Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3201/2025 26.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bərdə Regional «ASAN» Mərkəzində Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini tələb etsə də fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədləri iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizəyə əlavə edilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin maddələrin tələblərinə əsasən iddiaçı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 , Bərdə Regional «ASAN» Mərkəzində Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bərdə Regional «ASAN» Mərkəzində Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3201/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3201/2025
26.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver