Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3200/2024 07.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5 Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “04 sentyabr 2010-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X12, X5, İddiaçı5 Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “04 sentyabr 2010-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 sentyabr 2010-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 ona məxsus olan torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə onlara yaşadıqları Bərdə rayonu Qazaxlar kəndində 2.7269 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0121 torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Ailə başçısı kimi torpaq sahəsi İddiaçı1 adına verilmişdir. İslahat gedən zaman onlara torpaq sahəsi verildiyi andan torpaq sahəsinin yararlı vəziyyətə salaraq istifadə etmişlər. Lakin xx.xx.2010-cu il tarixdə Bərdə rayon Qazaxlar kəndində yerləşən 2.7269 ha torpaq sahəsini X10 icarəyə verilmişdir. Nəbidən torpaq tələb etdikdə, icarə müqaviləsinin vaxtı bitdikdən sonra torpağı qaytaracağını bildirmişdir. Hazırda öz torpaqlarından istifadə etmək istəsələr də, torpaqdan Cavabdeh1 istifadə edir. Onlara Nəbidən torpaq aldığını bildirir. Dəfələrlə torpaqdan çıxmasını ona bildirsələr də, onlara məhəl qoymayaraq torpaq istifadəni davam etdirmişdir. Bu barədə Daşınmaz Əmlaka müraciət etsə də, müraciət edən zaman ona məlum olmuşdur ki, bunların icarə müqaviləsi adıyla qol çəkdikləri sənəd alqı-satqı müqaviləsidir. Ona görə də məhkəmədən 04 sentyabr 2010-cu ul tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 ona məxsus olan torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını, torpaqlarının qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə, iddiaçılar İddiaçı1 Əlsəgər oğluna, X3 və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bərdə rayonu Qazaxlar kənd ünvanında yeləşən 2.7269 ha torpaq sahəsinə dair vətəndaş İddiaçı1 və ailə üzvləri ilə X21 arasında bağlanmış xx.xx.2010-cü il tarixli 4Ə/2-381 nömrəli reyestr alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan sorğu nəticəsindən görünür ki, Cavabdeh1 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bərdə rayonu Qazaxlar kəndində yaşayan İddiaçı1 xx.xx.1968-ci il təvəllüdlü, İddiaçı2 xx.xx.1970-ci il tarixdə doğulmuş, X12 xx.xx.1993-cü il tarixdə doğulmuş, X5 xx.xx.1994-cü ildə doğulmuş, İddiaçı5 xx.xx.1996-cı ildə doğulmuş gələcəkdə satıcılar adlanan bir tərəf ünvan 1 ünvanda yaşayan X14 1937-ci ildə doğulmuş, gələcəkdə alıcılar adlanan digər tərəf, müqaviləni aşağıdakı məzmunda bağlamışlar:
1. Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin Bərdə ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 5463 saylı arayışına əsasən Bərdə rayonu Qazaxlar kəndində yerləşən 2.7269 ha torpaq sahəsini Alıcının mülkiyyətinə verir.
2. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 5463 saylı arayışı və DTXK-nın Bərdə rayon şöbəsinin xx.xx.1998-ci il tarixli, JN:0121 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında satıcı İddiaçı1, İddiaçı2, X6, X3 və İddiaçı5 məxsusdur.
3. Müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
4. Satıcı daşınmaz əmlakı 5000 (beş min) manata satdı, alıcı isə həmin qiymətə aldı.
5. Tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası müqavilə rəsmiləşdirilənədək göstərilən məbləğ nəğd olaraq alıcı tərəfindən satıcıya ödənilmişdir
6. Müqavilənin predmeti olan torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan sərəncam vermək hüququ isə həmin torpaq sahəsinin müvafiq qeydiyyatı tarixindən əmələ gəlir.
7. Alqı-satqı müqaviləsi təsdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka aid sənədləri alıcıya verməyə borcludur.
8. Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür.
9. Satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir,
10. Satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcınını bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan onun faktiki sahibiliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. Və s. Müqavilə satıcılar və alıcılar tərəfindən imzalanmışdır. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 251 saylı arayışdan görünür ki, İddiaçı1 Bərdə rayonu Şatırlı kənd İƏD-nin 1-ci Qazaxlar kəndində yaşayır və ailə tərkibi İddiaçı2, X7 və İddiaçı3dır. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 248 nömrəli arayışdan görünür ki, X1 rayonu Şatırlı kənd İƏD-nin Qazaxlar kəndində yaşayır. Mülki iş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” olan çıxarışdan görünür ki, Bərdə rayonu Qazaxlar kəndində yerləşən 2.7269 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X4 adına qeydiyyata xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 vərəsələri oğlu X9r. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Plenum qərarına əsasən əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.
Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçılar İddiaçı1 nümayəndəsi İddiaçı2 və İddiaçı3 iddia etdiyi torpaq sahəsi, Bərdə rayonu Qazaxlar kəndində yerləşən 2.7269 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X4 adına qeydiyyata xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində alınmışdır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 vərəsələri oğlu X9r. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-cı maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçıların aldadılaraq icarə müqaviləsi hesab edərək alqı-satqı müqaviləsinin bağlanması halı həqiqəti əks etdirməməklə sübut olunmur. Bu cür aldadılma halı ağlabatan xarakter daşımır, çünki müqavilə qanunvericliyin tələbləri gözlənilməklə bağlanılmışdır. Məhkəmə daxili inamına əsaslanaraq göstərir ki, aldadılma yalan vəd nəticəsində şəxsin (şəxslərin) həqiqi vəziyyəti dərk etmə imkanından məhrum olmasıdır. Belə məhrumetmə aşkar xarakter daşımalıdır. Bununla yanaşı, məhkəməyə müəyyən olunmuş müddətdə daxil olmuş iddia müddətinin tətbiqi və iddianın əsassızlığına dair etiraza münasibət bildirirək qeyd edir ki, iddia əsassız olmaqla yanaşı, həm də iddia müddəti ötürülmüşdür və iddia müddətinin tətbiqi əsaslı olmaqla təmin olunmalıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçıların tələb etdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olduğundan və tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada alqı-satqı müqaviləsi bağlandığından və iddia müddəti ötürüldüyündən iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İddia təmin olunmasın.
2. İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin.
3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev