Məhkəmə qərarları › İş №2(021)-3166/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3166/2023

27.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3166/2023 27.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayon Otuzikilər ƏN Bayramlı kəndi ərazisində qeydiyat nömrəsi ********** olan çıxarışla ona məxsus 0.34 hektar zəbt etdiyi hissəsindən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona məxsus olan Bərdə rayon Bayramlı kəndi ərazisində yerləşən 0.34 ha həyətyani torpaq sahəsini zəbt edib çıxmırlar. Bərdə Daşınmaz Əmlakın ********** saylı xx.xx.2017 ci ildən mənim adına çıxarışı olsa da cavabdehlər əhəmiyət verməyib, onun yerimi zəbt ediblər. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddiaçı ilə aralarında əvvəl məhkəmə mübahisələri olmuş və məhkəmənin yekun aktı vardır. Ona görə də hazırki iş üzrə icraata xitam verlməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddiaçı ilə aralarında əvvəl məhkəmə mübahisələri olmuş və məhkəmənin yekun aktı vardır. Ona görə də hazırki iş üzrə icraata xitam verlməsini xahiş etdi. Məhkəmə mülki işin materilallarını araşdırıb hesab edir ki, İddiaçı hazırkı iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Seriya RX, № ******* olan Çıxarışdan görünür ki, Bərdə rayon Bayramlı kəndində yerləşən 0.34 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli 2(021)-4072/2017 saylı qətnaməsindən görünür ki, Bərdə rayon Bayramlı bələdiyyəsinin mülkiyyətində olan və bələdiyyənin 05 saylı 14 may 2004-cü il tarixli qərarı ilə İddiaçı satılmış 0.34 hektar həyətyanı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(021)-69/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Bərdə rayonu, Bayramlı yerləşən kəndaltı sahədən 0,34 ha həyətyanı torpaq sahəsi aynılaraq yaşayış evi tikmək məqsədi ilə ona verilmiş torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X2nun çıxarılması, həmin torpaq sahəsi üzərində sahiblik hüququnun bərpa edilməsi barədə tələbi asassız olduğundan rədd edilməsi qət olunmuşdur. Həmçinin həmin qətnamədən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 69/2017 saylı mülki işi üzrə alınmış ekspert rəyində göstərilmişdir ki; - Bərdə rayonu xx.xx.2004-cü il tarixli, 05 saylı qərarına əsasən X1 Mobil Möhübbət oğluna yaşayış evi tikilməsi üçün satılmış 0,34 ha torpaq sahəsinin sərhədləri naturada müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsi sahəseçmə aktında və tərtib edilmiş sxemdə göstərilən ərazidə, yəni Şimaldan Cavabdeh1 və Bayramov Məhəmmədin həyətyanı torpaq sahələri ilə İddiaçı özünün həyətyanı torpaq sahəsi arasından keçən sahəarası yol, cənubdan özünə mülkiyyət hüququna dair JN- 0006 yol, qərbdən saylı dövlət aktı ilə mülkiyyətə verilmiş 0,34 ha pay torpağı sahəsi, şərqdən isə İddiaçı özünə torpağın mülkiyyətə verilməsinə dair JN-0.15A saylı şəhadətnamə ilə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin arasında yerlşir. Sözügedən torpaq sahəsinin eni 41,5 metr və uzunluğu 82 metr olmaqla, faktiki olaraq sahəsi 0,34 ha olub,ilkin torpaqayırma sənədləri hazırlanmasına baxmayaraq həmin torpaq sahəsinə nə torpaq sahəsinin plan və ölçüsü sənədi, nə də şəhadətnamə verilməmişdir. -İddiaçının sənəd üzrə həyətyanı torpaq sahəsi 0,12 ha bələdiyyədən satın aldığı torpaq sahəsi 0,34 ha və mülkiyyətinə verilmiş pay torpağı 0,34 ha cəmi 0,80 ha olduğu halda, faktiki istifadəsində olan torpaq sahəsi 0,98 hektar yəni 0.18 ha artıq olub, onun hər hansı torpaq sahəsinə müdaxilə olunmamışdır. -Cavabdeh1 mülkiyyətində olan 0,44 ha torpaq sahəsi ölçülmüş, faktiki olaraq 0,54 hektar olub, həmin torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 09 oktyabr 2017ci il tarixli 2(104)-2737/2017 saylı qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(021)-69/2017 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamış, Bərdə Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(021)-69/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli 2-1(083)-779/2019 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və Cavabdeh1) Cavabdeh1 verilmiş xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi, ona aid 0.34 ha həyətyanı torpaq sahəsinin ölçülərinin doğru göstərilməklə plan və ölçünün, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 30 noyabr 2022ci il tarixli 2(104)-08/2022 saylı qərarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli 2-1(083)-779/2019 saylı qərarından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamış, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli 2-1(083)-779/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli 2(021)-4072/2017 saylı qətnaməsi ilə Bərdə rayon Bayramlı bələdiyyəsinin mülkiyyətində olan və bələdiyyənin 05 saylı 14 may 2004-cü il tarixli qərarı ilə İddiaçı satılmış 0.34 hektar həyətyanı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. İddiaçı daha əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bərdə rayonu, Bayramlı yerləşən kəndaltı sahədən 0,34 ha həyətyanı torpaq sahəsi ayrılaraq yaşayış evi tikmək məqsədi ilə ona verilmiş torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X2nun çıxarılması, həmin torpaq sahəsi üzərində sahiblik hüququnun bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(021)-69/2017 saylı qətnaməsi ilə iddia tələbi əsassız olduğundan rədd olunmuş, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli 2(104)-2737/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bərdə Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(021)-69/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı qeyd olunan eyni iddia predmeti, eyni tərəf və əsaslar üzrə əvvəllər məhkəməyə müraciət etmiş və iddia tələbinin həmin hissədə təmin olunmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada alındığı gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar