Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-317/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, Ərizəçi, Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və X26 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Samux kənd ünvanında yerləşən *.12 ha torpaq sahəsinin mirası qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və miras əmlak kimi onun qəbul etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1982-ci il təvəllüdlüdür, atası X8, anası isə X12r. Onlar üç bacı olmuşlar, atası Lələkişi Lələyev *7 dekabr 2*2*-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən öncə atasının xüsusi mülkiyyətində Bərdə rayonu, Samux kəndində *.12 ha torpaq sahəsi var. Qeyd etdiyi torpaq sahəsini atası vəfat etməmişdən öncə yararlı hala salaraq istifadə etmişdir. Ailə üzvləri vəfat etdikdən sonra qeyd etdiyi torpaq sahəsini o, istifadə etmişdir. Hal-hazırda torpaq sahəsindən istifadə edir. Atası vəfat etdikdən sonra o, Bərdə rayonu, Samux kəndində yerləşən *.12 ha torpaq sahəsini miras olaraq qəbul etmişdir. İndi isə o, hal-hazırda miras qalmış torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı X26 Xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtia etmişlər. Səbəbdə o göstərilir ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Onu başa salan olmamışdır ki, o, əvvəlcədən ərizə ilə müraciət etsin. Bunun üçün də miras əmlakı qəbul etmə müddəti ötürülmüşdür. Ailə üzvülərinin hər biri vəfat etdiyi üçün həmin torpaq sahəsini rəsmi olaraq adına sənədləşrimək istəyir. Hal-hazırda maraqlı şəxs kimi qeyd etdiyi bacıları onun *.12 ha torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirməsinə heç bir etiraz etmirlər. Bərdə rayonu, Samux kəndi ünvanındadkı *.12 ha torpaq sahəsinin hal-hazırda onun istifadəsində olmasını onunla bir kənddə yaşayan qonşuları və qohumları da təsdiq edə bilərlər. Bunun üçün də miasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs3 ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və X26 Xidmət Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin, onun vəkilinin, işdə iştirak edən maraqlı şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 133326 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 *7 dekabr 2*2*-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə Rayon Dövlət arxivi tərəfindən verilmiş 28 sentyabr 2*22-ci il tarixli, 178 nömrəli məktubda göstərilmişdir ki, Bərdə rayon Dövlət Arxivində 247 saylı fondda mühafizə olunan Bərdə rayon Samux kənd İƏV-nin Samux kəndi üzrə 1995-2***-ci illərdə dair 4 saylı təsərrüfatbaşına kitabın 347 saylı şəxsi hesabına əsasən vətəndaş, X5 ailə başçısı olduğu, qızı Maraqlı şəxs2 olduğu təsərrüfatda qeyd olunub. Adına olan torpağın 1999-2***-ci illərdə *.*8 ha olduğu və X24 Müəssisəsinin 21 oktyabr 1998-ci il tarixli 3 saylı Ümumi iclsaının Qərarı ilə *.12 ha torpaq sahəsi verildiyi qeyd olunub. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3568 saylı, 28 sentyabr 2*22-ci il tarixli məktubundan müəyyən olunur ki, X5 adına Bərdə rayonu, Samuxlu kəndində *.12 ha həyətyanı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində aşkar edilmişdir. İş materiallarında olan Vİ-JQ 432377 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 xx xxxxxxxx 1979-cu ildə doğulmuşdur, X2, anası X12r. İş materiallarında olan Vİİİ-JQ 447814 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1982-ci ildə doğulmuşdur, X2, anası X12r. İş materiallarında ola Xİİ-JQ 46865* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 21 avqust 1987-ci ildə doğulmuşdur, X2, anası X12r. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1982-ci ildə Yevlax şəhərində doğulmuşdur, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatdadır. İş materillarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 xx xxxxxxxx 1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs3 21 avqust 1987-ci ildə Yevlax şəhərində doğulmuşdur, Bərdə rayonu, Samux kəndində qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs3 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, atası X3 miras qalmış Bərdə rayonu, Samux kəndində yerləşən *.12 ha torpaq sahəsindən onun payına düşən hissəsindən bacısı Ərizəçi xeyrinə imtina edir. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, atası X3 miras qalmış Bərdə rayonu, Samux kəndində yerləşən *.12 ha torpaq sahəsindən onun payına düşən hissəsindən bacısı Ərizəçi xeyrinə imtina edir. İş materiallarında olan nikahın bağlanması haqqındna 17 avqust 1978-ci il tarixli, 11 nömrəli akt qeydinin surətindən müəyyən olunur ki, X1* və X13 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Lələyeva soyadı verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında 25 avqust 1983-cü il tarixli, 41 nömrəli akt qeydinin surətindən müəyyən olunur ki, X6 ilə X15 arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında 27 fevral 1986-cı il tarixli, 84 saylı akt qeydinin surətindən müəyyən olunur ki, X1* ilə X13 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Lələyeva soyadı verilmişdir. İş materiallarında olan 22 oktyabr 1979-cu il tarixli, 846 nömrəli doğum haqqında kat qeydinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 xx xxxxxxxx 1979-cu ildə doğulmuşdur. X2, anası X12r. İş materiallarında olan 31 avqust 1987-ci il tarixli, 83* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 21 avqust 1987-ci ildə doğulmuşdur. X2, anası X12r. İş materiallarında olan X26 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 3338/2*22 saylı, 29 sentyabr 2*22-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürülməmiş hesab edilməlidir. Çünki məhkəmə araşdırılması zamanı və iş materiallarında olan ərizələrdən də müəyyən edilir ki, ərizəçi atasının ölümündən sonra həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etməklə idarə etmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhum X4 miras qalmış Bərdə rayonu, Samux kəndində *.12 ha torpaq sahəsi vardır. Həmin Bərdə rayonu, Samux kəndində *.12 ha torpaq sahəsi faktiki olaraq Ərizəçi tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən X1 aid Bərdə rayonu, Samux kəndində yerləşən *.12 ha torpaq sahəsinin mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213- 214, 216-22*, 227, 233, 3*5-3*7, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 məxsus Bərdə rayonu, Samux kəndində yerləşən *.12 ha torpaq sahəsinin miras kimi qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmiş hesab edilməklə, həmin torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-317/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-317/2023
11.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver