Məhkəmə qərarları › İş №2(046)-239/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-239/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-239/2021 07.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxslər DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə və Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə qarşı alıqsatqı müqaviləsinin etibarsız hesab edilməsi, torğaq sahəsindən cıxarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə 07 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxslər DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə və Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə qarşı alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torğaq sahəsindən cıxarılması və maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və X2 məhkəmə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxslər DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə və Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə qarşı alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torğaq sahəsindən cıxarılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar