsviri hissəsəsində göstərdiyi xüsusatlar nəzərə alınmaqla onun Bərdə rayonu 577 saylı köçkün qəsəbəsi, bina 14, mənzil 14 də köçürülməsi və cavabdehin əşyalarının çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, şəhid ailəsidir. Bərdə rayonunda 588 saylı qəsəbə bina 14 mənzil 14-ə onunla Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar departamenti 30 noyabr 2022 ci il tarixdə sözgedən evdə yaşamağı üçün müqavilə bağlamışdır. Lakin cavabdeh Bərdə rayonunda fəaliyət göstərən məcburi köçkünlərin mənzil istismar idarəsinin cavabdeh olan rəhbərliyi həmin mənzili boşaldıb ona vermir. O, da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur ki, cavabdeh müqavilə ilə onun istifadəsinə verilən evdən çıxarılsın. Qeyd edir ki, sözgedən evin qaz sayğacı onun adınadır. Buna baxmayaraq əhəmiyət verən yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınlarınvə X8 üzrə Dövlət Komitəsi, Mənzil İstismar Departamentinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X5 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1937-ci ildə ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AA 180125 saylı məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. İş materiallarına əlavə olunmuş Bərdə rayon, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 469 saylı, 05 oktyabr 2023-cü il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Mollalı kəndində müvəqqəti yaşayır. İş materiallarına əlavə olunmuş AZE 15249409 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh 04 yanvar 1961-ci ildə Ağdərə rayonunda doğulmuşdur, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan 14/14 saylı, 30 noyabr 2022-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən müəyyən olunur ki, Bərdə şəhəri 558 ailəlik qəsəbə bina 14, mənzil 14-də 4 otaqlı yaşayış sahəsi Azərbaycan Respublikasının Qaçqınlarınvə X8 üzrə Dövlət Komitəsi, Mənzil İstismar Departamenti tərəfindən İddiaçı kirayəyə verilmişdir. İş materiallarında olan müqavilədən görünür ki, həmin müqavilə Azərsu ASC ilə İddiaçı arasında Bərdə şəhəri 558 ailəlik qəsəbə bina 14, mənzil 14-də 4 otaqlı yaşayış sahəsinin su ilə təmin olunması üçün bağlanılmışdır. İş materiallarında olan müqavilədən görünür ki, həmin müqavilə Azəriqaz ASC ilə İddiaçı arasında Bərdə şəhəri 558 ailəlik qəsəbə bina 14, mənzil 14-də 4 otaqlı yaşayış sahəsinin qaz ilə təmin olunması üçün bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınlarınvə X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 3-36-3/2-570/2023 saylı, 04 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bərdə rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün inşa edilmiş 588 ailəlik qəsəbədəki 14 saylı binanın 14 nömrəli mənzilinin boşaldılması (sonradan şəhid ailəsinə verilməsinin nəzərdə tutulması) barədə Bərdə Rayon Məhkəməsinin icraatında olan 2(021 )-3987/2023 işin baxılmamış saxlanılmasını və icraatına xitam verilməsini Sizdən xahiş edirik. Bildiririk ki, qeyd olunan mənzil 2015-ci ildə Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi əsasında, 1992-ci ildə Ağdam rayonunun Sırxavənd kəndindən məcburi köçkün düşmüş, İ Qarabağ müharibəsi veteranı, Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş, hazırda ehtiyatda olan polis mayoru X7 xidməti istifadə üçün verilmişdir. O, 2016-cı ildə daxili işlər orqanlarından təqaüdə çıxmasına baxmayaraq, məcburi köçkün olduğu üçün hazırda ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Diqqətinizə çatdırırıq ki, işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi ilə bağlı aparılan işlər çərçivəsində Cavabdeh özünün və ailə üzvlərinin adları ilk növbədə köçürüləcək ailələrin siyahısına daxil edilmişdir. Bu səbəbdən onun dövlət tərəfindən doğma yurduna köçürülənədək Bərdə rayonundakı 588 ailəlik qəsəbədəki 14 saylı binanın 14 nömrəli mənzilində yaşayışın davam etdirilməsi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məqbul hesab edilir. Aparılan köçürülmə işləri ilə əlaqədar olaraq, qəsəbədə boş mənzil yaranacağı təqdirdə şəhid ailəsinin ilk növbədə yaşayış sahəsi ilə təmin edilməsi Komitə tərəfindən həyata keçiriləcəkdir. İş materiallarında olan 14/14 saylı, 17 yanvar 2024-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən müəyyən olunur ki, Bərdə şəhəri 558 ailəlik qəsəbə bina 14, mənzil 14-də 4 otaqlı yaşayış sahəsi Azərbaycan Respublikasının Qaçqınlarınvə X8 üzrə Dövlət Komitəsi, Mənzil İstismar Departamenti tərəfindən X1 verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qanunveriliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 98.1-ci maddəsinin rələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsaəsn ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının” 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri, qaydalarına həm də Qaydaların 3.5-ci bəndində məcburi köçkünlər onların müvəqqəti istifadəsində verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməmələri və 3.7-ci bəndində məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərəsə, Komitəsinin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitəsinin rəhbərliyi ilə razılaşmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilə bilməsi kimi tələblər müəyyən edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, iddiaçıya mübahisəli mənzilə görə order verilməmişdir. Bununla da həmin mənzilə onun sahiblik hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən göründüyü kimi İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı evə köçürülməyi və cavabdehin əmlakının çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-316/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-316/2024
30.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver