Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-36/2022 27.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1 və cavabdeh X3 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış - Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 adına verilmiş Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılaraq boş vəziyyətdə onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddianı müdafiə edərək göstərmişlər ki, onun və digər iddiaçıların mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini Cavabdeh1 satmaq barədə 4.000 manata razılaşsalar da, alqı-satqı zamanı cavabdeh onları aldatmış, onlara çatası 4.000 manatı verməmişdir. Bununla bağlı Göyçay rayon İHBnın Potu kəndi üzrə nümayəndəsi Nizami Vəliyevə zəng edərək bildirmiş, az sonra sonuncu bizə zəng edib əmin etmişdir ki, “Məqsədlə danışdı, 2-3 saatdan sonra sizin pulunuzu çatdıracaq, arxayınlıqla müqaviləni imzalayın” deməsindən sonra Məqsədə inanaraq 4.000 manatı almadığımız halda 03.03.2017-ci il tarixli müqaviləyə imza etmişik. Bu hal, xususat və ya fakt bizdən başqa təmamilə kənar rəsmi şəxs Nizami Vəliyevin həm Göyçay rayon prokurorluğunda aparılan araşdırma zamanı verdiyi izahatı, həm də bizim “müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəmiz” üzrə birinci instansiya məhkəmə iclasında verdiyi şahid ifadəsi ilə təsdiqini tapmışdır. Hansı ki, həmin sübut növü sözügedən iddia tələbi üzrə bütün məhkəmə aktlarında mötəbər sübut növü kimi qeyd edilib. Cavabdeh1 alqı-atqı zamanı bizə 4.000 manatı verməməsi onun özünün Göyçay rayon Prokurorluğunda aparılan araşdırma zamanı verdiyi izahatı ilə də təsdiqini tapıb. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(107)- 3017/2018 saylı qətnaməsindən 6-cı səhifəsinin 4-cü abzasında şərh edilən sübut növündən görünür ki, "alqı-satqı olduqdan sonra Kamil Avdullayevin ona olan 2030 manat pulunu həmin torpaqla əvəz etdiyini, bu barədə razılaşdıqlarını, daha sonra torpağın sənədlərini götürüb evinə gəldiyini” göstərmişdir.Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər iddiaçılara məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçılar məhkəmə baxışında iştirak etməmişdir. Cavabdeh Göyçay rayon xüsusi notariusu X8 izahat verərək göstərmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 notariat kontoruna müraciət edərək mülkiyyətlərində olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini Cavabdeh1 4000 manata satmaq istədiklərini bildirmişlər.Onların müraciəti təmin edilmiş, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və tərəfindən təsdiq edilmişdir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilə üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləği beş min beş yüz manatdan artıq olmadığından vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin dəyərini tam şəkildə cavabdehdən aldıqlarını, bununla bağlı hər hansı bir mübahisənin olması barədə ona məlumat verməmişlər. Alqı-satqı müqaviləsi tərəflərin həqiqi iradə ifadəsinə uyğun olduğu üçün tərəfindən təsdiq edilmişdir. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. İş üzrə digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş 03.03.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasyiya Məhkəməsinin 2(107)-3017/2018 saylı 19.12.2018-ci il tarixli qanuni qüvvəsin almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dovlət Komitəsi yanında Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsi 10.03.2017-ci il tarixdə mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. X1, X4, İddiaçı2, İddiaçı1 ilə Cavabdeh1l arasında 03.03.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Abdullayevə Gülxar] Bahadur qızı, X4, İddiaçı2, İddiaçı1 onlara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan! Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. İddiaçı1 Göyçay rayon prokurorluğuna müraciəti əsasında toplanmış HK-1-316 saylı rədd materialında olan Cavabdeh1 izahatında o, İddiaçı3, İddiaçı2, İddiaçı1 ilə 2017ci ilin mart ayında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair alqı-satqı etmək üçün notariat kontoruna gəldiklərini həmin vaxt torpaq onun adına keçirildiyini, buna görə 800 manat xərci çıxdığını, alqı-satqı olduqdan sonra İddiaçı1 ona olan 2030 manat pulunu həmin torpaqla əvəz etdiyini, bu barədə razılaşdıqlarını, daha sonra torpağın sənədlərini götürüb evə gəldiyini göstərmişdir. Məhkəməyə təqdim edilmiş Ali Məhkəmənin 2(102)-7092/2019 saylı 13.11.2019-cu il tarixli qanuni qüvvəsin almış məhkəmə qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, hazırki əqd üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin torpağın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola bilər. İş üzrə iddiaçının izahatını dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 notariat kontoruna müraciət edərək mülkiyyətlərində olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini Cavabdeh1 4000 manata satmaq istədiklərini bildirmişlər. Tərəflər arasında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 aldığı torpaq sahəsinin dəyərinin, yəni 4000 manat pulun 2030 manat hissəsini ona borclu olduqları pulla əvəzləşdirdiyini, qalan hisəssini isə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra tərəflər arasında sözügedən torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı mübahisə yaranmış, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdeh1 qarşı 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı əsaslı hesab etsə də, apellyasiya və kassasiya instansiya məhkəməsi iddianı əsaslı hesab etməmiş, buna səbəb kimi isə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə zəmin yaradan hər hansı halın olmadığını göstərmiş, eləcə də Azərbaycan Respublikasının Mülki Kollegiyası 2(102)-7092/2019 saylı 13.11.2019-cu il tarixli qərarında hazırki əqd üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin torpağın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola biləcəyini göstərmişdir. Bundan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçılar Azərbaycan Republikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh1 təklif ünvanlayaraq Göyçay rayon Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinə dair bağlanmış 03.03.2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsini bildirmiş, 10 gün müddət ərzində təklifə münasibət bildirilməsi xahiş olunmuşdur. Cavabdeh1 iddiaçılar tərəfindən ona ünvanlanmış təklifi 08.06.2020-ci il tarixdə alsa da, 10 gün müddət ərzində təklifə qarşı münasibət bildirməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, İddiaçı1 Göyçay rayon prokurorluğuna müraciəti əsasında toplanmış HK-1-316 saylı rədd materialında olan Cavabdeh1 izahatında o, İddiaçı3, İddiaçı2, İddiaçı1 ilə 2017-ci ilin mart ayında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair alqı-satqı etmək üçün notariat kontoruna gəldiklərini, həmin vaxt torpaq onun adına keçirildiyini, buna görə 800 manat xərci çıxdığını, alqı-satqı olduqdan sonra İddiaçı1 ona olan 2030 manat pulunu həmin torpaqla əvəz etdiyini, bu barədə razılaşdıqlarını, daha sonra torpağın sənədlərini götürüb evə gəldiyini göstərmişdir. İşin hallarından görünür ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dəyərini yəni, 4000 manat pulu sonunculara ödənilməmiş, bununla da götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış - Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməli, Cavabdeh1 adına verilmiş Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməli və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 10 manat dövlət rüsumu iddiaçılara aid edilməldiri. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış - Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci il tarixli alqısatqı müqaviləsinin ləğv edilsin. Cavabdeh1 adına verilmiş Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilsin. Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X9 ilə X5 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X2 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilsin. Cavabdeh1 Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsindən çıxarılsın. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-36/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-36/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver