Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3185/2022 01.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Ərizəçi iştirakları ilə, Ərizəçi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı qohumluq faktının təsdiqi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2nun mərhumə X3 qardaşı olması faktının təsdiq edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, X2nun mülkiyyətində Bərdə rayonu Saatlı kəndi ünvanında yerləşən 0.45 ha və ayrıca 0.08 ha torpaq sahəsi var. 0.45 ha torpaq sahəsinə JN- 0044 KOD-6*003028 saylı Torpağın mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. X2 ** sentyabr 202*-ci il tarixdə vəfat etmişdir. Dayısı tək qaldığı üçün o və anası X7 onunla birlikdə yaşayıblar. Torpağın verildiyi vaxtdan isə torpaq sahəsini yararlı hala salaraq o və dayısı istifadə etmişdir. Dayısı ilə birlikdə qalan vaxtı o və anası dayısının bütün qayğılarını çəkmiş və bütün tələbatlarını ödəmişdi. Anası 25 may 20*0-cu ildə vəfat etmişdir, dayısı isə ** sentyabr 202*-ci il tarixdə vəfat etmişdir. Dayısının vəfatından sonra da torpaqdan o, istifadə etmişdir. Dayısı və anası vəfat etdikdən sonra Bərdə rayonu Saatlı kəndində yerləşən 0.45 ha və 0.08 ha torpaq sahəsini miras olaraq o, qəbul etmişdir. İndi isə miras qalmış torpaq sahəsini adına sənədləşdirmək istyəyir. Bununla bağlı X3* Xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə, torpağı adına sənədləşdirməkdən imtina edirlər. Bərdə Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(02*)-*43*/2022 saylı qətnaməsi ilə mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilmişdir, lakin həmin qətnaməni icra etməkdən imtina edirlər, anasının doğum haqqında şəhadətnaməsini tələb edirlər, həmin şəhadətnamə isə tapılmır, doğum haqqında şəhadətnamə tapılmadığından qətnaməni icra etməkdən imtina edirlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X3* Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X*4 izahatında göstərdi ki, Ərizəçi bacısıdır. X* vəfat etməmişdən əvvəl bacıları Səkinə və anaları Gülüstan Yaqubova ilə birlikdə yaşamışdır, onun bütün qayğısını bacısı və anası çəkmişdir. Dayısına Bərdə rayonu Saatlı kəndinə 0.45 ha və ayrıca 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini X25ın sağlığında bacısı Səkinə və dayısı özü istifadə etmişlər, dayısı ** sentyabr 202*-ci ildə, anaları isə 25 may 20*0-cu ildə vəfat etmişdir, dayısının vəfatından sonra da dayılarından miras qalmışdır. ünvan 1ində yerləşən 0.45 və 0.08 ha torpaq sahəsindən bacısı Ərizəçi istifadə edir, lakin analarının doğum haqqında şəhadətnaməsi tapılmadığından miras əmlakı adına sənədləşdirə bilmir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Ərizəçi xalası qızıdır. Səkinənin anası və dayısı vəfat edib, dayısından miras əmlak qalıb, lakin anasının və dayısının qohumluğunu təsdiq edən sənəd olmadığından miras əmlakı adına rəsmiləşdirə bilmir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 540 saylı, 03 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi, ünvan 1ində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arvix İdarəsinin Bərdə Rayon Dövlət Arxivinin 27 oktyabr 202*-ci il tarixli 270 saylı Arxiv arayışının surətindən müəyyən olunur ki, Rayon Dövlət Arxivində *52 saylı fondda mühafizə olunan Bərdə rayon Kətəlparaq kənd Sovetliyinin Piyadalar kəndinə aid *969-*97*-ci illər üzrə 6 saylı Təsərrüfatbaşına kitabın 387 saylı şəxsi hesabına əsasən, vətəndaş X6 ailə başçısı olduğu, X3 bacısı olduğu qeyd olunub. İş materiallarında olan AA *57678* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *979-cu ildə doğulmuşdur. İş materiallarında olan İNE 837*38 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*5 2* aprel *94*-ci il tarixdə doğulmuşdur, atası X*6, anası X*0r. İş materiallarında olan AZ-İ 409529 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 25 may 20*0-cu ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 20*202 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*3 ** sentyabr 202*-ci ildə ölmüşdür. İş materiallarında olan Vİ-JQ 2958*6 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *979-cu ildə doğulmuşdur, atası X*2, anası X4r. İş materiallarında olan X3* Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2*37/2022 saylı, 03 sentyabr 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. İş materiallarında olan AZE *5*60643 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*4 *4 yanvar *977-ci ildə ünvan 1ində doğulmuş, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 093*5492 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X** 02 mart *957-ci ildə Bərdə rayonu, Piyadalar kəndində doğulmuş, Bərdə rayonu, Piyadalar kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(02*)-*43*/2022 saylı, 26 iyul 2022-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi ünvan 1i ünvanında yerləşən 0.45 ha və 0.08 ha torpaq sahəsinin mirası qəbul edilməsi müddəti ötürülməmiş hesab edilərək, miras qəbul etmə faktı təqdiq edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 X7 olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 X3 qardaşı olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3185/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3185/2022
01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver