Məhkəmə qərarları › İş №2(021)-319/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-319/2022

15.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-319/2022 15.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 0.9483ha torpaq sahəsinin 4.94 ha torpaq sahəsindən çıxarılmalarına və 100 manat dövlət rüsumunun onlrın xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilmiş Bərdə rayon Otuzikilər kəndində yerləşən kənd təsərrüfat təyinatlı 2.83 ha torpaq sahəsinə hər birinin 1\6 hissədə payları müəyyən edilmişdir. Cavabdehlər onlara məxsus torpaq sahəsinin ayrı-ayrılıqda, yəni 2.47 ha hissəsini Cavabdeh1 və 2.47 ha hissəsini Cavabdeh2 zəbt etmişdir. Onlar dəfələrlə cavabdehlərə müraciət etmələrinə baxmayaraq nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbtində olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli Çıxarışla ümumi birgə mülkiyyətlərində olan 0.9483 ha torpaq sahəsinin cavabdehlər tərəfindən (0.47415+0.47415) zəbt edilmiş cəmi 0.9483 ha hissəsindən çıxarılmalarına və 100 manat dövlət rüsumunun onlrın xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirdi ki, o iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirdi ki, o iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 416 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayon Mollaisalar kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 417 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı4 Bərdə rayon Mollaisalar kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İ № 325630 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov C əmaləddin Kamil oğlu ilə X6 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli , **********45 reyestr nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Otuzikilər kəndində 0.9483 ha kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı1, İddiaçı4, X1, X2 və X3 ümumi birgə mülkiyyətlərindədir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilmiş Bərdə rayon Otuzikilər kəndində yerləşən kənd təsərrüfat təyinatlı 2.83 ha torpaq sahəsinə İddiaçı1, X4, İddiaçı2, İddiaçı3 və X3 hər birinin 1\6 hissədə payları müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A № 466069 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 2.83 ha torpaq sahəsinin hüquq sahibi İddiaçı1dır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AA № 599912 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 2.3583 ha torpaq sahəsinin hüquq sahibi İddiaçı1dır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli, Seriya RX, № 172229 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Otuzikilər kəndində 0.94 ha kənd təsərrüfatlı torpaq sahəsi Cavabdeh1 tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A № 200481 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 0.94 ha torpaq sahəsinin hüquq sahibi Cavabdeh1dur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki: İddiaçının və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatlari naturada təyin edilərək Elektron məlumat bazasında mövcud TEKUİS-nə əsasən mübahisəlndirildir. Məlum oldu ki, ********** qeydiyat nömrəli **********45 reyestr nömrəli , xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı1 adına hüququ rəsmiləşdirilməklə qeydiyata alınmış Bərdə rayon Otuzikilər kəndində yerləşən 0.9483 ha torpaq sahəsinin 0.89 ha hissəsi Cavabdeh1, qalan 0.05 ha hissəsi Cavabdeh2 tərəfindən naturada istifadə olunur. Cavabdeh1 faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi TEKUİS-nə əsasən onun tam mülkiyyəti kimi xx.xx.2017-ci il tarixli, ********** qeydiyat nömrəli, RX seriyalı, ******* saylı çıxarışla qeydiyata alınmış Bərdə rayon Otuzikilər kəndində yerləşən 0.94 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dölət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, ********** qeydiyat nömrəli **********45 reyestr nömrəli , xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı1 adına hüququ rəsmiləşdirilməklə qeydiyata alınmış Bərdə rayon Otuzikilər kəndində yerləşən 0.9483 ha torpaq sahəsinin 0.89 ha hissəsi Cavabdeh1, qalan 0.05 ha hissəsi Cavabdeh2 tərəfindən naturada istifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0.9483 ha torpaq sahəsinin 0.89 ha hissəsindən Cavabdeh1, 0.05 ha hissəsindən Cavabdeh2 çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı1 oğlunun cavabdeh X12 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Otuzikilər kəndində yerləşən 0.9483 ha torpaq sahəsinin 0.89 ha hissəsindən Cavabdeh1, 0.05 ha hissəsindən Cavabdeh2 çıxarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh X7 alınaraq İddiaçı1 oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar