Məhkəmə qərarları › İş №2(037)-432/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-432/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-432/2021 08.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçılar X1 və qeyrilərinin notarial qaydada satılmış pay torpaq sahəsinə dair alğısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Mukael oğlunun torpaq sahəsindən çıxarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X1 və X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notarial qaydada satılmış pay torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Mukael oğlunun torpaq sahəsindən çıxarılması və vurulmuş zərərin ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08.05.2021-ci il tarixdə iddiaçılar X1 və X2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin icraata qəbul etmədən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X1 və qeyrilərinin notarial qaydada satılmış pay torpaq sahəsinə dair alğısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Mukael oğlunun torpaq sahəsindən çıxarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar