Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-267/2021 25.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh1 iştirakı ilə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarıkması tələbi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi ilə bağlı X13 ilə Cavabdeh1 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsinin etibarsı hesab edilməsi, Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi və Cavabdeh1 “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək göstərmişlər ki, Göyçay rayon Aqrar- İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə X7, X12, İddiaçı2, İddiaçı1 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.30 ha torpaq sahəsi verilmişdir. X5, X8, İddiaçı2, İddiaçı1 və X2 torpağa mülkiyyət hüququ JN-132, kod 40804038 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. 2020-ci ilin may ayında "xxxx" MMC-nə rəsmi müraciət edərək, ümumi birgə mülkiyyətimizdə olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin naturada sərhədlərinin tanıdılmasını xahiş etmişlər. "xxxx" MMC-nin əməkdaşları tərəfindən ümumi birgə mülkiyyətimizdə olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin sərhədlərinin naturada tanıdılarkən məlum olmuşdur ki, Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixdə 4 Ə-1035 reyestrlə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi Cavabdeh1 satılmışdır. Bildirirlər ki, JN-132 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsinin satılması barədə həqiqi iradə ifadələri olmamış, Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixdə 4 Ə-1035 reyestrlə təsdiqlənmiş alqısatqı müqaviləsi onlar tərəfindən imzalanmamışdır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsini 27.10.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. Həmin alqı-satqı müqaviləsi bağlanılarkən iddiaçılarının razılıq verməsi barədə ərizəsi alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir.Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-132 saylı Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 06.01.1998-ci-ci il tarixli qərarı ilə Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi X5, X8, İddiaçı2, İddiaçı1 və X2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş 4Ə-1035 saylı notariat işindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinin X13 tərəfindən Cavabdeh1 satılmasına dair ailə üzvləri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 notarial qaydada ərizələri alınmışdır. 27.10.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi X13 tərəfindən Cavabdeh1 satılmışdır. Məhkəməyə təqdim edilmiş 10.08.2020-ci il tarixli Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşunaslıq ekspertizasının 41/1323 nömrəli 30.09.2021-ci il tarixli rəyindən görünür ki, e 1) ekspertizaya təqdim edilmiş, 4Ə-1035 saylı notariat işinin 6-cı vərəqində Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı1 adından olan ərizənin aşağı hissəsində “İddiaçı1” yazılarının qarşısındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.2) ekspertizaya təqdim edilmiş, 4Ə- 1035 saylı notariat işinin 8-ci vərəqində Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış İddiaçı2 adından olan ərizənin aşağı hissəsində “İddiaçı2” yazılarının qarşısındakı imza – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 140 manat təşkil edir. İş üzrə tərəflərin izahatını dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 06.01.1998-ci il tarixli 01 saylı qərarı ilə Göyçay rayonu Xəlitli kəndi ərazisində ailə başçısı X9 və ailə üzvləri X12, İddiaçı1, X10 və X4 2.30 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət aktı verilmişdir. 27.10.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi X14 tərəfindən Cavabdeh1 satılmış və Göyçay rayon Notariat kontoru tərəfindən sözüdən müqavilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən müqaviləni yalnız mülkiyyətçilərdən X14 imza etmiş, digər mülkiyyətçilər isə torpaq sahəsinin satılmasına dair razılıq ərizələri vermiş və sözügedən ərizələr Göyçay İHB-nın Yeniarx kənd İƏN tərəfindən təsdiq edilmişdir. İddiaçılar İddiaçı1 və X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən adlarından yazılmış razılıq ərizələrini onlar tərəfindən imzalanmadığı və bu səbəbdən alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin alqı-satqı müqaviləsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 adına 10.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışın ləğv edilməsini və Cavabdeh1 həmin torpaq sahəsindən çxıarılmasını xahiş etmişlər. Məhkəmə iş üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə- xəttşünaslıq ekspertizası təyin etmiş, iddiaçıların adından yazılmış razılıq ərizələrindəki imzanın onlar tərəfindən icra olunolunmaması öyrənilmişdir. Məhkəmə-xəttşunaslıq ekspertizasının 41/1323 nömrəli 30.09.2021-ci il tarixli rəyinə görə Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış “İddiaçı1” və “İddiaçı2” adından olan ərizələrin aşağı hissəsində “İddiaçı1” və “İddiaçı2” yazılarının qarşısındakı imzaların İddiaçı1 və İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 203.1-ci maddəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 12.04.2014-cü il tarixli plenumum qərarında şərh edilmişdir ki, Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələbindən görünür ki, ümumi-birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi yalnız bütün mülkiyyətçilərin razılığı əsasında həyata keçirilməlidir. Hazırki işin faktiki halından görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən iddiaçıların razılığı alınmamış və razılaşma olmadan onların mülkiyyətində olan torpaq sahəsi cavabdehə satılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X13 ilə Cavabdeh1 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilməli və Cavabdeh1 Torpağa Mülkiyyət Hüququna X22 əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza xərci olan 140 manat məhkəmə xərci Cavabdeh1 tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və Cavabdeh1 torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilsin. Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X13 ilə Cavabdeh1 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Əmlak Məsələləri Komitəsi Yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilsin. Məmmədov X6 Mülkiyyət Hüququna X22 əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətdə olan Göyçay rayon Xəlitli kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə ekspertiza xərci olan 140 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-267/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-267/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver