Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2495/2020 16.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və DƏDRX-nin 16 saylı X1rşı torpaqdan çıxarılma və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə İddiaçı1 Göyçay rayonu Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa edilməsi haqqında iddianın təmini barədə ərizəsinin təmin edilməməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-1250/2020 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış - Göyçay rayonu Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 adına verilmiş Göyçay rayonu Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılaraq boş vəziyyətdə bizə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək Göyçay rayonu Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-1250/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, İddiaçı1 Göyçay rayonu Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa edilməsi haqqında iddianın təmini qaydasında ərizəsi təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qərardadına əsasən ərizələri təmin edilməmişdir ona görə ki, qeyd edilən torpaq sahəsinin alqı-satqısına dair müqavilə, həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmasına dair heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyindən ərizə təmin edilə bilməz. Aşağıdakılara görə hesab edirlər ki, həmin qərardad əsaslı və qanuni deyil və bu səbəbdən də ləğv edilməlidir. Mübahisə predmeti olan torpaq sahəsinin əvvəllər onların mülkiyyətində olması, daha sonra onu hazırkı iş üzrə mübahisə predmeti olan xx.xx.2017-ci il tarixli müqavilə ilə Cavabdeh1 satmaqları iddia ərizəsinə əlavə edilmiş və qanuni qüvvədə olan məhkəmə aktı ilə - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7092/2019 saylı qərarı ilə təsdiqini tapır. Həmin qərarda göstərilir ki, “məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2017-ci il tarixli müqavilə üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı iiçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin torpağın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola bilər”. Məhkəmənin qanun qüvvəli məhkəmə aktını sübut hesab etməməsi başa düşülən deyil. Bundan başqa iddia ərizəsində tələblərindən biri də Cavabdeh1 adına verilmiş Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılaraq boş vəziyyətdə onlara təhvil verilməsi barədə qətnamə çıxarılması da var. Bu isə o deməkdir ki, hazırda həmin mübahisəli torpaq sahəsinin mülkiyyət hüququ cavabdehə məxsusdur. Belə olan halda torpaq sahəsinin mülkiyyət hüququ barədə sənədini məhkəməyə təqdim edilməsi mümkün deyil. Ona görə ki, həmin sənəd cavabdehlərdədir. Ona görə də, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişlər Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-1250/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iddiaçılar İddiaçı1 Məhəmmdə oğlunun, İddiaçı2 və İddiaçı3 Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-1250/2020 saylı qərardadının ləğvi barədə şikayət ərizəsi təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 (nümayəndəsi) və DƏDRX-nin 16 saylı X3 (nümayəndəsi) məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMnin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)- 1250/2020 nömrəli qərаrdаdı ləğv edilməli və İddiaçı1 iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən Göyçay rayonu Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinin İddiaçı1 mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən hər hansı bir sübut müəyyən edilmədiyindən, İddiaçı1 iddianın təmini qaydasında Göyçay rayonu Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 159-cu maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir. Göstərilən normanın tələbinə görə iddianın təmini tədbiri təxirəsalınmaz hərəkət olmaqla iddianın gələcəkdə icrasını təmin etməyə xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd olunması barədə qənaətini əsaslı hesab etmək olmaz. Mülki işin materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7092/2019 saylı qərarından görünür ki, iddiaçılar və Cavabdeh1 arasında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair xx.xx.2017-ci ildə alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2017-cı ildə həmin torpaq sahəsinə dair Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə kollegiyаsının qənаətincə işin qeyd olunаn hаllаrını və yuxаrıdа şərh olunаn maddi və prosessuаl hüquq normаlаrının tələblərini lazımınca nəzərə аlmаyаn birinci instаnsiyа məhkəməsi İddiaçı1 tərəfindən verilmiş iddiаnı təmin etmək haqqında ərizənin təmin edilməməsi bаrədə əsаssız nəticəyə gəldiyindən şikayət təmin edilərək Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-1250/2020 nömrəli qərаrdаdı ləğv edilməli və İddiaçı1 iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.3-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.3 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-1250/2020 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(046)-1250/2020 nömrəli qərаrdаdı ləğv edilsin. Yeni qərardad qəbul edilərək iddianın təmini tədbiri barədə ərizə təmin edilsin. RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağa edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2495/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2495/2020
16.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver